Delfinlərdəki Üstün Yaradılış


Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir. (Betty Ma­ma­ne, Le Sur­do­ue du Grand Bleu, Sci­en­ce et Vie Ju­ni­our, Avqust 1998, s.79-84)

Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.

Delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmirlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Delfinlərin orqanizmi o qədər mükəmməl quruluşa malikdir ki, heyvan suya baş vurduqda bu dəlik bir qapaq tərəfindən avtomatik bağlanır və bu sayədə içəri su keçməsinin qarşısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır.

Delfinlərin ağızlarındakı dimdiyə bənzər çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran başqa bir xüsusiyyətdir. Heyvan bu quruluşu sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edərək daha sürətlə üzür. Müasir gəmilərin burunlarında da delfinlərin ağzına bənzər çıxıntı var. Bu hidrodinamik quruluş gəmilərin sürətini də eynilə delfinlərinki kimi artırır.

Bundan başqa, delfinlər elm adamlarını təəccübləndirəcək qədər sürətlə üzürlər. Delfinlərin bədənlərinin ətrafından suyun axması qüsursuz şəkildə baş verir. Bunun səbəbi delfinin dərisi üzərində aparılan tədqiqatlar nəticəsində tapılmışdır. Delfinin dərisi üç qatdan ibarətdir. Xarici qat incədir və çox elastikdir; daxili təbəqə qalındır, plastik tüklü fırçaya bənzəyən elastik çubuqlardan ibarətdir. Ortadakı qat isə süngərəbənzər maddədəndir. Beləliklə, çox sürətlə üzən delfinə dəyən sudan girdab əmələ gəlməyə başladıqda xarici dəri qatı bu girdabın səbəb olduğu yüksək təzyiqi daxili qatlara ötürür və daxili qatlar bu yüksək təzyiqi aradan qaldırırlar. Əmələ gələn girdab beləliklə böyüməyə başlamadan itir.

Heyvanlar içində sadəcə delfinlərə xas olan bu formaların hamısı üstün yaradılışın açıq dəlillərindəndir. Allah hər canlı kimi delfinləri də yaşadıqları şərtlərə ən uyğun bədən quruluşu ilə birlikdə yaratmışdır.

Delfinlərdəki Üstün Yaradılış” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma