İslami Mənbələrdə “Axır Zaman”


Axır zaman, “son dövr” mənasını verir və İslama görə Qiyamətə yaxın bir zamanda, Quran əxlaqının hakim olacağı və din əxlaqının insanlar arasında geniş şəkildə yaşanacağı dövrü ifadə edir. Bu dövrdə insanların hüzur və güvən içində yaşamaları üçün lazım olan hər cür şərait mövcud olacaq, əvvəlki dövrlərdə yaşanan hər cür çətinliyin əvəzinə bolluq, bərəkət və ədalət hakim olacaq, əxlaqsızlıq, saxtakarlıq və degenerasiyanın hər növü ortadan qalxacaqdır.

Bu dövr, bütün inanan insanların əsrlərdir həsrətlə gözlədikləri İslam əxlaqının hakim olduğu müqəddəs bir dövrdür.

Peyğəmbərimizin (səv) hədislərində axır zamanı açıqlayan təfərrüatlı izahatlar var. Peyğəmbərimizdən (səv) sonra bir çox İslam alimi də axır zaman haqqında çox mühüm şərhlər vermişlər. Bu izahatlarda axır zamanın ilk dövrlərində dünyada çox böyük pozğunluq və qarışıqlıq yaşanacağı qeyd edilir. Ancaq daha sonra gerçək din əxlaqının yaşanmasıyla dünya qurtuluşa qovuşacaq, çox böyük bolluq və bərəkətin yaşandığı, texnologiyanın bütün nemətlərinin insanların xidmətinə təqdim edildiyi, elmdə, tibbdə çox böyük nailiyyətlərin əldə edildiyi və çox yüksək incəsənət anlayışının yaşandığı bir dövr gələcək.

Axır zamanın ilk dövrlərində dünya, Allahı inkar edən bir sıra fəlsəfi sistemlər səbəbiylə degenerasiya olacaqdır. İnsanlıq yaradılış məqsədindən uzaqlaşacaq, bunun nəticəsində böyük bir mənəvi boşluq və əxlaqi pozulma yaşayacaqdır. Böyük fəlakətlər bir-birini izləyəcək, müharibələr və kədər yaşanacaq, insanlıq “necə xilas ola bilərik?” sualının cavabını axtaracaqdır. Məhz axır zamanın bu böyük qarışıqlığı dövründə insanları qurtaran və onları müqəddəs bir dövrə çatdıran Hz. Mehdi (ə) zühur edəcək. Əslində belə bərəkətli bir dövr Quran əxlaqını yaşayan hər cəmiyyət və hər dövr üçün eynilik təşkil edir. Allah, qorxub çəkinən və Quranda bildirdiyi əmrlərinə ciddi şəkildə riayət edən qullarına həmişə çox böyük nemətlər lütf etmiş, onları bolluq içində yaşatmışdır.

Bu dövr Peyğəmbərimiz (səv) tərəfindən 14 əsr əvvəl deyilmiş sözlərdə və bir çox İslam aliminin əsərlərində təfərrüatlı şəkildə izah edilir. Hədislərdə axır zaman haqqında geniş təsvirlər vardır və hər mövzu çox əhatəli şəkildə izah edilir. Bu hadisələrin bundan 14 əsr əvvəl bu qədər əhatəli şəkildə açıqlanması və müəyyən bir dövr ərzində ardıcıl olaraq reallaşması hədsiz dərəcədə möcüzəvi vəziyyətdir. Hadisələrin baş verməsi, hədislərin təsdiqi, mənbəyi və köçürülən məlumatın doğruluğu haqqındakı bütün şübhələri ortadan qaldırır. Bundan əlavə, İslam əxlaqının dünyaya hakim olması və Hz. İsanın yenidən yer üzünə dönüşü kimi axır zamanla bağlı olan bəzi məlumatlar, birbaşa Quranda xəbər verilir və doğruluğu qətidir. İnanan qullarına İslam əxlaqının dünyaya hakim olacağını Allah ayələrində belə müjdə verir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur Surəsi, 55)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma