Darvinizmin Qanlı Dialektikası: Sol və Sağın Mübarizəsi


Kommunizm, hər ölkədə kapitalizmin və faşizmin əleyhdarı və alternativi olaraq inkişaf etmişdir. Bir-birinə zidd kimi görünən bu tərəflər, ortaq qaynaqdan, yəni darvinizmdən ilham alır. Kapitalizm və faşizm darvinizmin sağ qanadını, kommunizm isə sol qanadını meydana gətirir. Bir ölkədə darvinizmin yayılması, hər iki qanadın birdən yayılması nəticəsini zəruri edir. Bu səbəbdən faşizmi və ya kapitalizmi dəstəkləmək üçün darvinizmdən istifadə edənlər, istər-istəməz kommunizmi də dəstəkləmiş olurlar.

Darvinizmin hakim olduğu bu dinsiz dünya görüşündə, sağ solu, sol da sağı doğurur və bəsləyir. İki tərəf bir-biriylə daimi mübarizədədir. Zatən darvinizm belə mübarizə mühitini cəmiyyətlər üçün uyğun və vacib hesab edir.Bu ümumi sxemə baxdığımızda, darvinizmin əslində siyasi səviyyədə “dialektika” meydana gətirdiyini söyləmək mümkündür. Dialektika, alman filosof Hegelin ortaya atdığı, sonradan Marks və Engels tərəfindən mənimsənən “qarşıdurma” nəzəriyyəsidir. Dialektika, kainatdakı bütün inkişafın qarşıdurma sayəsində mümkün olduğunu fərz edir. Bu nəzəriyyəyə görə, hər vəziyyət və ya fikir bir tezisdir. Sonra bu tezisə qarşı çıxan “anti-tezis” meydana gəlir. Tezis ilə anti-tezis mübarizə aparır və ortaya çıxan nəticəyə “sintez” adı verilir. Sintez də bir müddət sonra tezis halına gəlir və bu dəfə buna qarşı bir anti-tezis çıxır. Dialektik nəzəriyyə görə bu qarşıdurma bu şəkildə davam edir.

İnsanların Allah tərəfindən yaradıldığı gerçəyinin rədd edilməsinə və insanın təkamül etmiş heyvan növü hesab olunmasına səbəb olan darvinizmlə birlikdə, dünya bu darvinist dialektikanın mübarizə meydanı olmuşdur. Başda Avropa ölkələri olmaqla, bir çox ölkədə əvvəl sağ qanad darvinistlər hakim olmuş, bunlar dini inancları və əxlaqi dəyərləri məhv edərək və ya təhrif edərək vəhşi kapitalizmi və ardından faşizmi gətirmişlər. Bunlara qarşı da sol qanad darvinistlər, yəni kommunistlər təşkilatlanmış və hər iki tərəf daimi qarşıdurma içində olmuşdur. Bu darvinist dialektikanın sintezi isə həmişə eynidir: qan, bəla, işgəncə, savaş, göz yaşı…

Darvinizmin Qanlı Dialektikası: Sol və Sağın Mübarizəsi” üzərinə 2 şərh

  1. Salamlar. Bu məqaleni oxuyandan sonra bir fikir geldi ağlima. Deyim. Coxları kimi Azərbaycan da artıq neçə əsrdir ki, bu dialekyikanın qurbanıdır. Amma Dialektik fəlsəfəni müdafiə edən fikir və cərəyanların ölkəmizdə hələ də etibarlı olması dəhşətlidir. Sanki insanlar sehrə düşüb.

  2. Salamar, Insanlar dehshetli derecede qeflet icindedirler . Bu movzuda sohbet acanda gulurler … O qeder erp yigilib ki, dushunme motorlarinin ustune ,bir defeye temizlenmez. her sheyin sebebinin bu oldugunu hiss etmirler . Hetta bu menfur ideologiya aile ve qohumluq elaqelerine de toxunub… her kes meterialist olub , agilli olmaga calishir , ticari ve maddi maraqlari harda ise , ora can atirlar … ve bir de burda ne var ki, deyirler …

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma