Qar Kristallarındakı Dizayn


Qar dənələrini araşdıran bir insan bu dənələrin çox müxtəlif formalara sahib olduqlarını görəcək. Bir kub metr qarda təxminən 350 milyon ədəd qar dənəciyi var. Bunların hamısı altıbucaqlı və kristalvari quruluşdadır, ancaq hər biri fərqli formalara malikdir. Bu formaların, fərqli şəkillərin necə yarandığı, simmetriyanın necə qurulduğu sualları alimlər tərəfindən illərdir araşdırılır. Əldə edilən hər məlumat isə qar dənələrindəki möhtəşəm sənəti ortaya çıxarır. Qar dənələrinin altıbucaqlı quruluşundakı müxtəliflik və qüsursuzluq Allahın Bədi (bənzərsiz yaradan) isminin təcəllisidir. Allah hər şeyi ən gözəl şəkildə yaradandır. Qar dənələrinin yaranmasını araşdırdıqda Allahın sonsuz sənətinin şahidi oluruq.

İncə və kiçik təbəqələr, çox budaqlı ulduzlar ya da kiçik iynə başlıqlarına bənzər şəkillərdəki qar dənələrinin meydana gəlməsi tamamilə heyrətamizdir. Bir qar dənəsi 200-dən çox buz kristalından ibarətdir. Qar kristalları mükəmməl nizam içində düzülmüş su molekullarından meydana gəlir. Memarlıq şahəsəri olaraq xarakterizə edilən qar kristalları su buxarının buludlardan keçərək soyuması nəticəsində formalaşır. Proses belə baş verir:

Su buxarının içində nizamsız şəkildə hər yerə dağılmış su molekulları buludlardan keçərkən temperaturun düşməsiylə aktivliklərini itirir. Daha az hərəkət edən su molekulları bir müddət sonra qruplaşmağa başlayır və nəticədə bərk forma alır. Ancaq qruplaşmalarda heç də nizamsızlıq yoxdur, əksinə həmişə bir-birinə bənzəyən mikroskopik altıbucaqlı olaraq birləşirlər. Hər qar dənəsi əvvəlcə bir altıbucaqlı su molekulundan meydana gəlir, daha sonra digər altıbucaqlı su molekulları da gəlib bu ilk parçaya əlavə olunur. Ekspertlərə görə bir kristalın formasını təyin edən təməl xüsusiyyət bu altıbucaqlı su molekullarının zəncirin halqalarının bir-birlərinə birləşməsidir.

Əslində kristal zərrəcikləri istiliyə və rütubətə görə eyni formada olmalı idilər, amma tamamilə fərqli şəkillərə bürünürlər. Niyə bütün qar dənələrində altıbucaqlı simmetriya var? Niyə hər bir qar kristalı digərindən fərqlidir? Kənarları niyə düz yox, bucaqlı quruluşdadır? Oxşar suallara alimlər hələ də cavab tapmağa çalışırlar. Ancaq ortada açıq-aşkar gerçək var; Allah yaradılışda heç bir ortağı olmayan, sonsuz güc sahibi və hər şeyi bənzərsiz yaradandır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma