Okeanların Təmin Etdiyi Tarazlıqlar


Yağışlar, dənizlər, çaylar, okeanlar, kranı açdıqda axan içməli su… İnsanlar suyun varlığına o qədər adət ediblər ki, yer üzünün böyük hissəsinin sularla əhatə olmasının əhəmiyyətini bəlkə də heç düşünmürlər. Ancaq məlum olan bütün göy cisimlərinin arasında yalnız Yerdə suyun olması, üstəlik bu suların içməli olması son dərəcə mühüm məsələdir.

Günəş sistemindəki digər 63 göy cismindən heç birində həyatın əsas şərti olan su yoxdur. Lakin Yer səthinin dörddə üç hissəsi sudur. Okeanlar kimi böyük su kütlələrilə yanaşı çaylar, kiçik göllər kimi ölçüləri və xüsusiyyətləri bir-birindən fərqli olan sular da var. Bütün sular duzlu və ya şirin deyil. Yerdə bütün canlıların ehtiyaclarına görə nizamlanmış qüsursuz su tarazlığı var.

Yer üzündəki milyonlarla canlı növü su sayəsində həyatlarını davam etdirir, həyat üçün lazımlı tarazlıqlar da suyun varlığı sayəsində davamlılıqlarını qoruyurlar. Məsələn, böyük su kütlələrindəki buxarlanma sayəsində buludlar və yağışlar əmələ gəlir. Suyun temperaturu çəkmə və saxlama qabiliyyəti çoxdur. Bu sayədə okeanlardakı və dənizlərdəki böyük su kütlələri Yerin temperaturunun tarazlanmasını təmin edir. Bu səbəbdən dənizə yaxın ərazilərdə gecə ilə gündüz arasındakı temperatur fərqi çox azdır. Bu da bu əraziləri həyat üçün daha əlverişli edir.

Yan səhifədə sağda, yuxarı tərəfdə quş baxışı rəsmi görünən okeanların varlığı son dərəcə mühümdür. Çünki okeanlar günəş şüalarını quruya nisbətən daha az əks etdirir, beləliklə daha çox günəş enerjisi alır, amma bu temperaturu öz içində quruya nisbətən daha bərabər şəkildə paylayır. Bu sayədə okeanlar daha isti olan ekvator bölgələrini sərinlədərək həddindən artıq isinmələrinin, qütb bölgələrinin soyuq sularını da isidərək həddindən artıq soyuq olmalarını və bunun nəticəsində tamamilə donmalarının qarşısını alırlar. Bundan əlavə, okeanlar karbondioksidin ayrıldığı kimyəvi baza kimidir.

Suyun şəffaflığı sayəsində su yosunları okean səthinin altında fotosintez prosesini həyata keçirə bilirlər. Su donduqda genişlənən çox az sayda maddədən biridir, onun bu xüsusiyyəti sayəsində okeanlar və göllər altdan yuxarıya doğru donmur.

Burada yalnız bir neçə nümunəsi verilmiş suyun bütün fiziki və kimyəvi xüsusiyyətləri, bu mayenin insan həyatı üçün xüsusi yaradıldığını göstərir. Başqa heç bir planetdə belə su kütləsinin olmaması, sadəcə Yerdə olması, əlbəttə, təsadüf deyil. İnsan həyatı üçün xüsusi yaradılmış Yerə, xüsusi yaradılmış su ilə həyat verilmişdir. Qulları üçün saysız-hesabsız nemətlər yaradan, onların rahat yaşamalarını təmin edən Allah suyu da bənzərsiz sənət və incəliklə var etmişdir.

Göydən sizin üçün su endirən Odur… (Nəhl surəsi, 10)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma