Kainat Bir Zamanlar Yox idi


İnsanlar tarixən yaşadıqları ucsuz-bucaqsız kainat və onun sərhədləri barədə maraqlanmışlar. Alimlər, mütəfəkkirlər əsrlərdir bu mövzuyla bağlı saysız araşdırmalar etmiş, bir çox nəzəriyyələr irəli sürmüşlər. 20-ci əsrə qədər kainatın sonsuzdan bəri var olduğu və sonsuza qədər var olacağına inanılırdı. Lakin daha sonra aparılmış elmi araşdırmalar kainatın başlanğıcının olduğunu, yəni yaradıldığını göstərmişdir. Kainatın başlanğıcının olduğu, yox ikən bir anda böyük partlayışla yaradıldığı, müasir fizika tərəfindən bir çox təcrübə, müşahidə və hesablamayla isbat edilmişdir.1929-cu ildə Kaliforniya Maunt Vilson (Mount Wilson) rəsədxanasında, amerikalı astronom Edvin Habl (Edwin Hubble) istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların, uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə doğru yaxınlaşan işıq yaydıqlarını müşahidə etmiş və bu kəşf elm dünyasında böyük əks-səda yaratmışdı. Çünki məlum fizika qanunlarına görə müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işığın spektrı bənövşəyi rəngə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıq spektrı isə qırmızıya doğru sürüşür.

Hablın müşahidələri zamanı ulduzların işıq spektrlarında qırmızıya doğru sürüşmə müəyyən edilmişdi. Yəni ulduzlar bizdən davamlı olaraq uzaqlaşırdılar. Habl qısa müddət sonra çox mühüm bir şeyi daha kəşf etdi: ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı kainatda belə bir nəticəyə gəlinirdi ki, kainat hər an “genişləyir”.

Mövzunu daha yaxşı anlamaq üçün kainatı şişirilən şarın səthi kimi düşünmək olar. Şarın səthindəki nöqtələrin şar şişdikcə bir-birlərindən uzaqlaşmaları kimi kainatdakı cisimlər də kainat genişlədikcə bir-birlərindən uzaqlaşırdılar. Kainat genişlədiyinə görə zamanda geriyə doğru gedildiyində kainatın bir nöqtədən başladığı ortaya çıxırdı. Aparılan hesablamalar kainatın bütün maddəsini içində saxlayan bu “tək nöqtə”nin, “sıfır həcmə” və “sonsuz sıxlığa” sahib olduğunu göstərdi. Kainat, həcmi sıfır olan bu nöqtənin partlaması nəticəsində yaranmışdı. Kainatın başlanğıcı olan bu böyük partlayışa ingiliscə qarşılığı olan “Big Bang” adı verildi və bu nəzəriyyə də eyni adla adlandırıldı. Əslində sıfır həcm bu mövzunun nəzəri ifadə formasıdır. Elm, insan ağlının sərhədlərini aşan “yoxluq” anlayışını ancaq “həcmi sıfır olan nöqtə” sözü ilə ifadə edə bilir. Həqiqətdə isə “sıfır həcmli nöqtə” “yoxluq” mənasını verir. Kainat da yoxluqdan var olmuşdur. Başqa sözlə desək Allah tərəfindən yaradılmışdır.

Kainat Bir Zamanlar Yox idi” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma