İslam: Dünyanı Aydınladan İşıq


İslamın yarandığı 7-ci əsrin əvvəllərində Ərəbistan dünyanın ən mürəkkəb bölgələrindən biri idi. Bu torpaqlarda bir çox fərqli qəbilə yaşayır, hər biri ayrı bir bütə sitayiş edirdi. Azğın dinləri və bütlərinə görə bir-birləri ilə vuruşur, qan tökür, hətta uşaqlarını öldürəcək qədər vəhşiləşirdilər. Bu batil sistemdə sevgi, mərhəmət, həlim xasiyyət deyil, mərhəmətsizlik, nifrət və şiddət məqbul qarşılanırdı. Qadınlar aşağı varlıqlar sayılır, kasıblar və kölələr alçaldılırdı.

Bu qaranlıq və qanlı dünya İslam əxlaqıyla birlikdə tamamilə dəyişdi. Yalnız ərəblər deyil, daha bir çox millət İslam əxlaqının işığıyla aydınlandı. İslamın gəlişi ilə elmdə, mədəniyyətdə, düşüncədə və sənətdə əvvəllər az rast gəlinən yüksəliş baş verdi.Allahın, Peyğəmbərimizə (səv) vəhy etdiyi; “Yaradan Rəbbinin adıyla oxu. O, insanı bir ələqdən yaratdı. Oxu, Rəbbin ən böyük kərəm sahibidir; ki O, qələmlə (yazmağı) öyrədəndir. İnsana bilmədiyini öyrətdi.” (Ələq Surəsi, 1-5) ayələriylə qaranlıq cəhalət və qanlı şiddət dövrü içindəki ərəblər ilk dəfə oxumağa və düşünməyə dəvət edildilər.

Ərəb cəmiyyətinin quruluşu İslamla birlikdə tamamilə dəyişməyə başladı. Məsələn, ərəb adətləri döyüşlərdə əsir alınan hər kəsin öldürülməsini tələb edirdi. Halbuki Peyğəmbərimiz, Allahın vəhy etdiyi hökmlər əsasında əsirlərə yaxşı münasibət göstərilməsini, müsəlmanların öz yeməklərindən onlara da verilməsini əmr edirdi. Quranda Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər.” (İnsan Surəsi, 8 ) ayəsi ilə möminlərin bu xüsusiyyətləri bildirilir. Əsir alınan insanlardan tələb olunan isə yazıb-oxumağı bacaranların bunu, bilməyən müsəlmanlara öyrətməsi idi. Ərəbistan torpaqları bəlkə minlərlə illərdən bəri ilk dəfə olaraq mərhəmətə, bağışlamağa və mədəniyyətə şahid olur, insanlıq tarixinin gördüyü ən böyük mədəni yüksəlişlərdən birini yaşayırdı.

İllər keçdikcə İslamın ədaləti və yüksək əxlaqı Ərəbistanda surətlə yayıldı. Müsəlmanların ədaləti, mərdliyi və dözümlülüyü bir çox ərəb qəbiləsinin İslamı qəbul etməsinə səbəb oldu. Böyük gücə malik olan İslam ordusu 630-cu ildə Məkkəyə yürüş etdi. Məkkə bütpərəstləri çox saylı zülmlərindən sonra müsəlmanların onlardan intiqam alacağından qorxurdular. Ərəb adətlərinə görə bir döyüşdə məğlub olan qəbilənin kişiləri qılıncdan keçirilir, qadın və uşaqları isə kölə edilirdi. Məkkə bütpərəstləri bununla  üzləşəcəklərindən əmindilər. Amma Allahın sonsuz mərhəməti Hz. Muhəmməd (səv) üzərində təcəlli edirdi. Peyğəmbərimiz (səv) heç bir məkkəlidən intiqam alınmayacağını və heç kimin müsəlman olmaq üçün məcbur edilməyəcəyini elan etdirdi. Bu böyük mərhəmət və xoşgörüş (tolerantlıq) qərbli tarixçilərin də diqqətini çəkmişdir. Haverford Universiteti müəllimlərindən Micheal Sells Peyğəmbərimizin (səv) bu üstün əxlaqını belə ifadə edir:

Hz. Muhəmməd (səv) Məkkəyə gəldiyində qanlı intiqam baş verməm, bir-biriləri ilə üç ildir döyüşən və bir-birilərini yox etməyə çalışan məkkəliləri də qucaqlamışdı. Bu, o dövrün insanları üçün heyranlıq meydana gətirən davranış idi. Ona görə ki, bu dinin quruluşunda böyük xeyirxahlıq, qeyriadi nəzakət və mərhəmət hökm sürür.” (Islam Empire of Faith; An Empires Special, PBS Home Video)

Mühüm olan məkkəlilərin batil inanclarının aradan qaldırılması idi. Şəhəri ələ keçirən müsəlmanlar birbaşa Kəbəyə üz tutdular. Daha sonra müqəddəs məbədə girdilər və içindəki bütləri parçaladılar. Bu bütlərlə birlikdə məkkəlilərin azğın inancları və zülm, ədalətsizlik, barbarlıq və vəhşilikləri də yox edildi. Quran əxlaqıyla birlikdə Ərəbistanda cəhalət dövrünün bütün haqsızlıqları, istismarları, qan davaları aradan götürüldü. İnsanlar arasında hörmət, sevgi, mərhəmət və ədalətə söykənən nizam quruldu.

Bu səbəbdən, sonrakı nəsillər bu dövrə “əsr-i səadət”, yəni “xoşbəxtlik dövrü” deyəcəkdilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma