Meyvə və Tərəvəzlərdəki Bənzərsiz Sənət


Eyni quru torpaqdan çıxan, eyni su ilə sulanan meyvələr və tərəvəzlər inanılmaz müxtəlifliyə malikdir. Meyvələrin və tərəvəzlərin ləzzətlərini, qoxularını və dadlarını düşündükdə bu cür müxtəlifliyin necə ortaya çıxması ağıla gəlir. Eyni torpaqdakı eyni su və minerallardan istifadə edərək fərqli dad və qoxuları əsrlərdən bəri heç səhvə yol vermədən və bir-birlərinə qarışmadan saxlayanlar, əlbəttə, üzümlərin, qarpızların, qovunların, kivilərin, ananasların özləri deyil. Bu bənzərsiz ləzzəti, görünüş və dadı onlara Allah verir.

İstər heyvanlar, istərsə insanlar bitkilərin verdiyi qidalardan istifadə edərək yaşamaq üçün enerji əldə edirlər. Yəni bitkilər bütün canlılara fayda vermək üçün nemət kimi yaradılmışdır. Bu nemətlərin çoxu da insan üçün xüsusi şəkildə dizayn edilmişdir. Ətrafımıza, yediklərimizə baxaraq düşünək. Üzüm tənəyinin qupquru saplağına, incə köklərinə baxaq… Yavaşca çəkdikdə asanlıqla qırılan bu qupquru formadan əlli-altmış kilo ağırlığında, insana ləzzət vermək üçün rəngi, qoxusu, dadı, qısaca, hər şeyi xüsusi şəkildə nizamlanmış sulu üzümlər yetişir. Qarpızları da düşünək. Quru torpaqdan çıxan bu sulu meyvə insanın məhz ehtiyacı olduğu mövsumdə, yəni yayda yetişir. İlk dəfə ortaya çıxdığı andan etibarən heç pozulmadan möhtəşəm qoxusunu saxlayan yemişin qoxusunu və ləzzətini də düşünək. İnsanlar fabriklərdə ətir istehsal edərkən davamlı nəzarət edir, eyni qoxunu almaq üçün böyük əmək sərf edirlər; amma meyvələrdəki qoxunun saxlanması üçün hər hansı nəzarətə ehtiyac yoxdur.

Bütün bunlarla yanaşı hər meyvə mövsümünə uyğun tərkibə malikdir. Məsələn, qışda C vitamini ilə zəngin, enerji verən naringilər, portağallar yetişir. Tərəvəzlərdə də canlıların ehtiyacı olan hər cür mineral və vitamin mövcuddur. Tərəvəz və meyvələrin incə kökləri qara torpaqdan çəkdikləri kimyəvi maddələri fotosintez prosesi nəticəsində çox faydalı qida maddələrinə çevirirlər.

Bu şəkildə düşünərək yer üzündəki bitkilərin hamısnı nəzərdən keçirə bilərsiniz. Əldə etdiyimiz nəticə budur: bitkilər insanlar və bütün canlılar üçün xüsusi nizama salınmış, yəni yaradılmışdır. Aləmlərin Rəbbi olan Allah bütün qidaları canlılar üçün var etmişdir və onların hər birini dadı, qoxusu, faydası növbənöv şəkildə yaratmışdır. Bu da Onun yaratmadakı gücünü və tayı-bərabəri olmayan sənətini göstərir:

(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! (Nəhl surəsi, 13)

Meyvə və Tərəvəzlərdəki Bənzərsiz Sənət” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma