Maddənin Həqiqi Mahiyyəti – 3


Qavrayan Kimdir?

Bura qədər izah etdiklərimizdən aydın olduğu kimi içində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” olaraq adlandırdığımız maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma burada mühüm sual ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində hissdirsə, o zaman beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər əşya kimi maddi dünyanın bir parçası olduğuna görə o da digər maddələr kimi bir hiss olmalıdır.

Yuxu ilə bağlı çəkəcəyimiz nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyədək izah etdiklərimizə uyğun olaraq beynimizin içində yuxu seyr etdiyimizi düşünək. Bu yuxuda xəyali bədənimiz, xəyali qolumuz, xəyali gözümüz, xəyali beynimiz olacaq. Yuxu əsnasında bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Amma ortada gerçək beyin yoxdur. Yalnız xəyali bədən, xəyali qafa tası və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.

Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda, gerçək həyat dediyimiz mühitdə bizə “harada görürsən?” sualı verilsə, yuxarıdakı nümunədə olduğu kimi “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və hiss edən iradə ət parçasından ibarət beyin deyil.Beyini analiz etdiyimizdə qarşımıza digər canlı orqanlarda olan zülal və yağ molekullarından fərqli bir şey çıxmır. Yəni beyin dediyimiz ət parçasında görüntüləri seyr edən, bu görüntüləri şərh edən, şüuru meydana gətirən, bir sözlə “mən” dediyimiz anlayışı yarada bilən bir şey yoxdur.

R.L. Qreqori (R.L. Gregory) beyinin içində görüntünün qavranılması ilə bağlı insanlarda yaranan səhv təəssüratı belə ifadə edir:

“Gözlərin beyində şəkillər meydana gətirdiyini iddia edən fikirlər var. Lakin belə fikirlərdən uzaq durmaq lazımdır. Şəklin beyində meydana gəldiyi deyilir, bu şəkli görmək üçün beyində daha bir göz olmalıdır. Həmçinin, bu gözün şəklini görmək üçün daha bir gözə ehtiyac olacaq… və bu da sonsuz göz və şəkil olmasını tələb edir. Bu isə mümkün deyil.

Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl tələ buradır: görən, gördüyünü qavrayan və reaksiya verən “daxildəki göz” kimə aiddir? Karl Pribram da elm və fəlsəfə dünyasında, hiss edənin kim olduğu ilə bağlı bu fikirlərə diqqət çəkmişdir:

“Qədim Yunan mədəniyyətindən bəri, filosoflar “cihazın içindəki xəyal”, “kiçik insanın içindəki kiçik insan” və s. haqqında düşünürlər. “Mən” -beyini işlədən varlıq haradadır? Bilməyi reallaşdıran əslində kimdir? Assisili Francisin də söylədiyi kimi: “Baxanın nə olduğunu axtarırıq.”

İndi bunu düşünün: Əlinizdəki kitab, içində oturduğunuz otaq, bir sözlə, bütün görüntülər beyninizin içində görülür. Yaxşı bu görüntüləri atomlar görə bilərmi? Həm də kor, kar, şüursuz atomlar… Niyə atomların bir qismi bu xüsusiyyətləri qazanmış, digərləri qazana bilməmişdir?… Düşünməyimiz, qavramağımız, xatırlamağımız, sevinməyimiz, kədərlənməyimiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardan ibarət ola bilərmi? Bu sualları diqqətlə düşündüyümüzdə atomlarda iradə, şüur axtarmağın mənasız olduğunu görərik. Aydındır ki, görən, eşidən və hiss edən varlıq, maddədən daha dərin bir varlıqdır. Bu varlıq “canlı”dır və nə maddə, nə də görüntü deyil. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə əlaqəyə keçir.

Məhz bu varlıq “ruh”dur.

“Maddi dünya” dediyimiz qavrayışlar cəmi, məhz bunlar, ruh tərəfindən seyr edilən xəyaldır. Yuxumuzda sahib olduğumuz bədənimiz və yuxumuzda gördüyümüz maddi dünyanın əsli olmadığı kimi, içində yaşadığımız kainatın və sahib olduğumuz bədənin də maddi əsli yoxdur.

Gerçək olan varlıq, ruhdur. Maddə isə yalnız ruhun gördüyü hisslərdən ibarətdir. Bu sətirləri yazan və oxuyan ağıllı varlıq, atom və molekul yığını və bunların arasındakı kimyəvi reaksiyaların nəticəsi deyil, “ruh”dur.

Gerçək Mütləq Varlıq

Bütün bu gerçəklər bizi daha mühüm sualla qarşı-qarşıya qoyur: Madam maddi dünya olaraq tanıdığımız şey gerçəkdə ruhumuzun gördüyü hisslərdən ibarətdir, o halda bu hisslərin mənbəyi nədir?… Bu suala cavab verərkən diqqət yetirmək lazımdır ki, maddənin özbaşına müstəqil varlığı yoxdur. Maddə bir qavrayış (hiss) olduğuna görə “süni” bir şeydir. Yəni bu qavrayış başqa güc tərəfindən yaradılmalıdır. Həm də davamlı olaraq yaradılmalıdır. Əgər davamlı şəkildə yaratma olmazsa, maddə dediyimiz hisslər də yox olub gedər. Bunu, televiziya ekranındakı görüntünün davam etməsi üçün, yayımın də davamlı şəkildə verilməsi kimi başa düşə bilərik.

Yaxşı, bəs kim bizim ruhumuza ulduzları, dünyanı, bitkiləri, insanları, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq seyr etdirir?

Aydın məsələdir ki, içində yaşadığımız bütün maddi kainatı, yəni hiss və qavrayışlar çoxluğunu yaradan və davamlı olaraq yaratmağa davam edən üstün bir Yaradıcı vardır. Bu Yaradıcı, bu cür möhtəşəm yaradılış sərgilədiyinə görə sonsuz güc və məlumat sahibidir. Və bu Yaradıcı bizə Özünü tanıdır. Yaratdığı hiss və qavrayış kainatında həm də kitab yaratmışdır və bu kitab vasitəsiylə bizə Özünü, kainatı və bizim varlıq səbəbimizi izah edir.

O Yaradıcı Allahdır, kitabının adı isə Qurandır.

Göylərin və yerin, yəni kainatın sabit və qərarlı olmadığı, yalnız Allahın yaratmasıyla varlığını davam etdirdiyi və O yaratmağı dayandırdığında yox olacağı bir ayədə belə ifadə edilir:

Şübhəsiz Allah, göyləri və yeri zaval taparlar deyə (hər an qüdrəti altında) tutur. And olsun, əgər zaval tapacaq olsalar, özündən sonra artıq kimsə onları tuta bilməz. Doğrusu O, Həlimdir, bağışlayandır. (Fatir Surəsi, 41)

Beyin, zülal və yağ molekullarından ibarət hüceyrələr yığınıdır. Neyron adı verilən sinir hüceyrələrindən meydana gəlmişdir. Şüuru meydana gətirən, əlbəttə neyronlar ola bilməz. Neyronların quruluşunu araşdırdığımızda qarşımıza çıxan isə sadəcə atomlardır.  Şübhəsiz ki, şüursuz atomların da şüur meydana gətirməsi mümkün deyil. Beyin dediyimiz ət parçasında, görüntüləri izləyən, şüuru meydana gətirən, bir sözlə “mən” dediyimiz şeyi yarada biləcək güc yoxdur.

Girişdə də ifadə etdiyimiz kimi, insanların çoxu Allahın gücünü qavraya bilmədiklərindən Onu göylərdə və ya haradasa bir yerdə olan və dünya işlərinə müdaxilə etməyən varlıq olaraq düşünürlər. Bu məntiqin təməlində kainatın maddələr yığını olduğu, Allahın isə bu maddələrin “xaricində” bir yerlərdə olduğu dayanır.

Halbuki, bura qədər araşdırdığımız kimi maddə qavrayışdan (hissdən) ibarətdir. Gerçək mütləq varlıq isə Allahdır. Yəni var olan yalnız Allahdır, Ondan başqa hər şey kölgə varlıqlardır. Belə olduqda da, Allahın maddə yığınının “xaricində” olması kimi bir fikir də ola bilməz. Allah “hər yerdə”dir və hər yeri əhatə edib örtməkdədir. Bu gerçək Quranda belə açıqlanır:

Allah… Ondan başqa ilah yoxdur. Diridir, Qaimdir. Onu mürgüləmə və yuxu tutmaz. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İcazəsi olmadan Onun qatında kim şəfaət edə bilər? O, önlərindəkini və arxalarındakını bilir. (Onlar isə) Dilədiyi qədərinin xaricində, Onun elmindən heç bir şeyi qavrayıb-əhatə edə bilməzlər. Onun kürsüsü, bütün göyləri və yeri örtüb-əhatə etmişdir. Onların qorunması Ona çətin gəlməz. O, çox ucadır, çox böyükdür. (Bəqərə Surəsi, 255)

Allahın məkandan münəzzəh olduğu (yəni məkana tabe olmadığı) və hər yeri ehtiva etdiyi gerçəyi bir başqa ayədə belə ifadə edilir: “Şərq də Allahındır, Qərb də. Hara dönsəniz Allahın üzü oradır. Şübhəsiz ki Allah əhatə edəndir, biləndir.” (Bəqərə Surəsi, 115) Maddi varlıqlar qavrayış (hiss) olduqlarına görə Allahı görə bilməzlər, amma Allah, öz yaratdığı maddəni hər şəkliylə görür. Quranda “Gözlər Onu idrak edə bilməz; O isə bütün gözləri idrak edər” deyilərək bu gerçək xəbər verilir. (Ənam Surəsi, 103)

Yəni biz Allahın varlığını gözlərimizlə qavraya bilmərik. Amma Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi tam olaraq əhatə etmişdir. Onun elmi xaricində biz bircə söz belə söyləyə bilmərik, hətta tək bir nəfəs də ala bilmərik. “Xarici dünya” hesab etdiyimiz hissləri seyr edərkən, yəni həyatımızı yaşayarkən də, bizə ən yaxın olan varlıq, hər hansı bir hiss deyil, Allahın Özüdür. Quranda olanAnd olsun, insanı biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verməkdə olduğunu bilirik. Biz ona şahdamarından daha yaxınıq” ayəsinin sirri də bu gerçəkdə gizlənir. (Qaf Surəsi, 16) Bir insan öz bədəninin “maddə”dən meydana gəldiyini zənn etdiyində bu əhəmiyyətli həqiqəti qavraya bilməz. Çünki məsələn “Özüm” zənn etdiyi yer beynidirsə, xarici olaraq qəbul etdiyi yer özünə 20-30 sm. kimi müəyyən uzaqlıqda olar. Amma, maddə deyə bir şeyin var olmadığını, hər şeyin xəyal olduğunu qavradığında, bu zaman xaric, daxil, uzaq, yaxın kimi anlayışlar mənasızlaşır. Allah onu ehtiva etmişdir və ona “sonsuz yaxın”dır.

Allah insanlara “sonsuz yaxın” olduğunu, “qullarım Məni səndən soruşsalar, şübhəsiz ki Mən (onlara) çox yaxınam…” ayəsi ilə də bildirir. (Bəqərə Surəsi, 186) Başqa bir ayədə qeyd olunan “şübhəsiz Rəbbin insanları hər tərəfdən əhatə etmişdir” ifadəsi də yenə eyni həqiqəti xəbər verir. (İsra Surəsi, 60)

İnsan özünə ən yaxın olan varlığın yenə özü olduğunu zənn edərək aldanır. Halbuki, Allah bizə, özümüzdən belə daha yaxındır. “Hələ can boğaza gəlib çatdığında, ki həmin an siz baxıb dayanarsınız, Biz ona sizdən daha yaxınıq; ancaq görməzsiniz.” ayəsiylə də bu gerçəyə diqqət çəkmişdir. (Vaqiə Surəsi, 83-85) Ancaq ayədə də bildirildiyi kimi insanlar gözləriylə görmədikləri üçün bu heyrətamiz həqiqətdən xəbərsiz yaşayırlar. Digər tərəfdən, kölgə varlıqdan fərqlənməyən insanın, Allahdan müstəqil güc və iradəyə sahib olması da mümkün deyil. Necə ki “sizi də, etməkdə olduqlarınızı da Allah yaratmışdır” ayəsi yaşadığımız bütün hadisələrin Allahın iradəsi altında reallaşdığını göstərir. (Saffat Surəsi, 96) Quranda bu gerçək bildirilir və “… atdığın zaman sən atmadın,  Allah atdı…” ayəsiylə heç bir hərəkətin Allahdan müstəqil olmadığı vurğulanır. (Ənfal Surəsi, 17) İnsan kölgə varlıq olduğu üçün atmaq hərəkətini edən özü ola bilməz. Ancaq Allah bu kölgə varlığa özünün atdığı hissini verir. Gerçəkdə isə bütün hərəkətləri reallaşdıran Allahdır. Bu halda bir insanın əməllərini özünə aid hərəkətlər kimi qəbul etməsi, əslində özünü aldatmasıdır.

Gerçək budur. Bir insan bunu qəbul etmək istəməyə, özünü Allahdan müstəqil varlıq sanmağa davam edə bilər, amma bu heç bir şeyi dəyişdirmir.

——————————————————————————–

Qeydlər

8.R.L. Gregory, Eye and Brain: The Psychology of Seeing, Oxford University Press Inc. New York, 1990, s. 9.

9 Karl Pribram, David Bohm, Marilyn Ferguson, Fritjof Capra, Holografik Kainat I, Çev: Əli Çakıroğlu, Kuraldışı Nəşrləri, İstanbul: 1996, s. 37

Maddənin Həqiqi Mahiyyəti – 3” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma