Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi


Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insan qrupunun anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət bunun ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti daha var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır.

Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52) Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də “riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.

“Yeddi göy” ifadəsi 7 dəfə keçir. “Göylərin yaradılışı (xəlqi səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.

“Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni“günlər (əyyam və yəvməyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12-dir.“Bitki” və “ağac” sözlərinin təkrar sayı eynidir: 26

“Cəza” sözü 117 dəfə çəkilərkən Quran əxlaqının təməl xüsusiyyətlərindən olan “bağışlamaq” ifadəsi bu ədədin tam 2 misli qədər yəni 234 dəfə təkrarlanır.

“De” sözlərini saydığımızda çıxan nəticə 332-dir. “Dedilər” sözünü saydığımızda da eyni rəqəmi əldə edirik.

“Dünya” sözü və “axirət” sözünün təkrarlanma ədədləri də eynidir: 115

“Şeytan” sözü Quranda 88 dəfə keçir. “Mələk” sözünün təkrar sayı da 88-dir.

“İman” və “küfr” sözləri Quranda 25 dəfə təkrarlanır.

“Cənnət” və “cəhənnəm” sözü də eyni sayda təkrarlanır: 77.

“Zəkat” sözü Quranda 32 dəfə təkrarlanarkən, “bərəkət” sözünün təkrarlanma sayı da 32-dir.

“Yaxşılar (əbrar)” 6 dəfə təkrarlanarkən “pislər (fuccar)” sözü isə tam yarısı qədər yəni 3 dəfə keçir.

“Yaz-isti” sözləri ilə “qış-soyuq” sözlərinin işlənmə ədədləri də eynidir: 5

“Şərab (hımr)” və “sərxoşluq (səkərə)” sözləri də Quranda eyni ədəddə təkrarlanır: 6

“Ağıl etmək” və “nur” ədədlərinin təkrar sayı da eynidir: 49

“Dil” və “öyüd” sözləri bərabər ədəddə -25 dəfə- təkrar edilir.

“Fayda” sözü 50, “pozma” sözü də 50 dəfə təkrarlanır.

“Sevgi” və “itaət” sözlərinin təkrar sayı eynidir: 83

Quranda “çevrilmə” və “sonsuz” sözləri bərabər ədəddə iştirak etmişdir: 28

“Müsibət” sözü və “şükr” sözü Quranda eyni sayda keçir: 75 dəfə

“Günəş (şəms)” və “işıq (nur)” sözləri Quranda 33 dəfə keçir. (Sayarkən “nur” sözünün yalnız adlıq halları diqqətə alınmışdır.)

“Doğru yola çatdıran (Əlhuda)” və “rəhmət” sözlərinin təkrar sayı bərabərdir: 79

Quranda “çətinlik” sözü 13 dəfə iştirak edərkən, “dinclik” sözü də 13 dəfə təkrarlanır.

“Qadın” “kişi” sözlərinin təkrar sayı da eynidir: 23

Qadın-kişi sözlərinin Quranda təkrar sayı olan 23, eyni zamanda insan rüşeyminin (embryo) meydana gəlməsində yumurta və spermdən gələn xromosom sayıdır. İnsanın xromosom sayı da ana və atadan gələn 23 xromosomun cəmi olaraq 46-dır.

“Xəyanət” sözü 16 dəfə keçərkən, “xəbis” sözünün təkrar sayı da 16-dır.

“İnsan” sözü Quranda 65 dəfə keçir; insanın yaradılış mərhələlərinin sayının cəmi də eynidir.

Salavat sözü bütün Quranda 5 dəfə keçir və Allah insanlara gündə beş dəfə namaz qılmalarını bildirmişdir.

“Quru” sözü Quranda 13 dəfə keçərkən, “dəniz” sözü 32 dəfə keçməkdədir. Bu ədədlərin cəmi bizə 45 ədədini verir. Əgər torpağın Quranda çəkilmiş sayı olan 13-ü 45-ə bölsək %28,888888888889 sayını taparıq. Dənizlərin Quranda sayı olan 32-i 45-ə böldüyümüz zaman isə %71,111111111111 sayını alırıq. Bu nisbətlər isə planetimizdəki su və quru parçalarının gerçək nisbətidir. (Scientific Miracles)

Yeddi göy 7 dəfə
Göylərin yaradılışı (xəlqı səmavat) 7 dəfə

Gün (yəvm) 365
Günlər (əyyam,yəvmeyn) 30
Ay (şəhər) 12

Bitki 26 dəfə
Ağac 26 dəfə

Cəza 117 dəfə
Bağışlamaq 117X2=234 dəfə

De 332 dəfə
Dedilər 332 dəfə

Dünya 115 dəfə
Axirət 115 dəfə

Şeytan 88 dəfə
Mələk 88 dəfə

İman 25 dəfə
Küfr 25 dəfə

Cənnət 77 dəfə
Cəhənnəm 77 dəfə

Zəkat 32 dəfə
Bərəkət 32 dəfə

Yaxşılar (əbrar) 6 dəfə
Pislər (fuccar) 3 dəfə

Yaz-isti 5 dəfə
Qış-soyuq 5 dəfə

Şərab 6 dəfə
Sərxoşluq 6 dəfə

Ağıl etmək 49 dəfə
Nur 49 dəfə

Dil 25 dəfə
Öyüd 25 dəfə

Fayda 50 dəfə
Korlama 50 dəfə

Sevgi 83 dəfə
İtaət 83 dəfə

Çevrilmə 28 dəfə
Sonsuz 28 dəfə

Müsibət 75 dəfə
Şükr 75 dəfə

Günəş (şəms) 33 dəfə
İşıq (nur) 33 dəfə

Əlhuda 79 dəfə
Rəhmət 79 dəfə

Çətinlik 13 dəfə
Dinclik 13 dəfə

Qadın 23 dəfə
Kişi 23 dəfə

Xəyanət 16 dəfə
Xəbis (hiyləgər) 16 dəfə

İnsan 65
Torpaq (turabun) 17
Sperm (nutfun) 12
Rüşeym (alak) 6
Bir dişlik ət (medaya) 3
Sümük (ızamun) 15
Ət (lehmun) 12
Cəmi 65

Salavat 5 dəfə
Namaz 5 vaxt

Quru 13 dəfə 13/45= %28,88888889
Dəniz 32 dəfə 32/45= %71,11111111 Cəmi 45 dəfə %100

Quran Allahın Sözüdür.

Quranda keçən söz təkrarlayarının verdiyi ortaq ədədlər, Quranın Allahın sözü olduğunu isbat edən açıq dəlillərdən yalnız biridir.İstər elmi mövzularda, istər keçmişdən və gələcəkdən verilən xəbərlərdə, istərsə də riyazi şifrələrdə o dövrdə heç bir insan tərəfindən bilinməyən gerçəklər ayələrdə xəbər verilmişdir.

Qurandakı hər məlumat, bu İlahi kitabın bilinməyən gizli möcüzələri, Uca Rəbbimizin üstün ağılının və sonsuz elminin dəlillərindən yalnız birini göstərir. Bir ayədə belə buyurulur:

“… Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.” (Nisa Surəsi, 82)

Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi” üzərinə 3 şərh

  1. buna benzer elmi mocuzeler İncildə də var. çünki , İncil də vaxtilə Allahdan gəlmiş kitabdır, amma hamıya məkumdur ki , İncil originallığını itirib … Quranda isə bele riyazi kodların mövcudluğu əsl möcüzədir…bir də ki , əgər incil təhrlf edilmiş olmasaydı Allaha İncildən sora Quranı göndərməzdi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma