Hz. Mehdinin Çıxış Əlamətlərinin Ardıcıl Meydana Gəlməsi


Hz. Mehdinin (ə) çıxış əlamətlərinin bildirildiyi hədislərdə, bu əlamətlərin “təsbeh dənələrinin” düzülüşü kimi, ardıcıl şəkildə meydana gələcəyi ifadə edilir. Həqiqətən də bu əlamətlər bir-birinin ardınca və Peyğəmbərimizin (s) bildirdiyi şəkildə meydana gəlməkdədir. Hədislərdə ifadə edildiyi kimi dünyanın dörd bir tərəfində xaos və anarxiya artır, ardıcıl şəkildə fitnələr meydana gəlir, qırğınlar və böyük fəlakətlər yaşanır, yoxsulluq və aclıq artır, insanlar böyük çətinliklərlə üzləşirlər. Bütün bu əlamətlərin ardıcıl şəkildə və müəyyən bir dövr ərzində reallaşması, müsəlmanların əsrlərdir zühurunu gözlədikləri mübarək şəxsin gəldiyinin göstəriciləridir.

Mən Əbu Abdullah Hüseyn bin Əliyə dedim ki, “Bu işin əvvəlində əlamətlər varmı?” – hansı ki, Hz. Mehdinin (ə) zühuruna işarə edir- Dedi ki, “Bəli.” Dedim, “Nədir onlar?” Dedi ki, “Abbasın həlakı, Süfyaninin ortaya çıxması, Bəydədə batma.” Mən yenə, “Bu işin uzanmasından qorxuram” dedim. Dedi ki, “Bu iş təsbeh dənələri kimi ardıcıl şəkildə meydana gələr.” (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 34)

Qiyamət əlamətləri bir-birini izləyərək meydana gələr. Silsilədəki muncuqların ardıcıl qopması kimi. (Ramuz-Əl Ehadis, 277/6; Camiü’s-Sagir, 3/167)

Çox kədərli vəziyyətlər və qəmgin mənzərələr görülər. Fitnələr ardıcıl davam edər… (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 36)

Bir fitnə görülər, bunu digər fitnələr izləyər… (Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, sf. 26)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma