Niyə İslam Birliyi?


Birləşmiş Ərəb Əmirlikləri: Dubay

İslam dünyasının gələcəyinin dünyada sülhün və təhlükəsizliyin bərqərar olması ilə birbaşa bağlı olduğu bir çox mütəfəkkirlər tərəfindən ifadə edilir. İslam dünyası təxminən 1.2 milyardlıq əhalisi (müsəlmanlar dünya əhalisinin təxminən 1/4 hissəsini təşkil edir), sahib olduğu yeraltı zənginlikləri, yerləşdiyi ərazinin strateji əhəmiyyəti ilə böyük gücə malikdir. II Dünya Müharibəsinə qədər əksəriyyəti müstəmləkə altında olan müsəlman ölkələri II Dünya Müharibəsindən sonra başlayan müstəmləkə inqilabları ilə müstəqilliklərini qazanmış və bu vəziyyət İslam coğrafiyasının görünüşünü dəyişdirmişdir. İslamın yayıldığı ərazidə əsl dəyişiklik isə Soyuq Müharibənin sona çatması ilə başlamışdır. Bu tarixə qədər Afrika-Asiya ərazisi kimi qəbul edilən İslam dünyası Albaniya və Bosniyadan tutmuş, Çeçenistan və Tacikistana qədər davam edən Avrasiya (Avropa-Asiya) ərazisini əhatə etmişdir. 80-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan yeganə müsəlman ölkə Türkiyə idisə, bu gün bu ədəd doqquza çatmışdır.

İran

Bu müddət ərzində İslam dünyasının demoqrafik bölgüsündə baş verən dəyişiklik də İslam coğrafiyası anlayışına təsir etmişdir. 20-ci əsrin əvvəllərinə qədər müsəlmanlar, qısa müddətli işğallar istisna olmaqla, adətən İslam torpaqlarında, yəni müsəlmanların hakimiyyəti altında yaşayırdılar. 20-ci əsrin ilk dövrlərindən etibarən müsəlmanlar öz istək və iradələri ilə müxtəlif Avropa ölkələrinə və Amerikaya köçmüş və bu torpaqlarda əhalinin mühüm tərkib hissəsini təşkil etmişlər. Bu gün Amerikada və bir çox Avropa ölkəsində İslam ən sürətlə yayılan dindir. Qərbəki müsəlmanların sayının artması bu müsəlman birliklərinin ictimai və siyasi həyatda təsirli rol oynamasını da təmin etmişdir. Beləcə İslam coğrafiyası yalnız əhalisinin böyük əksəriyyəti müsəlman olan və ya müsəlmanların hakimiyyəti altında olan ölkələrlə məhdudlaşmayan çox böyük coğrafiyaya çevrilmişdir.

Malayziya

Qafqazdan Tanzaniyaya, Mərakeşdən Ficiyə qədər geniş əraziyə yayılan İslam dünyası tarixin böyük mədəniyyətlərinin yaranıb inkişaf etdiyi hövzədə yerləşir. Bölgənin sahib olduğu geosiyasi, mədəni və iqtisadi xüsusiyyətləri bu coğrafiyanı bu gün də beynəlxalq əlaqələrdə və dünya siyasətində əhəmiyyətli mərkəzə çevirmişdir.

Dünya ticarət yollarının mühüm kəsişmə və keçid bölgələrinin bu coğrafiyada yerləşməsi də vacib ünsürlərdəndir. Qara dənizi Aralıq dənizinə birləşdirən, Aralıq dənizi və Bəsra Körfəzini Hind Okeanına birləşdirən boğaz və kanalların və Hind Okeanındakı asas keçid nöqtələrinin müsəlmanların hakimiyyəti altında olduğunu nəzərə alsaq İslam dünyasının qlobal tarazlıqlar baxımından daşıdığı əhəmiyyət daha yaxşı aydın olar.

İran neft-qaz sənayesi

Buna həmçinin neft, təbii qaz kimi strateji yeraltı sərvətlər baxımından dünyanın ən zəngin torpaqlarının İslam coğrafiyasında olduğu həqiqəti əlavə olunduğunda vəziyyət daha da dəqiqləşir. Bu xüsusiyyətlərin hamısı İslam dünyası üçün strateji imkandır və bu imkanların yaxşı qiymətləndirilməsi müsəlmanların dünya siyasətindəki fəaliyyətlərinin artması mənasını verir.

Bugünkü real şəraitdən də müsəlmanların birbaşa və ya bilvasitə olaraq 21-ci əsrdəki hadisələrdə mühüm rol oynayacağı açıq-aşkar görünür. Ancaq əlbəttə vacib olan bu rolun İslam dünyası başda olmaqla bütün insanlığa faydalı olmasıdır. Bu mərhələdə əsas məsələ İslam dünyasının mövcud vəziyyətdə belə bir rolu boynuna götürə bilib-bilməyəcəyidir. Şübhəsiz ki, müsəlmanlar bu məsuliyyəti boynuna götürəcək yetkinliyə və şüura sahibdirlər. Ancaq bu gün İslam dünyasına nəzər yetirdikdə, bəzi ölkələrdə demokratiya ənənəsinin, texnologiyanın kifayət qədər inkişaf etməməsi, iqtisadi cəhətdən zəiflik kimi bəzi problemlər nəzərə çarpır. Dünya siyasətində aktiv rol almağa hazırlaşan İslam dünyasının bu və oxşar problemlərinin dərhal həll etməsi zəruridir.

Ancaq İslam dünyasının hər şeydən əvvəl təcili şəkildə həll etməsi vacib olan həyati və əsas problemi var: parçalanma. Dünya müsəlmanlarının güclü və aktiv İslam Birliyini qura bilməmələri hal-hazırda yaşanan müxtəlif problemlərin təməlini təşkil edir. Güclü birlik təmin edildiyində bu gün yaşanan problemlər ya heç baş verməyəcək ya da baş verən bütün problemlər daha qısa müddət ərzində həll ediləcəkdir.

Tunis

Amma dərhal bunu ifadə etmək lazımdır ki, bu parçalanmada diqqət çəkilən plüralizm, yəni İslam dünyası içində fərqli məzhəb və tətbiqlərin var olması deyil. Müsəlmanların parçalanmadan xilas olmaları da hamısının bir tətbiq ya da üsul altında toplanması mənasını daşımır. Əsas olan bu fərqliliyin inanc birliyi altında, plüralizm, tolerantlıq və həmrəylik içində toplanmasının təmin edilməsidir. Dünyagörüşü, düşüncə və tətbiq müxtəlifliyinə hər cəmiyyətdə rast gəlinir. İslam əxlaqının tələbi bütün fərqlərə baxmayaraq müsəlmanların bir-birilərinin qardaşları olduqları həqiqətini unutmamalarıdır. İrqi, dili, vətəni, məzhəbi nə olursa olsun bütün müsəlmanlar qardaşdır. Bu səbəblə İslam dünyası içindəki müxtəliflik zənginlik olaraq qiymətləndirilməlidir. Bunlar müsəlmanların bir-biriləri ilə çəkişməsinə səbəb olan qarşıdurma və ayrılıq səbəblərinə çevrilməməli, onları əsas mövzulardan uzaqlaşdırıb təcili və mühüm problemlərə qarşı tədbir görülməsinə maneə olmamalıdır.

Niyə İslam Birliyi?” üzərinə bir şərh

  1. Qeyd edim, ki, Qerb ve Avropa devletleri, qlobal meselelernii elmi proqramlar shekilinde heyata kecirirler. Siyasetide daxil etmekle. Onlarin fanatik birlik haqqinda bir proqramlari yoxdur. Ancaq Islam oz of ve adetlerinde, elecede islam ruhunda birlik vardir. Sadece onu uze cixara bilecek proqramlar yoxdur. O uzden bu birliyin yetishmesi ucun layiheler olke sheraitinde ele yaranmalidir ki, Islamda olan bezi olkelerle qarishmamalidir. Her olkede Islami birlik movzusu addim addim heyata kecmelidir. Bax bundan sonra Dunyani kecmishdeki shekilde deyil, muasir formada Islami reallashdirmaq ve butun dunyani Islamlashdirmaq movcuddur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma