Kainatdakı Cisimlərin Uzaqlıqları Necə Ölçülür?


Yaşadığımız dünyada hər şeyi metr, kilometr kimi ölçü vahidləriylə ölçürük. Qarışqa 5 millimetr, golf topu 5 santimetr, zürafə 5,5 metr, Çin Səddi 6,400 kilometr və Yer kürəsinin ekvatorunun uzunluğu 40.000 kilometrdir. Ancaq, Uca Rəbbimizin qüsursuz yaradılış dəlilləriylə təchiz etdiyi kosmosun böyüklüyünü anlaya bilmək üçün çox böyük uzaqlıq ölçü vahidlərinə ehtiyacımız var. “İşıq ili” bu vahidlərdən biridir.

İşıq ili, kainatdakı bir-birindən çox uzaq cisimlərin arasındakı məsafəni tapmaq üçün istifadə edilən uzaqlıq vahididir və işığın bir ildə getdiyi yolu ifadə edir. İşıq bir saniyədə 300.000 kilometr yol qət edə bilir. Bir ildə isə təxminən 9,461,000,000,000 kilometr yol gedə bilər.

Bizə ən yaxın ulduz 4.22 işıq ili uzağımızdadır.

Dünyamızın yerləşdiyi Südyolu (Samanyolu) qalaktikası təxminən 100.000 işıq ili böyüklükdədir.

İçində 200 milyard ulduz olan Südyolu qalaktikasının kosmosdakı sürəti saatda 950.000 kmdir.

Kainatda Südyolu kimi təxminən 350 milyard qalaktika var.

Bizim qalaktikamıza ən yaxın qalaktika Andromedadır. Bu qalaktika bizdən 21 kentilyon kilometr uzaqdadır. Kentilyon 10-un yanına 17 ədəd sıfır yazmaqla yaranan ədəddir. Bu uzaqlığı, bildiyimiz ölçülərlə izah etmək mümkün deyil. İşıq ili olaraq ifadə etsək, Andromeda qalaktikası bizdən 2.3 milyon işıq ili uzaqdadır.

Kainatda uzaqlığı görüntülənə bilən ən uzaq quruluş olan kuasar isə dünyadan 13.7 milyard işıq ili məsafədədir. Bu məsafədən daha uzaqdakı heç bir şey hələ görülməmişdir.

Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! (Əraf Surəsi, 54)

Kainatdakı Cisimlərin Uzaqlıqları Necə Ölçülür?” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma