Tarixdən Nümunə: Səlahəddin Əyyubinin İslam Birliyi


1096-cı ildə başladılan birinci Səlib yürüşü zamanı xaçlı orduları Yaxın Şərqə çatdığında müsəlmanlar, aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanan əmirliklərə bölünmüşdülər. Bu səbəbdən Avropadan gələn barbar işğalçılara qarşı müqavimət göstərə bilmədilər. 1099-cu ildə Qüdsdə dəhşətli qırğın törədildikdən sonra qurulan Xaçlı Krallığı uzun illər müsəlmanların bölünməsindən faydalanmışdı. Ancaq böyük İslam sərkərdəsi Səlahəddin Əyyubinin müsəlman əmirliklərini öz hakimiyyəti altına alaraq birləşdirməsi i müsəlmanlar, xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular.

Lakin müsəlmanların xaçlıları məğlub etməsi elə də asan deyildi. Səlahəddin Əyyubi müsəlmanları bir bayraq altında birləşdirərkən eyni zamanda elmi və əxlaqi dirçəliş də başlatmışdı. Encyclopedia Britannica’da ifadə edildiyi kimi:

“Müsəlman dini təşkilatlarını təşviq etmək və yaymaq (Səlahəddin Əyyubinin) siyasətinin əsas istiqamətlərindən biri idi. Elm və din alimlərinə himayədarlıq etmiş, onların istifadəsi üçün universitetlər və məscidlər qurdurmuş və İslam dünyasının faydalanması üçün bir çox əsər yazdırmışdı… Əxlaqi cəhətdən yenidən dirçəlişi təmin etməklə – bu onun həyatının önəmli tərkib hissəsi idi – özündən beş əsr əvvəl, bilinən dünyanın yarısını fəth etmiş ilk nəsil müsəlmanların əzmini və şövqünü yenidən oyandırmağa çalışmışdı.

Elmi, əxlaqi və imani dirçəliş müsəlmanların siyasi birliyi ilə birləşərək İslam mədəniyyətini yenidən daha da yüksəltmişdi: Səlahəddin Əyyubinin əmrindəki birləşmiş İslam ordusu 1187-ci ildə Hıttin Döyüşündə daxili parçalanma və narahatlıq yaşayan xaçlı ordusunu məğlub edib ardından Qüds daxil olmaqla səlibçilərin işğalı altındakı Fələstin torpaqlarının demək olar ki, hamısını azad etmişdi.

Səlahəddin Əyyubinin və onun öndərliyində qurulan İslam Birliyinin ən diqqət çəkən tərəfi isə Quran əxlaqının tələbi olan ədalət, mülayimlik və sülhsevərlik kimi xüsusiyyətləri ən gözəl şəkildə təmsil etməsi idi. Səlahəddin Əyyubi adətən xaçlılara qarşı qazandığı zəfərə görə anılır. Ancaq onun çox mühüm digər xüsusiyyəti istər xaçlılara, istərsə də digər xristianlara qarşı son dərəcə ədalətli və bağışlayacı olmasıdır. Xaçlıların müsəlmanlara qarşı çoxsaylı zülm etmələrinə baxmayaraq, Səlahəddin Əyyubi onlardan intiqam almamış, Qüdsü fəth etdiyində şəhərdəki heç bir xristiana zərər verməmişdi. Səlahəddin Əyyubinin bu barədə diqqət çəkən bir başqa cəhəti öz ətrafındakı radikalları da cilovlaması idi. III Səlib yürüşünü idarə edən ingilis kralı Riçardın Akra Qalasında 3 min müsəlman vətəndaşını vəhşicəsinə qətl etməsi, bu şəxsləri də intiqam almağa sövq etmiş və bunu da Yafa şəhərindəki (bu günki Təl-Əviv) xristianlara qarşı kütləvi qiyam törədərək tətbiq etmək istəmişdilər. Səlahəddin Əyyubi öz ordusundakı bu radikal meyli dayandırmaq və Yafadakı xristianların təhlükəsizliyini təmin etmək üçün böyük səy göstərmiş və bunda da müvəffəq olmuşdu.

Nəticədə Səlahəddin Əyyubi xaçlılara bəzi imtiyazlar və imkanlar verərək müqəddəs torpaqlara sülh gətirməyi bacarmış və 28 avqust 1192-ci ildə  xaçlılarla müsəlmanlar arasında sülh razılaşması imzalanmışdı.

Daha sonra Səlahəddin Əyyubi bu şəhəri ələ keçirmək üçün minlərlə müsəlmanı öldürən xaçlı komandirlərə böyük bir jest edərək onları qonaq olaraq Qüdsə dəvət etdi. Qüdsü ziyarət edən xaçlı komandirlər müsəlmanlarda gördükləri bu böyük bağışlama, xoşgörüş (tolerantlıq) və ədalət qarşısında heyranlıqlarını gizləyə bilməmişdilər. Bir dəfə də Səlahəddin Əyyubi düşməni olan ingilis kralı Riçardın xəstə olduğunu öyrənmiş və ona xüsusi həkim göndərmişdi. Səlahəddin Əyyubinin Quran əxlaqına söykənən yüksək əxlaqı onu bütün Avropada əfsanələşdirmişdir.

Qısası Səlahhəddin Əyyubinin qurduğu İslam Birliyi müsəlmanlara həm güc və zəfər vermiş, həm də İslam əxlaqının əsası olan ədalət, xoşgörüş, sülhsevərlik kimi dəyərlərin həyata keçirilməsinə şərait yaratmışdı. Müsəlmanlar həm İslama xidmət etmək üçün fəaliyyət göstərmiş, həm də öz aralarında yaranan bəzi radikal meyllərin qarşısını alaraq onlara Quran əxlaqına görə necə davranmaq lazım olduğunu göstərmişdilər.

Səlahəddin Əyyubinin qurduğu İslam Birliyindən 8 əsr keçir. Amma  bu gün də müsəlmanlar üçün İslam Birliyi zəruridir. Əlbəttə bu gün İslam dünyasına qarşı, səlib yürüşləri dövründə olduğu kimi, toplu şəkildə hücum yoxdur, amma İslam dünyası fərqli coğrafiyalarda fərqli təhdidlər altındadır. Bundan başqa İslam dünyası digər mədəniyyətlərdən geridə qalmış, elm, texnologiya, mədəniyyət, sənət, düşüncə kimi sahələrdə uzun müddət dünyada qabaqcıl olmasına baxmayaraq, bu gün kifayət qədər inkişaf etməmişdir. Digər mədəniyyətlərdə ortaya atılan bəzi yanlış fəlsəfə və ideologiyalar da 19-cu əsrdən etibarən İslam dünyasına yol açmış, Quran əxlaqını tam mənasıyla bilməyən bəzi müsəlmanları təsiri altına almışdır. Özlərini İslamı təmsil edirmiş kimi göstərən, amma gerçəkdə İslam əxlaqına tamamilə zidd vəhşiliklər törədən bəzi radikallar meyllər isə İslam ilə digər mədəniyyətlər arasında qarşıdurma yaratmaq istəyənlərə xidmət edirlər.

Bütün bunların sona çatması, müsəlmanların yenidən dünyaya istiqamət verən, işıq tutan, ədalət və sülh gətirən, eləcə də qibtə edilən mədəniyyət qurması üçün Səlahəddin Əyyubinin metodundan istifadə etmək lazımdır: İslam dünyasında əxlaqi, elmi, imani canlanma başlatmaq və eyni zamanda da müsəlmanların siyasi birliyini təmin etmək.

Tarixdən Nümunə: Səlahəddin Əyyubinin İslam Birliyi” üzərinə 3 şərh

  1. Salam.
    Çox bəyəndim.
    Tam Quran əxlaqına sahib olmayan radikal hərəkətlərə çox gözəl və haqlı fikir bildirmisiniz. Bu əslində hamımızın fikri olmalıdır.

    Təşəkkür.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma