“Süfyani quru bir vadidən çıxar. Kelp qəbiləsindən abus çöhrəli, sərt ürəkli adamlardan bir ordu qurar və bunlar hər tərəfə zülm edərlər. O, mədrəsə və məscidləri dağıdar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 35)
Hz. Mehdi (ə) Yolların Kəsildiyi Bir Dövrdə Çıxacaq
Müasir dövrdə dünyanın müxtəlif bölgələrində yaşanan qarşıdurmalar, anarxiya və terror səbəbiylə nəqliyyat yolları kəsilir, insanlar bir yerdən başqa yerə təhlükəsiz şəkildə səfər edə bilmirlər. Hədislərdə bu vəziyyətin Hz. Mehdinin (ə) çıxış əlamətlərindən biri olduğu xəbər verilir.
“Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman. ..” (Əl-Kavlu’l Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, sf 39-40)
Dünya hərc-mərc içində qaldığında, fitnələr zühur etdiyində, yollar kəsildiyində… (Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, sf.454)
Müsəlmanlara Göstərilən Təzyiqin Artması
Hədislərdə axır zamanda müsəlman cəmiyyətlərin çətin günlər keçirəcəyi bildirilir. Bu dövrdə müsəlmanları hədəfləyən qarşıdurmalar, müharibələr, haqsızlıq və ədalətsizliklər meydana gələcəkdir. Müasir dövrdə və yaxın keçmişdə İslam dünyasının müxtəlif bölgələrində yaşanan qarşıdurmalar və xaos mühiti, bəzi müsəlman ölkələrdəki diktatorların səbəb olduğu zülmlər, hədislərdə xəbər verilən hadisələrin reallaşmağa başladığını göstərən dəlillərdəndir.
“Rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. Zülm, fəsad və fısk çıxarar. Alim və zahidləri qətl edər, bir çox şəhəri də işğal edər. Qan axıtmağı halal edərək, Al-i Muhəmmədə düşmən kəsilər… (Əli bin Hüsaməddin Əl Muttaki, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər – Axır Zaman Mehdisinin Əlamətləri, sf. 37)
“Məndən sonra xəlifələr olar. Xəlifələrdən sonra əmirlər, əmirlərdən sonra zalım məliklər gəlir. Son olaraq da Əhli Beytimdən biri çıxar.” (Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, sf. 84)
“Vay bu ümmətə, o qətl edən zalım məliklərdən ötəri. Bu zalımlar özlərinə itaət edənlər istisna olmaqla, sakit qalanları da qorxudarlar… “ (Əbu Nuaymdan; Suyuti, C. II, sf. 64)
“Burada Müsəlmanların üçdə biri öldürülər…” (Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, sf. 73)
salam, men Kitab-ül Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman kitabini nece elde ede bilerem? bu kitab satishda var? cunki maraqlandim olmadi/ bu haqda mene komek ede bilersiz?
Bu kitabin muellifi Celaleddin Suyutîdir. Azerbaycan dilinde cetin ki bu kitabi tapasiz. Mence hec yoxdu. Turkiyede Süleymaniye Kütüphanesinde bu kitabin orijinal elyazmasi var.