Kommunizm və ya “Təkamül Nəzəriyyəsi”


Darvinin təkamül nəzəriyyəsi Marks və Engelsin nəzəriyyəsini də əhatə edir. Bunu  söyləmək mümkündür, çünki kommunizm də “təkamül nəzəriyyəsi”dir, daha doğrusu təkamül nəzəriyyəsinin tarixə və sosial elmlərə uyğunlaşdırılmasıdır. Bu gerçək 20-ci əsrin əvvəllərində qabaqcıl darvinist-marksist mütəfəkkirlərdən biri olan Anton Pannekukun (Anton Pannekoek) qələmə aldığı Marxism and Darwinism (Marksizm və Darvinizm) adlı kitabda belə ümumiləşdirilir:

Marksizmin və eyni zamanda darvinizmin elmi əhəmiyyəti ondadır ki, onların hər ikisi də təkamül nəzəriyyəsini izləyir. Biri bunu orqanik dünyadacanlılar üzərində etmiş, digəri isə cəmiyyət miqyasında reallaşdırmışdırHəm Darvinin, həm də Marksın təlimləri, yəni təbiət elmləri sahəsində və insan cəmiyyətləri sahəsində inkişaf edən bu iki təlim, təkamül nəzəriyyəsini müsbət elmə çevirmişdir. Bunu etməklə, təkamül nəzəriyyəsini ictimai və bioloji inkişafın təməl anlayışı olaraq kütlələrə tanıtmışlar. (1)Darvinizm ilə marksizm arasında iki mühüm mövzuda tam uyğunluq var:

1. Darvinizm, bütün varlıqların hərəkət edən maddə”dən meydana gəldiyini, bu maddənin Allah tərəfindən yaradılmadığını, bu səbəbdən bütün canlıların təsadüflər nəticəsində var olduğunu, insanın isə digər heyvanlardan təkamül edərək inkişaf etmiş havyan növü olduğunu irəli sürmüşdür. Heç bir elmi dəlilə söykənməyən və səhv olduğu sonrakı illərdə elmi sübutlarla isbat edilən bu iddialar, yalnız maddənin varlığına inanan və bütün insanlıq tarixini maddi faktorlarla şərh etməyə çalışan Marks və Engelsin fikirləriylə tam uyğunluq təşkil edir.

2. Darvinizm, canlılar dünyasında inkişafı təmin edən motivasiyanın “qarşıdurma” olduğunu iddia etmişdir. Darvinin nəzəriyyəsinin ən fundamental fərziyyəsi, təbii resursların canlılar üçün qeyri-kafi olduğu, bu səbəbdən daimi “həyat mübarizəsi” yaşandığı, bu mübarizənin də təkamülləşdirici güc meydana gətirdiyi şəklindədir. Marks və Engelsin mənimsədikləridialektikmetod da bununla eynilik təşkil edir. Dialektikaya görə kainatdakı inkişafın yeganə impulsiv gücü ziddlər arasındakı qarşıdurmadır. İnsanlıq tarixi də qarşıdurma sayəsində inkişaf etmiş, insan bu qarşıdurma sayəsində irəliləmişdir.

Marks-Engels ikilisi ilə Darvinin nəzəriyyələri araşdırıldığında, sanki bir mərkəzdən çıxdıqları və böyük uyğunluq içində olduqları görülür. Darvin materialist fəlsəfəni təbiətə, MarksEngels isə tarixə uyğunlaşdırmışdır.

Belə ki, Darvinin materializmə verdiyi bu tövhənin əhəmiyyətini ilk anlayan insan da Karl Marksın şəxsən özü olmuşdur. Marks, Darvinin 1859-cu ildə nəşr olunan Növlərin Mənşəyi adlı kitabını araşdırmış və bu kitabın öz nəzəriyyəsi üçün böyük dayaq olduğunu görmüşdür. Engelsə yazdığı 19 dekabr 1860-cı il tarixli məktubunda Darvinin kitabı üçün “bizim baxışlarımızın təbii tarixi təməlini ehtiva edən kitab məhz budur” demişdir. (2) 16 Yanvar 1861-ci ildə Lassalleyə yazdığı məktubda isə belə deyirdi: “Darvinin əsəri möhtəşəmdir. Tarixdəki sinif mübarizəsinin təbiət elmləri baxımından təməlini təşkil edir. “(3 )

Marks Darvinə olan simpatiyasını ən böyük əsəri Das Kapitalı Darvinə ithaf edərək göstərmişdir. Kitabının Darvinə göndərdiyi almanca nəşrinə əl yazısıyla belə yazmışdır: “Çarlz Darvinə həqiqi pərəstişkarı Karl Marksdan”.

Engels isə Darvinə olan heyranlığını belə ifadə etmişdir: “Təbiət metafizik olaraq deyil, dialektik olaraq işləyir. Bununla əlaqədar olaraq hamıdan əvvəl Çarlz Darvinin adı xatırlanmalıdır.”(4) Engels, Darvini, onu Marksla bərabər tutacaq şəkildə tərifləmiş və “Darvin orqanik təbiətdəki təkamül qanununu kəşf etdiyi kimi, Marks da insan tarixindəki təkamül qanununu kəşf etmişdir” demişdir. (5)

Lenin tərəfindən “bütün beynəlxalq marksizm ədəbiyyatına ən hakim insan” kimi təriflənən, rus kommunizminin qabaqcılı Georgi Valentinoviç Plexanov (Georgi Valentinovich Plekhanov) isə Marksizm, darvinizmin sosial elmlərə tətbiqidir demişdir. (6)

Vatikan Universiteti professorlarından tarixçi Prof. Malaçi Martin, Marks ilə Darvin arasındakı əlaqəni belə izah edir:

Çarlz Darvin nəzəriyyəsini nəşr etdiyində, Marks bunu bir nəzəriyyədən daha artıq bir şey olaraq görürdü. Bunu, “mənəvi aləm”in olmadığına, yalnız “maddi aləm”in var olduğuna dair öz “elmi” dəlili olaraq mənimsəmişdi. Darvin, Hegelin idealizmini rədd etməsiylə Marksa haqq qazandırırdı… Darvinin nəzəriyyəsinin yalnız nəzəriyyə olduğunu… ictimai baxımdan etibarlılıqdan uzaq olduğuna məhəl qoymayan Marks, Darvinin fikirlərini öz dövrünün ictimai siniflərinə tətbiq etmişdi Darvinin təkamül nəzəriyyəsində olduğu kimi Marks, bütün maddələr kimi ictimai siniflərin də daimi bir həyat və suverenlik mübarizəsi içində olduğunu düşünürdü. (7)

Darvinizm ilə marksizm arasındakı bu güclü bağ, müasir təkamülçülər tərəfindən də vurğulanır. Təkamül nəzəriyyəsinin dövrümüzdəki ən məşhur müdafiəçilərindən olan bioloq Duqlas Futuyma (Douglas Futuyma), Təkamül Biologiyası adlı kitabının ön sözündə “Marksın insanlıq tarixini açıqlayan materialist nəzəriyyəsi ilə yanaşı, Darvinin təkamül nəzəriyyəsi də materializm zəminində böyük mərhələdir” yazaraq bunu ifadə etmişdir.(8) Digər məşhur təkamülçü paleontoloq Stiven Quld (Stephen J. Gould) isə, Darvin təbiəti izah edərkən materialist fəlsəfəni tutarlı şəkildə tətbiq etmişdir deyir.(9)  Leninlə yanaşı Rus Kommunist İnqilabının digər böyük memarlarından olan Lev Trotski (Leon Trotsky) də “Darvinin kəşfi, bütün orqanik maddə sahəsində dialektikanın (dialektik materializmin) ən böyük zəfəri olmuşdur” şərhini etmişdi. (10)

Bütün bunlar, darvinizm ilə marksizm arasında çox əhəmiyyətli əlaqə olduğunu açıq aydın göstərir. Asanlıqla deyilə bilər ki, əgər darvinizm olmasa marksizm də olmayacaq. Əgər bir insan darvinizmin etibarsızlığını anlayarsa, marksizmin də etibarsızlığını anlayacaq. Əlbəttə bunun əksi də doğrudur. Bir cəmiyyətdə darvinizm rəğbət görərsə, o cəmiyyətdə marksizmin də inkişafı qaçınılmazdır.

Bu baxımdan darvinizmin, istər elmi, istərsə də sosial baxımdan etibarsızlığının qavranması, insanlıq üçün çox mühüm mövzudur. Bu gerçəyin aşkara çıxması, darvinizmdən qaynaqlanan və bu gün pusquda gözləyən marksizmin təkrar dirçəlməsinin qarşısını alacaq, insanlığın keçən əsrdə yaşadığı bəlaların təkrar yaşanmasına əngəl olacaqdır. Tarix də darvinizm olmadan marksizmin də ola bilməyəcəyini göstərir.

1. Anton Pannekoek, Marxism and Drawinism, Translated by Nathan Weiser. Transcribed for the Internet by Jon Muller, Chicago, Charles H. Kerr & Company Co-operative Copyright, 1912 by Charles H. Kerr & Company, s.?? (http://www.marxists.org/archive/pannekoe/index.htm)

2. Marx Engels Mektuplar, s. 426

3. Marx Engels Mektuplar, cilt 2, s.126

4. Friedrich Engels, Ütopik Sosyalizm-Bilimsel Sosyalizm, s. 85

5. Gertrude Himmelfarb, Darwin and the Darwinian Revolution, Chatto & Windus, London, 1959, s.348

6. Robert M. Young, Darwinian Evolution and Human History, Radio talk given in an Open University course on Darwin to Einstein: Historical Studies on Science and Belief, 1980

7. Malachi Martin, The Keys of This Blood, s. 203-5

8. Douglas Futuyma, Evolutionary Biology, 2nd ed., Sunderland, MA: Sinauer, 1986, s. 3

9. Alan Woods and Ted Grant. “Marxism and Darwinism”, Reason in Revolt: Marxism and Modern Science, London, 1993 s.?

10. Alan Woods and Ted Grant. “Marxism and Darwinism”, s.?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma