Müsəlmanlar və Elm


İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191)Bu şüur İslam mədəniyyətində böyük elmi yüksəliş başlatmışdı. Bu, dünya tarixində əvvəllər rast gəlinməyən elmi inkişaf idi. İslamın elmi yüksəlişinin mərkəzi isə İslam imperiyasının paytaxtı olan Bağdad oldu. İslam dünyasının dörd bir tərəfindən gələn elm adamları, mütəfəkkirlər, tədqiqatçılar, Bağdadın məşhur Hikmət Evində görüşür və Allahın yaratdığı kainatın sirlərini açmaq üçün tədqiqatlar aparırdılar.

Müsəlman elm adamlarının Quran əxlaqına riayət edərək əldə etdikləri bu şüur dünyanın o dövrə qədər mövcud olmuş ən böyük elmi nailiyyətlərini meydana gətirirdi. Həmçinin Quranda müsəlmanlara təlqin edilən açıq fikirli olmaq müsəlmanların digər mədəniyyətlərin elmi təcrübələrini önmühakiməsiz (önyarqısız) şəkildə araşdırmalarına və inkişaf etdirmələrinə səbəb olmuşdu. Müsəlmanların elmi əsərləri, elmi mövzularda aparılmış çoxsaylı araşdırma, müşahidə, təcrübə və hesablarla dolu idi.

Bu gün dünyada istifadə edilən onluq say sistemini və rəqəmləri quranlar müsəlman riyaziyyatçıları idi. Cəbr və triqonometriya müsəlman riyaziyyatçılarının kəşfidir. Müsəlman elm adamları astronomik müşahidələrə böyük əhəmiyyət verirdilər. Müasir astronomiya onların metodlarına söykənərək qurulmuşdur. Müsəlman alimlər Ayın Dünya ətrafındakı hərəkətini də hesablamış və bunu riyazi düsturlarla göstərmişdilər. İslam dünyasının müxtəlif bölgələrindəki görkəmli arxitektura əsərləri bu elmi infrastruktur sayəsində qurulmuşdu.

İbn Sina

Müsəlmanların ən mühüm kəşflərindən bəziləri isə tibb sahəsində olmuşdu. O dövrdə avropalılar xəstəlikləri pis ruhların lənəti olaraq görürdülər. Müalicə anlayışı Avropanın zehinində yox idi. Müsəlman elm adamları isə araşdırmaların nəticəsində xəstəliklərin gözlə görülməyən kiçik canlılardan (mikroplardan) yoluxduğunu təsbit etmişdilər. Bunun nəticəsində də xəstələrin sağlam insanlardan təcrid edilərək müalicə edilməsinin vacibliyini başa düşmüşdülər. Beləliklə, dünyanın ilk müasir xəstəxanaları qurulmuşdu. Müsəlman xəstəxanalarında fərqli tipdəki xəstələr üçün ayrılmış xüsusi hissələr və elmi müalicə üsulları var idi. Hətta ruhi xəstəliklər musiqinin köməyi ilə müalicə edilirdi. Həmin dövrlərdə Avropada isə ruhi xəstələr şeytanın xidmətçisi kimi qəbul edilib diri-diri oda atılırdı. Müsəlman həkimlərin insan anatomiyası üzərindəki işləri o qədər dəqiq idi ki, düz 6 əsr ərzində Avropanın tibb fakültələrində əsas mənbə olaraq istifadə edilmişdi.

Məşhur İngilis tədqiqatçısı Terry Johns tərəfindən BBC televiziyası üçün hazırlanan və İslam dünyasını tədqiq edən sənədli filmdə İslamın bu yüksək elmi səviyyəsindən belə danışılır:

“Harran şəhərindən olan İslami mütəfəkkirlərdən biri Dünya ilə Ay arasındakı məsafəni dəqiq ölçmüşdü. Bir başqa Müsəlman alim isə əgər atom parçalanarsa, Bağdad böyüklüyündə bir şəhəri yox edə biləcək qədər güc ortaya çıxacağını yazmışdı. Harvey’dən əsrlər əvvəl, 1154-cü ildə Şamda tikilən tibb fakültəsində həkimlər tərəfindən tələbələrə anatomiya, qoruyucu dərmanlar, gigiyenik əməliyyatlar və qan dövranı sistemi öyrədilirdi.”

Avropalılardan əsrlər əvvəl qan dövranını bilən müsəlman həkimlər xəstələrin nəbzlərini sayaraq müayinə edirdilər. Doğuşlar dövrün ən gigiyenik üsullarıyla reallaşdırılırdı. Müsəlman cərrahların istifadə etdiyi və o dövrün tibb kitablarında göstərilən əməliyyat vasitələri kifayət qədər inkişaf etmiş tibb bilgisinin dəlilləri idi.

İslam dünyasının elmi məktəblərində kişilər kimi qadınlar da təhsil alır, elmin inkişafında onlar da iştirak edirdilər.

Müsəlman elm adamları işığın quruluşu və optika mövzusunda da çox böyük nailiyyətlərə imza atmışdılar. Gözün quruluşunu təfərrüatlı şəkildə izah edən ilk  müsəlman optik İbn əl-Heytem idi. İbn əl-Heytəmin linzalar barəsində apardığı uğurlu araşdırmalar kameranın meydana gəlməsinə səbəb olmuşdu. Görmə qüsurlarının səbəbini kəşf edən müsəlman həkimlər avropalılardan düz 1000 il əvvəl müvəffəqiyyətli katarakta əməliyyatları aparırdılar.

İslamın böyük elmi mirası Avropanın 15-ci əsrdə başlayacaq olan elmi yüksəlişinin də ən əhəmiyyətli qaynağı oldu. Xristian elm adamları, müsəlmanlardan öyrəndikləri məlumatlar və üsullarla Avropa elmini qururdular. İslamın işığı onları da aydınlatmışdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma