Hz. Mehdinin (ə.) Çıxış Əlamətlərindən: Ramazan Ayında Ay və Günəş Tutulmaları


“Hz. Mehdi (ə.) üçün 2 əlamət var: … Bunun 1-si, Ramazanın birinci gecəsi Ayın, 2-ci isə ortasında Günəşin tutulmasıdır.” (Əl-Kavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 47)

“Hz. Mehdinin (ə.) çıxışından əvvəl Ramazan ayı içində Günəş iki dəfə tutulacaq.” (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 440)

“… Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması…”(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 37)

“Hz. Mehdinin (ə.) gəlişi Ramazan ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq.” (Qiyamət Əlamətləri, s. 200)

Yuxarıdakı rəvayətlərdə diqqəti cəlb edən ən mühüm məqam Ramazan Ayının ortasında həm Günəş tutulmasının, həm də bir ay ərzində “Ay”ın və “Günəş”in iki dəfə tutulmasının qeyri-mümkün olmasıdır. Bu, normal şərtlərdə reallaşmayan vəziyyətdir. Halbuki digər Axır Zaman əlamətlərinin çoxu insanın anlaya biləcəyi, müəyyən səbəblərə bağlı olaraq reallaşan hadisələrdir.

Əgər bu hədislərdə təsvir edilən hadisələr diqqətlə araşdırılsa, rəvayətlər arasında müxtəlif fərqliliklər olduğu nəzərə çarpar. Belə bir vəziyyətdə veriləcək ən doğru qərar, eyni hadisəyə baxan fərqli rəvayətlərin ittifaq etdikləri ortaq istiqamətləri təsbit etmək olar. Buna görə də yuxarıdakı hədis-rəvayətlərinin cəmindən bu ortaq nəticələrə gələ bilərik:

1. Ramazan ayında Ay və Günəş tutulmaları olacaq.

2. Bu tutulmalar ortalama 14-15 gün arayla olacaq.

3. Bu tutulmalar iki dəfə təkrarlanacaq.

Bu təsbitlərə uyğun olaraq, 1981-ci ildə (Hicri 1401-ci ildə) Ramazan Ayının 15-ci günü Ay, 29-ci günü isə Günəş tutulmuşdur. Yenə “ikinci olaraq”, 1982-ci ildə (Hicri 1402-ci ildə) Ramazan Ayının 14-cü günü Ay, 28-cü günü isə Günəş tutulmuşdur.

Bundan əlavə bu hadisədə “Ay”ın Ramazanın tam ortasında BÜTÖV AY halında tutulması və diqqəti cəlb edən əlamət kimi meydana gəlməsi də son dərəcə mənalıdır.

Bu hadisələrin Hz. Mehdinin (ə.) digər çıxış əlamətləriylə eyni dövrdə meydana gəlməsi və Hicri 14-ci əsrin əvvəllərində, ardıcıl olaraq 2 il (1401-1402) möcüzəvi şəkildə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyi nəticəsini verir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma