Ağciyərlərdəki Heyranedici Yaradılış


Ağciyərləriniz sizin hərəkətlərinizə görə özünü tənzimləyən orqandır. Qaçdıqda ağciyərləriniz daha çox işləyir və artan oksigen ehtiyacınızı təmin edir, oturduqda isə daha yavaş işləyir, ancaq heç dayanmır. Yaşadığınız müddətdə ağciyərləriniz hava pompası kimi heç dayanmadan orqanizmin içinə hava alır, sonra bu havanı bayıra pompalayır. Bunu edərkən də tənəffüs sisteminin digər işçilərilə birlikdə uyğunluq içində hərəkət edir. Çünki nəfəs almaq üçün təkcə ağciyərin olması kifayət deyil. Ağciyərin işləməsini təmin edən kənar gücə də ehtiyac var. Bu güc döş qəfəsinin altındakı diafraqm və qabırğaların aralarındakı əzələlər sayəsində qazanılır.

Nəfəs alıb-verərkən özünüzə baxın. Qabırğalarınızın bayıra və yuxarı doğru hərəkət etdiyini görəcəksiniz. Bu zaman ağciyərin altında yerləşən diafraqma əzələsi də aşağıya doğru yastılaşır. Ağciyər nəfəs borusundakı havanı aşağıya çəkir. Nəfəs verildikdə də qabırğalar içəriyə çəkilir. Qabırğanın altında yerləşən diafraqm əzələsi yuxarıya doğru hərəkət edir. Ağciyər sıxıldıqda kiçik kisəciklərdəki hava nəfəs borusundan bayıra çıxır.

Qaçmaq, gülmək, yerimək, yatmaq… Siz bunları heç düşünmədən edirsiniz, ancaq bütün bu müxtəlif hərəkətlər əsnasında ağciyərlərinizdə orqanizminizin oksigen ehtiyacını müəyyən edən avtomatik tənəffüsə nəzarət sistemi işləyir. Hərəkət halında olarkən bədən hüceyrələrinin fəaliyyətləri artır, hüceyrələr daha çox güc və enerji sərf edir. Ona görə də bədəndəki 100 trilyona yaxın hüceyrə normalda olduğundan daha çox oksigenə ehtiyac hiss edir. Oksigen ehtiyacının artması ilə yanaşı hüceyrələrin istehsal etdiyi artıq karbondioksid də orqanizmdən dərhal xaric edilməlidir. Əgər artan oksigen tələbatı təmin edilməsə, bundan bütün orqanizm hüceyrələri zərər görür. Bu səbəbdən tənəffüs sürətlənir, yəni ağciyərlər daha sürətlə işləyirlər.

Həyat üçün çox vacib olan bu hal yenə möcüzəli sistem sayəsində həll olunur. Beyin kötüyü adlandırılan hissədə qandakı karbondioksid faizinə davamlı surətdə nəzarət edən reseptorlar var. Bu reseptorların bağlı olduğu mərkəzlər, içinə düşdükləri vəziyyətə görə ağciyərlərin işləməsini təmin edən əzələlərə lazımi əmrlər göndərir. Beyin kötüyündən başqa ağciyərlərin xarici səthində yerləşən təzyiqə qarşı həssas reseptorlar da ağciyər həddindən artıq gərildikdə beyin kötüyünə tənəffüs dərinliyinin azaldılması üçün lazımi əmrlər göndərirlər. Bu proseslər hər  gün, hər saniyə, hər an heç dayanmadan təkrarlanır.

Bir-birini tamamlayan bir çox tarazlıqdan ibarət bu sistemin öz-özünə  kor-təbii şəkildə təsadüflər nəticəsində əmələ gəlməsini iddia etmək, əlbəttə, mümkün deyil. İnsan bədənindəki tənəffüs sistemi Allahın yaratma sənətinin nümunələrindən sadəcə biridir.

Ağciyərlərdəki Heyranedici Yaradılış” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma