Fiziki Varlığın Sərhədi: Kvarklar

Hüceyrənin təməlindəki atomların, onların içindəki proton və neytronların və bunların da içindəki kvarkların (quark) mexanizmlərindəki üstün yaradılış inanclı olub-olmamasından asılı olmayaraq hamını heyrətə salacaq mükəmməllikdədir. Hava, su, dağlar, heyvanlar, bitkilər, bədəniniz, oturduğunuz stul, qısası ən ağırından ən yüngülünə qədər gördüyünüz, toxunduğunuz, hiss etdiyiniz hər şey atomlardan meydana gəlmişdir. Əlinizlə toxunduğunuz kompüter milyardlarla atomdan ibarətdir. Atomlar elə kiçik parçacıqlardır ki, ən güclü mikroskoplarla belə bir dənəsini görmək mümkün deyil. Bir atomun diametri ancaq millimetrin milyonda biri qədərdir. Oxumağa davam et

Qiyamət Əlamətləri Yaxınlaşır

Peyğəmbərimizin (s.ə.v.) hədislərində xəbər verdiyi qiyamət əlamətlərindən biri “Günəşin Qərbdən Doğması”dır. Hədislərdə bu əlamət baş vermədən qiyamətin qopmayacağı bildirilməkdədir.

Tarix boyu bir çox insan dağların əzəmətli quruluşunu, ulduzların və Günəşin böyüklüyünü öz batil anlayışına görə şərh etmiş; kainatın sonsuza qədər mövcud olacağını, əsla yox olmayacağını zənn etmişdir. Bu inanc çoxtanrılı və materialist Yunan fəlsəfələrinin, batil Şumer və Misir dinlərinin təməlini meydana gətirmişdir.

Bu inanca sahib insanların səhv içində olduqları bizə Quranda xəbər verilir. Milyardlarla ildən bəri işləyən bu qüsursuz nizam, hər şeyi yaradan Rəbbimizin əsəridir, Onun əmri ilə və Onun təyin etdiyi zamanda yenə əzəmətli  şəkildə sona çatacaq. 20-ci əsrdəki elmi nəaliyyətlər də əsrlər əvvəl Quranda bildirilən bu həqiqəti təsdiq edir, kainatın başlanğıcı olduğunu sübut edir. Bütün insanlar və canlılar kimi kainatın da ölümü vardır. Oxumağa davam et

Peyğəmbərlərin Sahib Olduğu Yüksək İmanda Qorxaqlıq, Təlaşa Qapılmaq, Kədərlənmək, Küsmək, Hirslənmək Kimi Vəziyyətlər Yoxdur

Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır! (Hucurat surəsi, 15)

Ayədə bildirildiyi kimi, “heç bir şəkk-şübhəyə düşmədən iman etmək” həqiqi imanın təməl əsaslarından biridir. Müsəlman Allahın varlığına qəti olaraq inandığı kimi, imanında heç vaxt tərəddüdə düşməz, Allahın hər an onu gördüyü və eşitdiyinin şüurunda davranar, həyatı boyunca Allahın əmr və tövsiyələrinə əməl edər, Onun əmr etdiyi gözəl əxlaqı qeydsiz-şərtsiz tətbiq edər. Digər yandan axirətin varlığından elə əmindir ki, hər an ölümlə qarşılaşacaqmış və hesaba çəkiləcəkmiş kimi yaşayar. Bu iman, Allahın Quranda bütün müsəlmanlara əmr etdiyi iman şəklidir. Oxumağa davam et

Uşaqlara Allahı Tanıtmağın Və Dini Müəllimin Əhəmiyyəti

Allahı tanımadan, dinini öyrənmədən yetişən uşaq şübhəsiz ki, həyatında bir çox çətinliklə qarşılaşacaq. Allah sevgisi və Allah qorxusu əvvəldən ona öyrədilmədiyi üçün qarşılaşdığı bütün hadisələrdə nəfsi ilə hərəkət edəcək, yalan danışaraq özünü xilas edəcəyini zənn etdiyi üçün asanlıqla yalan danışacaq, haqsız yoldan mənfəət təmin etməyi normal qarşılayacaq, yardımsevər və mülayim olmaq əvəzinə üsyankar və eqoist olacaq. Hər şeydən əvvəl, dünyada daim zərərə uğrayacağı kimi, axirətini də itirəcək, Allahdan və dindən uzaq həyat sürdüyü üçün isə Cənnətə düşmək imkanını sonsuza qədər itirmiş olacaq.

Bu səbəbdəndir ki, valideynlərin uşağına edəcəyi ilk xeyirxah iş Allah sevgisini və Allah qorxusunu kiçik yaşda ikən ona öyrətməkdir. Oxumağa davam et

Molekulların Hiss Edilməyən Bombardmanı

Bədənimiz və bütün kainat molekullardan meydana gəlmişdir. Bu molekullar çox böyük sürətlə hərəkət edirl Boşluqda hərəkət edən molekulların sürəti saniyədə 1000 metri keçir. Bu, tapançadan atılan güllənin sürətinə bərabərdir. Hal-hazırda olduğunuz otaqdakı molekulların sürəti isə saniyədə 500 metrdir. Bu halda üzümüzə, gözlərimizə, bir sözlə bütün bədənimizə böyük sürətlə fasiləsiz olaraq dəyən daimi  molekul bombardmanı ilə qarşı-qarşıyayıq. Normal şərtlərdə bu bombardmanın bizə  ağrı verməsi lazımdır. Çünki aparılan hesablamalar molekulların məsələn, yalnız gözümüzə dəyməsi ilə 1 kq-lıq kütlənin ağırlığına ekvivalent bir qüvvə yarandığını göstərir. Halbuki, biz heç bir şey hiss etmədən gündəlik həyatımıza rahatlıqla davam edirik. Hətta ətrafımızda  yaranan molekulların bu sürətli hərəkətlərindən xəbərimiz belə yoxdur. Çünki Allah bizi bu şərtlərə uyğun mükəmməl xüsusiyyətlərlə yaratmışdır. Oxumağa davam et

Cənnətin Möhtəşəm Gözəlliklərindən Bəziləri

İnsanın ruhu gözəllikdən, təmizlikdən, nizamdan, zövq alacaq şəkildə yaradılmışdır. Allah bütün bu gözəllikləri fövqəladə bir mükəmməlliyin və ehtişamın hökm sürəcəyi Cənnətdə, dünyadakı əməllərindən razı olduğu qullarına nəsib edəcək.

Bizlər Cənnətdəki mükəmməlliyi təfəkkür etmək istədiyimizdə dünyanın ən gözəl mənzərələrini, ən dəbdəbəli məkanlarını zehinimizdə canlandırarıq. Amma şübhəsiz  ki, dünyanın ən gözəl məkanlarının da bir sıra qüsurları vardır və dünyadakı ən gözəl şəhər belə  gözəl və ehtişamlı olan Cənnət şəhərlərinin yanında son dərəcə bəsitdir. Belə ki, qüsursuzluq ancaq Cənnətə məxsus bir xüsusiyyətdir. Oxumağa davam et

İnananların Allaha Olan Bağlılığı İmtahanlar Qarşısındakı Davranışlarından Aydın Olur

Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız! (Ənbiya surəsi, 35)

Yuxarıdakı ayədə ifadə edildiyi kimi, dünya Allahın, qullarını bəzən müxtəlif çətinliklərlə, bəzən də nemətlərlə sınadığı bir imtahan yeridir. Bu imtahanlardan gözəlliklə keçənlər, qarşılaşdığı hər bir hadisədə Allaha bağlı qalan, Allah ruzisini artırdığında da, azaltdığında da gözəl əxlaq göstərən, xəstələndiyində də, şəfa tapdığında da Ona yönələn, hər bir işdə Ona şükr edən və təvəkkül edənlərdir. Oxumağa davam et

Düşünə Bilənlər Üçün..

Yaşadığımız dünyada insan gözünü hara çevirirsə gözəlliklərlə qarşılaşır. Gördüyü şeyləri böyük zövqlə izləyir. Qüsursuz dizayndakı insan bədəni, milyonlarla növ bitki, tonlarla ağırlıqdakı buludların mövcud olduğu ucsuz-bucaqsız səma və daha neçə-neçə şey ruha zövq verəcək gözəl görünüşlə yaradılmışdır. Gördüyü şeylərdən başqa, digər duyğu orqanlarıyla qəbul etdiyi hislər də insana zövq verir: gözəl qoxu, dad və ya gözəl ritimli bir musiqi kimi.

Budaqdan sallanan bir meyvə, gözəl qoxusu və dadıyla hər kəsin xoşuna gəlir. Həmçinin çiçəyin fərqli tonlardan ibarət rəngləri, üzərindəki naxışları zövqümüzü oxşayır və ya müəyyən bir insanın gözəl siması hər kəs tərəfindən bəyənilə bilər . Ya da gözəl bir ev, son model avtomobil dünyada tələb olunan əmtəələrdir. İnsan həyatını sürərkən bunlar kimi  bir çox şeyi bəyənib, onları əldə etmək istəyər. Lakin bütün bu sayılanlara bir müddət keçdikdən sonra çevrilib baxdığında böyük fikir qarışıqlığına düşər. Çünki bu gözəlliklər mənalarını itirmiş, hətta artıq görmək belə istəmədiyi bir hala çevrilmişdir. Oxumağa davam et

Axır Zamanda Gözəl Əxlaqın Yayılması Üçün Göstərilən Hər Bir Səy Çox Qiymətlidir

Axırzaman, Peyğəmbərimizin (s.ə.v) hədislərində qiyamətə yaxın bir vaxtda yaşanacağını bildirdiyi və müəyyən hadisələrin ar-arda meydana gələcəyini xəbər verdiyi bəlli bir zamandır. Peyğəmbərimizin (s.ə.v) bu zaman müddətində reallaşacağını bildirdiyi hadisələr yaşadığımız əsrdə təsdiqlənmiş, sözükeçən əlamətlər bir-birinin ardınca zühur etmişdir.

Hədislərdən aydın olduğu kimi, axırzaman iki ayrı dövrdən ibarətdir. Birinci dövrdə dünyada tez-tez müharibələrin, qarşıdurmaların, fəlakətlərin, əxlaq böhranı və yoxsulluğun baş alıb gedəcəyi, ikinci dövrdə isə Hz. Mehdinin (ə.s) inkarçı sistemlərə qarşı fikirlə apardığı böyük mübarizə vəsiləsiylə yer üzünün fitnədən xilas olacağı və Hz. İsanın (ə.s) yenidən yer üzünə gəlişi ilə birlikdə bütün dünyada sülh, təhlükəsizlik, sabitlik və qardaşlığın hakim olacağı xəbər verilmişdir. Oxumağa davam et

Ağacdələnin Başındakı Mexaniki Sistem Allahın Sonsuz Yaratma Gücünün Bir Nümunəsidir

Bir insan başını möhkəm bir betona dalbadal, saniyədə 10-15 dəfə, sürətli bir şəkildə vurduğunda bunun nə nəticə verəcəyini təxmin edə bilərik. Böyük ehtimalla beyində ciddi bir zədə, beyin qanaması, ciddi bir zədələnilmə meydana gələcək, hətta bu vəziyyət ölümlə nəticələnəcək. Zehnimizdə canlandırıldığımızda son dərəcə təhlükəli olan bu hadisə, bu əməliyyatı hər zaman icra edən ağacdələn üçün son dərəcə normal qarşılanır. Və bunu icra edənin bir ağacdələn olduğunu bilərkən, mövzunun bütün təfərruatında Allahın sonsuz və mükəmməl ağılının təcəllilərini görürük. Əgər Uca Rəbbimiz Allah, ağacdələni başındakı özünəməxsus, möhtəşəm mexaniki sistem ilə yaratmasaydı, eyni hadisə onun üçün də öldürücü dərəcədə təhlükəli ola bilərdi. Oxumağa davam et

Müsəlman Ürəyində Daim Allahla Bərabərdir

Müsəlman həyatın ən əhəmiyyətli sirlərinə bələd olmuş, kainatın yaradılış məqsədini və özünün bu dünyada niyə nə səbəbə yaradıldığını anlamış insandır. Dünyanın müvəqqəti bir yer olduğunu, Allahın təqdir etdiyi bir zamanda həyatının sona çatacağını bilir və bu həqiqətə görə yaşayır. Hər şeyin Allahın diləməsiylə reallaşdığının, Onun diləməsi xaricində bir yarpağın da düşməyəcəyini dərk edir . Baxdığı hər nöqtədə Allahı görür, Onu təsbeh edir və ucaldır. Qəlbi davamlı olaraq özünü yaradan və ona saysız nemətlər bəxş edən Rəbbimizlə bərabərdir, heç bir şey onu Allahı xatırlamaqdan uzaqlaşdırmaz. Nə edirsə etsin, hansı əməl ilə məşğul olursa olsun, diqqəti həmişə Allahda və Onun ayələrindədir. Allah Müsəlmanların bu xüsusiyyətlərini bir ayəsində bu şəkildə xəbər verir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Ali-İmran surəsi, 191) Oxumağa davam et

Öz-özünü Təmir Edə Bilən Tək Orqan: Qaraciyər

500 müxtəlif əməliyyatı eyni anda reallaşdıra bilən qaraciyər hüceyrələri, enerji üçün ehtiyac duyduqları şəkər olmadıqda hansı üsula müraciət edirlər?

İnsan bədəni tamamilə ayrı bir “aləm”, sanki tamamilə başqa bir “şəhərdir”. Bu şəhərin içində nəqliyyat yolları, binalar, fabriklər, yetkin infrastruktur, ən üstün texnologiyalardan daha üstün texnologiyaya sahib cihazlar, heyrətamiz şəkildə şüur nümayiş etdirən, öz peşəsində ixtisaslaşmış işçilər (hüceyrələr, hormonlar, vəzilər), tam təchizatlı əsgərlər və daha nələr mövcuddur. Üstəlik bu “aləm” yalnız sizin bədəninizin içində deyil. Ətrafınızda gördüyünüz hər bir insan – ananız, atanız, qardaşınız, dostlarınız, iş yoldaşlarınız, küçədə yanlarından keçdiyiniz insanlar, televiziyada izlədiyiniz insanlar, bir sözlə yer üzündə bu an yaşamaqda olan milyardlarla insan, bu möcüzəvi “aləm”ə malikdir. Bu qüsursuz yaradılmış aləm içində Uca Allah bir-birindən möcüzəvi yüzlərlə sistem və onlarla orqan yaratmışdır. Sağlam bir bədənə sahib olmağımıza səbəb olan bu orqanlardan biri də qaraciyərdir. Oxumağa davam et