Allahı Çox Zikr Etmək


Allaha həsr olunmuş həyat üçün əlbəttə Allahla yaxın dialoq qurmaq vacibdir. Bu dialoqun yolu “zikr”, yəni Allahı xatırlamaqdır. Mömin, “Ey iman edənlər, Allahı çox zikr edin” (Əhzab Surəsi, 41) hökmünə uyğun olaraq gündəlik həyatının hər anında zikr və dua halında olmalı, verilən nemətlərə qarşı dərin-dərin şükr etməli, səhvlərinə görə bağışlanma diləməli, edəcəyi işlər üçün kömək istəməli və tez-tez Allahı təsbih edib ucaltmalıdır. Mömini “Allahla dost” edən ibadət zikrdir. Bir ayədə zikrin icra forması belə bildirilir:

“Səhər-axşam yalvararaq, ürpərtiylə, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (Əraf Surəsi, 205)Quranda “… Allahı zikr etmək, şübhəsiz ki,  daha böyükdür (böyük ibadətdir). …” (Ənkəbut Surəsi, 45) buyurulur. İbadətlər Allahı xatırlayaraq və Allahın razılığını düşünərək edilməzsə qarşılıqsız əməl halına gələ bilər. Bu səbəbdən Quranda peyğəmbərlərin xarakterləri izah edilərkən Allahı necə zikr etdiklərinə diqqət çəkilir. Sad Surəsi 30-cu ayədə “Biz Davuda Süleymanı bəxş etdik. O nə gözəl bəndə! Daima (Allaha) üz tutardı.” buyurulur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma