Kainatın Sonu və Big Crunch


Big Crunch (Biq Krənç – Böyük Çöküş) nəzəriyyəsi, Big Bang’dən (Böyük Partlayış) sonra genişləyən kainatın getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş, kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.

Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər.

Alimlər büzülən kainatın ən sonda “Big Crunch” (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir:

“Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey bir protondan belə balaca bir nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəyik…. Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu deyə bilərik: Mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər Qara enerjinin, mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımız həyat sirkulasiyasının ortasında ola bilər”.

Big Crunch kimi ifadə edilən bu elmi fərziyyəyə Quranda belə işarə edilir:

O gün göyü yazılı səhifələrin büküldüyü kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik. (Ənbiya Surəsi, 104)

Bir başqa ayədə isə göylərin bu vəziyyəti belə təsvir edilir:

Onlar Allahı layiqincə qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunda olacaq, göylər isə Onun Əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və onların (Ona) qoşduqları şəriklərdən ucadır.(Zumər Surəsi, 67)

Big Crunch nəzəriyyəsinə görə başlanğıcda olduğu kimi əvvəl yavaşca, lakin getdikcə sürət qazanaraq kainat içinə çəkilməyə başlayacaq. Bütün bunların davamında isə kainat sonsuz sıxlıq və sonsuz istilikdə, sonsuz kiçiklikdə bir nöqtə halına gələcəkdir. Təsvir edilən bu elmi nəzəriyyə, Quran ayələri ilə paralellik təşkil edir. (Ən doğrusunu Allah bilər.)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma