Həddi Aşmamaq


Mömin insan həddi aşmayaraq yalnız halal dairəsində hərəkət edər. Cəhalətin hakim olduğu mühitdə lazımi davranışları göstərməsi və özünü cahiliyyə mədəniyyətinin təsirinə salmaması, ölçülü və ağıllı davranması vacibdir.

Əlbəttə yalnız cahiliyyə mühitində deyil, möminlər arasında da incə düşüncəli ağıllı davranışları tələb edən vəziyyətlər var. İman edən insan hər an ağılından istifadə edərək həddindən artıq və kəskin hərəkətlərdən uzaq dayanmasının vacibliyini bilər. Hadisələr qarşısında həyəcanlanmayan, heç bir zaman soyuqqanlılığını itirməyən xarakterə sahib olmaq üçün hər zaman diqqətli olar. İmanın verdiyi bu soyuqqanlılıq ilə ağıldan uzaqlaşmayan, ani kədər və ya sevincə qapılmayan xarakterə sahib olar və sabitliyini hər hərəkətində göstərər.

İman edənlərin bu balanslı və sabit ruh halı bir çox ayədə təsvir edilmişdir. Bunlardan bəziləri belədir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!  Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma