Saniyədə 500 Dəfə Çırpınan Qanadlar


Ağcaqanad, qanadlarını “saniyədə” təxminən “500 dəfə” çırpır. İnsan, öz qollarıyla bu hərəkəti olduqca məhdud sayda reallaşdıra bildiyi halda, o bunu bir saniyədə 500 dəfə edir. Saniyədə 500 dəfə fasiləsiz hərəkət edən belə güclü mexanizm süni olaraq yaradıla bilməz. Müxtəlif  vasitələrlə yaradılan buna bənzər mexanizmlər, sürtünmənin şiddətindən qısa müddət sonra yanır. Amma ağcaqanad, həyatı boyunca uçduğu hər saniyədə qanadlarını bu tezliklə çırpır və heç bir problem yaşamır. Hətta bu üstün xüsusiyyətli qanadlar ona yüksək sürətdə, istədiyi istiqamətə, istədiyi məsafəyə uçma imkanı verir, eyni zamanda manevr və eniş qabiliyyətlərini də ən mükəmməl şəkildə reallaşdırmasını təmin edir.

Qanadlarını sürətlə çırpması üçün ağcaqanadın külli miqdarda oksigenə ehtiyacı var. Buna görə də ağcaqanad, az qala hər hüceyrəsinə çatan xüsusi tənəffüs borusuna malikdir. Bu boru birbaşa havaya bağlı olduğundan, hüceyrələr oksigen mübadiləsini vasitəçi maddə olmadan edirlər. Bu xüsusi sistemin nəticəsində dəqiqədə minlərlə qanad çırpan ağcaqanad heç vaxt yorulmur. Böyüklüyü 1 sm belə olmayan bu canlıda, saniyədə yüzlərlə dəfə çırpınan qanad və bunu mümkün edən tənəffüs sistemi yaratmaq Allahın heyranedici sənətini göstərir. Heç bir təsadüf belə kompleks canlıda, bu cür qüsursuz mexanizm yaradıb onu mükəmməl səviyyədə işləyən hala gətirə bilməz. Heç bir təsadüf eyni vaxtda hərəkət edən bir cüt qanada saniyədə 500 dəfə çırpınma imkanı verə bilməz. Bu qüsursuz canlının da, onun sahib olduğu heyranedici qanadlarının da Darvinin söylədiyi kimi təsadüfü mərhələlərlə meydana gəlməsi qeyri-mümkündür. Bu əsər Sani (Sənətçi) olan Allaha aiddir.

“Xəbəriniz olsun; şübhəsiz göylərdə və yerdə olanların bütünü Allahındır. Allahdan başqasına inananlar belə, şirk qoşduqları varlıqlara və güclərə (gerçəkdə) inanmazlar. Onlar yalnız bir zənnə uyarlar və onlar ancaq ‘zənn və təxminlə yalan danışarlar. ” (Yunus Surəsi, 66)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma