İslam Əxlaqının Xoşgörüşü, Ədaləti və Mərhəməti


Qubbət-üs Səhra

Hz. Muhəmmədin (səv) vəfatından sonra İslamın yayılması surətlənmişdi. İslam, bir neçə on il ərzində bütün Mezopotamiyaya, Şimali Afrikaya yayıldı. Qərbdə İspaniyaya, Şərqdə isə Hindistana qədər irəliləmişdi.

Bir neçə on il əvvəl Ərəbistan çöllərində heyvandarlıqla məşğul olan ərəblər, İslamın onlara qazandırdığı ağıl, mədəniyyət və şüurla böyük imperiyanın idarəçilərinə çevrilmişdilər. Bu, tarixdə misli görülməmiş yüksəliş idi. 100 il ərzində İslam İmperiyası çox böyük əraziyə yayıldı və çox güclü administrasiyaya sahib oldu.

Bu geniş ərazilərdə xristian və yəhudilər əsas olmaqla, bir çox fərqli dini icma yaşayırdı. Müsəlmanlar fəth etdikləri torpaqlardakı bütün fərqli inanc sistemlərinə böyük hörmətlə yanaşırdılar. Rəbbimizin, “Dində məcburiyyət yoxdur…” (Bəqərə Surəsi, 256) hökmünə əsasən heç kim dininin dəyişdirilməsi üçün məcbur edilmir, hər kəsin vicdan azadlığına hörmət edilirdi. Kilsələr və sinaqoqlar həssaslıqla qorunurdu. Zorla din dəyişdirmənin geniş yayıldığı dövrdə müsəlmanların bu tolerantlığının bənzəri yox idi.İslami xoşgörüşün (tolerantlığın) ən bariz nümunələrindən biri, Qüdsün fəthində baş vermişdi. Şəhərdəki Müqəddəs Məzar Kilsəsinin patriarxı müsəlmanların kilsəni dağıdacağından qorxurdu. Hz. Ömər, kilsəni ziyarət edən zaman heç bir narahatlığa ehtiyac olmadığını söylədi. Namaz vaxtı gələndə isə patriarxdan icazə istəyərək kilsədən çıxıb bir az kənarda namazını qıldı. Əl-Əqsa Məscidi, Hz. Ömərin Qüdsdəki ilk namazını qıldığı bu məkanda tikilmişdir. Bundan əlavə müsəlmanlar Qüdsə dünyanın ən görkəmli arxitektura əsərlərindən birini bəxş etdilər. Qubbət-üs Səhra, Hz. Məhəmmədin (səv) meraca yüksəldiyi məkan olaraq hesab edilən böyük daşın üzərinə inşaa edilmişdir.

Bənzərsiz motivləri və qızıl qübbəsiylə Qubbət-üs Səhra İslamın sənət və mədəniyyət anlayışının da ifadəsidir.

Bu xoşgörüş mühitində müşahidə etdikləri qüsurları ifadə etmək üçün müsəlman olmayanlara demokratik tənqid haqqı da verilirdi. Əməvi Xəlifələri dövründə bir çox xristian Şamda dövlət idarəsində mühüm mövqelərdə vəzifəyə sahib olmuş, inanclarını istədikləri kimi yerinə yetirmiş və bəziləri müşahidə etdikləri qüsurları tənqid edən əsərlər qələmə almışdılar.

Bu dövlərdə Avropaya isə qatı fanatizm və barbarlıq sistemi hakim idi. Katolik Kilsəsi yəhudilərə və hətta fərqli məzhəblərdəki xristianlara böyük təzyiqlər göstərirdi. Məcburi şəkildə din dəyişdirmə, din adı altında işgəncə və qırğınlar törətmək Qərb dünyasının ənənəvi üsulları idi. Müsəlmanlar isə Allahın Quranda əmr etdiyi kimi Kitab Əhlinə qarşı həmişə mülayim və mərhəmətli davranırdılar. Suriyanın Şam şəhərindəki Müqəddəs Con Kilsəsi bu xoşgörüşün bir nümunəsi idi. Ərazini fəth edən müsəlmanlar cümə namazlarını bu kilsədə qılmağa başlasalar da, kilsə hələ də xristianlara aid sayılırdı. Onlar da bazar günləri öz dini ibadətlərini azad şəkildə yerinə yetirirdilər. Hər iki dinin mənsubları eyni məbədi barış içində istifadə edirdilər.

Müsəlmanların şəhərdəki sayı artdıqca İslam rəhbərliyi şəhərdəki xristianlardan onların razılığı ilə kilsəni aldılar. Kilsənin yanında məscid inşaa edildi və həyətdəki dekorasiyalar İslami motivlərlə zənginləşdirildi. Bizansdan miras qalan sütunların üzərinə İslam sənətinin ilk cəlbedici nümunələri yerləşdirilmişdi.

Müsəlmanların yəhudi və xristianlara olan xoş münasibəti İslam tarixi boyunca davam etmişdir. İspaniyadakı İnkvizisiyanın vəhşiliyindən qaçan yəhudilər təhlükəsizlik və xoşgörüşü Osmanlı torpaqlarında tapmışdılar. Müsəlmanların yəhudi və xristianlara qarşı göstərdiyi xoşgörüşün mənbəyi isə Quran əxlaqıdır. Allah Quranda müsəlmanlara Kitab Əhlinə, yəni yəhudi və xristianlara qarşı yaxşılıq etmələrini əmr etmişdir:

Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!” (Ənkəbut Surəsi, 46)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma