Hz. Mehdinin Çıxışından Əvvəl Kütləvi Qırğınlar Olacaq


Hədislərdə Hz. Mehdinin (ə) çıxışından əvvəl dünyanın böyük əksəriyyətini təsiri altına alan şiddət və qarışıqlığın yaşanacağı, qan töküləcəyi bildirilir:

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq… Ölümlər və qırğınlar kütləviləşəcək. (Camiü’s-Sagir, 3:211, Müsnəd, 2:492, 4:391, 392)

Şəvvalda müharibə nərələri, Zilhiccədə hərb və müharibə olar. Yenə Zilhiccədə hacılar talana uğrayar, hətta küçələr qandan keçilməz olar… Hərc-mərclik çoxalaraq davam edər. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 37)

Minada ölülərin çox olacağı müharibə olar. Belə ki orada daşları qan gölü içində buraxacaq qədər qan axar. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 31)

Çox məşhur və sonu mümkün görülməyən bir fitnə çıxacaq… (Əl-Kavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, sf. 55)

Minaya endiklərində ətraflarda itlərin dolaşması kimi, qəbilələrin bir-birinə girməsiylə böyük müharibələr olar. Belə ki, ayaqlar qan gölü içində qalar… (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 35)

Heç bir tərəfin ondan uzaqda qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə dayandığı yerdən dərhal başqa bir tərəfə yayılacaq. ..(Əl-Kavlu’l Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Müntəzər, sf. 21-22)

Axır zamandakı texnologiya vəsiləsiylə bütün insanlar bu fitnə və bəlalardan xəbərdar olacaqlar. Bu hadisələrin baş verdiyi anda həmin yerdə çox az insan olsa da bütün dünya yaşananları öyrənəcək. Bu da axır zamanda kommunikasiya vasitələrinin inkişafına və geniş şəkildə istifadə edilməsinə bir işarədir. Radio, televiziya, qəzet, internet kimi vasitələr, qırğınları, ölümləri, axıdılan qanı, haqsızlıqları, zülmü bütün dünyaya eşitdirəcək və bu fitnələr geniş şəkildə bütün insanlar tərəfindən bilinəcəkdir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma