Peyğəmbərimizin (s) bir hədisində ümmətinin ömürünün 1000 ildən çox olacağı, lakin 1500 (min beş yüz) ili aşmayacağı bildirilmişdir:
Bu ümmətin ömrü min (1000) ili keçəcək, lakin min beş yüz (1500) ili keçməyəcək.
(Qiyamət Əlamətləri, s. 299, Cəlaləddin Suyutinin “Əl-Kəşfi Fi Mücazəvəti Hazin əl-Ümməti Əl Əlfə Əlləzi Dəllət Əleyh əl-Əsar” adlı kitabından nəql)
Digər hədislərdən öyrəndiyimizə görə Hz. Mehdi (ə) Hicri 1000-ci ildən sonra gələcəkdir. Yuxarıdakı hədisə görə isə Hz. Mehdinin (ə), ümmətin ömrünün sonlarına yaxın olan Hicri 1500-ci ildən sonra gəlməsi gözlənilə bilməz. Bu səbəbdən Hz. Mehdinin (ə) gəlişi üçün geriyə tək ehtimal olaraq Hicri 14-ci əsr, yəni Hicri 1400-cü illər qalır. İmam Suyuti kimi bir çox İslam alimi də İslam əxlaqının yer üzünə hakim olacağı dövrün Hicri 1500-cü illərə qədər davam edəcəyinə, bu sülh və təhlükəsizlik illərindən sonra, daha əvvəlki qövmlərdə olduğu kimi əxlaqi baxımdan çox böyük degenerasiyanın başlayacağına, “Ən doğrusunu Allah bilər” deyərək işarə etmişdir.