Maddənin Həqiqi Mahiyyəti – 1

XƏBƏRDARLIQ!

OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏ DƏRK EDƏRƏK OXUMALISINIZ. BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.

Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?

Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.

Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür. Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 2

Beynimizin İçində Yaranan “Xarici Dünya”

Bura qədər izah etdiyimiz fiziki həqiqətlər bizi mübahisə edilməz nəticəyə gətirir: gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına “maddə”, “dünya” ya da “kainat” dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.

Məsələn, meyvə yeyən bir insan meyvənin əslini deyil, beyinindəki kopiyasını hiss edir. Bir insanın “meyvə” deyə adlandırdığı şey, meyvənin ölçüsü, dadı, qoxusu və yumşaqlığına aid elektrik sinallarından ibarət informasiyanın beyində qavranılmasından ibarətdir. Əgər beyinə gedən görmə sinirini kəssəniz, meyvə görüntüsü də o anda yox olar. Və ya burundakı qəbul edicilərdən beyinə gedən sinirlərdə meydana gələn hər hansı qüsur qoxu hissinizi tamamilə ortadan qaldırar. Çünki, meyvə bir sıra elektrik siqnallarının beyin tərəfindən şərhindən başqa bir şey deyil.

Uzaqlıq hissi də düşünülməsi vacib olan digər məsələlərdən biridir. Əlinizdə bir kitabın olduğunu düşünək. Uzaqlıq deyəndə bu kitabla aranızdakı məsafə nəzərdə tutulur və bu beyninizdə meydana gələn boşluq hissidir. Bir insanın özündən çox uzaqda hesab etdiyi maddələr də əslində beyninin içindədir. Məsələn, insan göyə baxıb ulduzları seyr edir və bunların milyonlarla işıq ili uzaqda olduqlarını hesab edir. Halbuki ulduzlar onun içində, beyinindəki görüntü mərkəzindədir. Bu yazıları oxuyarkən içində olduğunu hesab etdiyiniz otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməyiniz sizi otağın içində olduğunuza inandırır. Ancaq bunu unutmayın ki, bədəniniz də beyninizdə yaranan görünütüdür. Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 3

Qavrayan Kimdir?

Bura qədər izah etdiklərimizdən aydın olduğu kimi içində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” olaraq adlandırdığımız maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma burada mühüm sual ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində hissdirsə, o zaman beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər əşya kimi maddi dünyanın bir parçası olduğuna görə o da digər maddələr kimi bir hiss olmalıdır.

Yuxu ilə bağlı çəkəcəyimiz nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyədək izah etdiklərimizə uyğun olaraq beynimizin içində yuxu seyr etdiyimizi düşünək. Bu yuxuda xəyali bədənimiz, xəyali qolumuz, xəyali gözümüz, xəyali beynimiz olacaq. Yuxu əsnasında bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Amma ortada gerçək beyin yoxdur. Yalnız xəyali bədən, xəyali qafa tası və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.

Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda, gerçək həyat dediyimiz mühitdə bizə “harada görürsən?” sualı verilsə, yuxarıdakı nümunədə olduğu kimi “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və hiss edən iradə ət parçasından ibarət beyin deyil. Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 4

SAHİB OLDUĞUNU HƏR ŞEY ƏSLİNDƏ HİSSDİR (XƏYALDIR)

“Xarici dünya”nın maddi həqiqətə sahib olmadığı və Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Bununla yanaşı insanlar ümumiyyətlə “xarici dünya” anlayışına hər şeyi daxil etmir və ya etmək istəmirlər.

Bu mövzuda bir az səmimi və cəsarətlə düşünsəniz, evinizin, əşyalarınızın və ya antikvarlarınızın, bağ evinizin, təzəcə aldığınız avtomobilinizin, ofisinizin, ləl-cəvahiratlarınızın, bankdakı hesabınızın, qarderobunuzun, həyat yoldaşınızın, uşaqlarınızın, iş yoldaşlarınızın və sahib olduğunuz hər şeyin də sizə göstərilən bu “xəyali xarici dünya”ya aid olduğu həqiqətini anlayarsınız. Ətrafınızda gördüyünüz, eşitdiyiniz, iylədiyiniz, bir sözlə, beş duyğu üzvü ilə qavradığınız hər şey bu “xəyali dünya”ya aiddir. Ən sevdiyiniz müğənninin səsi, oturduğunuz oturacağın yumşaqlığı, qoxusu xoşunuza gedən ətir, sizi isidən günəş, rəngləriylə göz oxşayan çiçək, pəncərənizdən çöldə uçan quş, dənizin üzərində sürətlə gedən kater, bol məhsul verən bağçanız, işinizdə istifadə etdiyiniz kompüteriniz… Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 5

MATERİALİSTLƏRİN MƏNTİQ ÇATIŞMAZLIĞI

Bu hissənin əvvəlindən etibarən maddənin materialistlərin iddia etdikləri kimi mütləq varlıq olmadığı, əksinə Allah tərəfindən yaradılan qavrayışlar cəmindən ibarət olduğu elmi cəhətdən izah edildi. Materialistlər isə bütün fəlsəfələrini yox edən bu aşkar həqiqətə qarşı son dərəcə doqmatik şəkildə müqavimət göstərir və əsassız məntiqi mühakimələr irəli sürürlər.

Məsələn, materialist fəlsəfənin 20-ci əsrdəki ən böyük müdafiəçilərindən biri olan qatı marksist düşüncəli Corc Politzer maddənin varlığının “böyük dəlili” olaraq “avtobus nümunəsi”ni vermişdir. Politzerə görə maddənin qavrayış olduğunu müdafiə edən mütəfəkkirlər də şosedə avtobus gördükləri zaman əzilməmək üçün qaçırlar və bu maddənin obyektiv varlığının isbatıdır. (1)

Bir başqa məşhur materialist alim Consona (Johnson) maddənin qavrayışlar cəmi olduğu izah edildikdə isə daşlara təpik vuraraq onların fiziki varlığını “sübut etməyə” çalışmışdır. (2)

Başqa nümunə isə Politzerin müəllimi və dialektik materializmin Marksla birlikdə qurucusu olan Fridrix Engels (Friedrich Engels) tərəfindən verilmişdir. Engels “əgər yediyimiz tortlar bir hiss, qavrayış olsaydı, aclığımızı yox etməzdilər” deyə yazmışdır. (3) Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 6 (Son)

Hisslərin Beyində Meydana Gəlməsi Fəlsəfə Deyil, Elmi Həqiqətdir

Materialistlər, burada izah etdiklərimizin fəlsəfi görüş olduğunu iddia edirlər. Halbuki bizim “xarici dünya” dediyimiz şeyin hisslər cəmi olduğu, fəlsəfə deyil, elmi gerçəkdir. Görüntünün və hisslərin beyində necə meydana gəldiyi bütün tibb fakültələrində təfərrüatlı şəkildə öyrədilir. Müasir fizika başda olmaqla 20-ci əsr elminin ortaya qoyduğu gerçəklər, maddənin konkret həqiqətə sahib olmadığını, açıq-aydın hər kəsin “beynindəki ekranı” izlədiyini göstərir. Bunu, istər ateist olsun, istər budist olsun, istər başqa düşüncəyə sahib olsun, elmə inanan hər kəs qəbul etmək məcburiyyətindədir. Bir materialist öz aləmində Allahın varlığını inkar edə bilər, amma bu elmi gerçəyi inkar edə bilməz.

Yaşadıqları dövrün elm anlayışı və elmi imkanları kifayət qədər olmasa da, Karl Marks, Fridrix Engels, Corc Politzer və digərlərinin bu qədər asan və açıq gerçəyi qavraya bilməmələri çox qəribədir. Amma müasir dövrdə elmin və texnologiyanın imkanları hədsiz dərəcədə inkişaf etmişdir və bu imkanlar onsuz da çox açıq olan bu gerçəyin qavranılmasını daha da asanlaşdırır. Materialistlər isə qismən də olsa bu mövzunu qavramağın və ümumiyyətlə bu mövzunun öz fəlsəfələrini necə çökdürdüyünü anlamağın verdiyi böyük qorxu içindədirlər. Oxumağa davam et

Ümidsizliyə və Şeytanın Mənfi Təlqinlərinə Fürsət Verməmək

Ümidsizlik iki cür ola bilər. Birinci halda, insan qarşılaşdığı çətinliklər qarşısında ümidsizliyə qapıla bilər. Ancaq iman etmiş hər insan Allahın nəzarəti altında icra edilən və Onun dəstəkləyəcəyini vəd etdiyi işlərdə hər hansı mənfi halın olmayacağını bilər. Çünki Qurandakı ayələrdə Allahın konkret olaraq möminlərin dəstəkçisi olduğu və onları əsla inkarçılar qarşısında köməksiz buraxmayacağı xəbər verilir.

Ümidsizliyin ikincisi isə etdiyi səhv və ya işlədiyi günah səbəbiylə hər hansı insanın öz imanından ümid kəsməsi, Allahın onu bağışlamayacağına və artıq cəhənnəmlik olduğuna özünü inandırmasıdır. Halbuki bu tamamilə Qurana zidd düşüncədir. Əksinə, Allah səmimi tövbə edənlərin bütün günahlarını bağışlayar. Allaha yönəlmək, Onun rəhmətinə sığınmaq üçün heç vaxt “çox gec” deyil. Allah Quranda qullarına belə səslənir: Oxumağa davam et

Həddi Aşmamaq

Mömin insan həddi aşmayaraq yalnız halal dairəsində hərəkət edər. Cəhalətin hakim olduğu mühitdə lazımi davranışları göstərməsi və özünü cahiliyyə mədəniyyətinin təsirinə salmaması, ölçülü və ağıllı davranması vacibdir.

Əlbəttə yalnız cahiliyyə mühitində deyil, möminlər arasında da incə düşüncəli ağıllı davranışları tələb edən vəziyyətlər var. İman edən insan hər an ağılından istifadə edərək həddindən artıq və kəskin hərəkətlərdən uzaq dayanmasının vacibliyini bilər. Hadisələr qarşısında həyəcanlanmayan, heç bir zaman soyuqqanlılığını itirməyən xarakterə sahib olmaq üçün hər zaman diqqətli olar. İmanın verdiyi bu soyuqqanlılıq ilə ağıldan uzaqlaşmayan, ani kədər və ya sevincə qapılmayan xarakterə sahib olar və sabitliyini hər hərəkətində göstərər.

Oxumağa davam et

Diqqətli Olmaq

Təfəkkürün əhəmiyyətli bir hissəsini diqqət təşkil edir. Allah bütün kainatı və kainatın hər hissəsini Öz varlığının dəlillərini göstərmək üçün yaratmışdır. Ancaq inkarçılar bu gerçəyi qavraya bilməzlər. Çünki bu incəliyi qavrayacaq “görmə” qabiliyyətinə sahib deyildirlər. Quranda ifadə edildiyi kimi “… gözləri vardır bununla görməzlər…”. (Əraf Surəsi, 179) Gözləriylə gördükləri maddi kainatın üzərindəki incə pərdəni qaldırıb, arxasındakı böyük həqiqəti fərq edəcək ağıla və qavrayışa sahib deyildirlər.

Mömin isə Allahın kainatı hikmətlə və məqsədli şəkildə yaratdığını qəbul edir və bununla da gözləri olduğu halda görməyən qrupdan fərqlənir. Ancaq bu imanın ilk mərhələsidir. İman və ona paralel olaraq ağıl inkişaf etdikcə, mömin qəbul etdiyi bu böyük gerçəkliyi qarşısına çıxan hər təfərrüatda yoxlamağa başlayır. Oxumağa davam et

Hər İşdə Xeyrin Olması

Allah hər şeyi hikmətlə yaradır. Bu hikmətlərdən biri də Allahın yaratdığı hadisələrin nəticəsinin möminlərə, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə bərabərdir və möminlərin əleyhinə heç bir şey yaratmaz.

Möminin qarşısına çıxan bəzi hadisələr məsələn, inkarçıların qurduğu tələlər ilk baxışda mənfi hal kimi görünə bilər. Amma Allah mütləq və mütləq bunda da xeyir yaratmışdır. Bu hadisədə hansı xeyirlərin olduğunu isə dərhal və qısa zaman ərzində möminlərə göstərər. Buna görə də möminlər qarşılaşdıqları hər hadisədə mütləq xeyirin olduğunu bilməlidirlər. Oxumağa davam et

Seçilmişlik

Allah hər insan üçün bir qədər (tale) təyin etmişdir və bu qədəri hər hansı bir insanın ya da hadisənin dəyişdirməsi mümkün deyil. İnsanın hansı tarixdə, hansı cəmiyyətdə, hansı ailəyə mənsub olacağını təsbit edən, həyatı boyunca da nələrlə qarşılaşacağına qərar verən ancaq Allahdır. İnsana sahib olduğu ağılı, fikrindən keçirdiyi düşüncələri ilham edən də yenə Allahdır.

Bu səbəbdən bir insanın iman etməsi, sahib olduğu hər hansı xüsusiyyətdən qaynaqlanmaz. İmanı verən ancaq və ancaq Allahdır. Allah “Hadi”dir, yəni hidayət verəndir, eləcə də “Rəbb”dir, yəni öyrədib yetişdirəndir. İstədiyi qulunu doğruya yönəldər. Quranda bu gerçək Hz. Musanın sözləri ilə belə xəbər verilir:

“(Musa) dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da (ona) doğru yolu göstərəndir!” (Taha Surəsi, 50) Oxumağa davam et

Qədərə Təslimiyyət

Dünya həyatındakı imtahanın çox mühüm bir sirri var. Bu sirri bilən möminlər çətinliklərə qarşı böyük şövq və sevinclə səbir göstərirlər. Bu sirrin əsasında “qədər” gerçəyi dayanır. Müsəlman, Allahın hər şeyi qədər ilə yaratdığını və qarşılaşdığı hadisələrin də ancaq Allahın istəyi ilə reallaşdığını bilir. İnsan həyatını bütün incəliklərinə qədər yaradan Allahdır. Ənam Surəsində dünyada meydana gələn kiçik-böyük bütün hadisələrin Allahın istəyi ilə reallaşdığı belə ifadə edilir:

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam Surəsi, 59)

İnsan zamana tabe olan və hadisələri ancaq yaşadığı andan baxaraq qiymətləndirməyi bacaran varlıqdır. İnsan gələcəyini bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzunmüddətli hikmətləri, gözəllikləri və xeyirləri də həmişə görə bilmir. Lakin zamana tabe olmayan və zamanı yaradan Allah zamana tabe olan bütün varlıqların həyatını “zamanın xaricindən” görür və bilir. Elə burada qədər gerçəyi ilə qarşılaşırıq. Qədər Allahın keçmişdə baş vermiş və gələcəkdə olacaq bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni “nəticəsi bilinməyən hadisələr” yalnız bizim üçün “bilinməz”dir. Allah bizim bilmədiyimiz hadisələrin hamısını bilir. Buna görə də əslində insanın imtahanı, əvvəli və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an Allah Qatında birdir və hamısı olub bitmişdir. Biz isə bu hadisələri ancaq yaşayaraq öyrənirik. Oxumağa davam et