Kəpənəklərin Heyranedici Xüsusiyyətləri


Şəkildə görünən kəpənəklərin qanadlarını ilk dəfə görürmüş kimi nəzərdən keçirin. Belə qüsursuz estetika, ən kiçik səhvə yol verilməmiş simmetriya, cəlbedici rənglər və naxışlar qarşısında mütləq heyran qalacaqsınız. İndi də bir parça haqqında düşünün. Bu kəpənək naxışlarından ilham alınaraq toxunmuş, olduqca estetik və keyfiyyətli parça. Belə bir parçanı mağazanın vitrinində gördükdə nə düşünərsiniz? Şübhəsiz, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarından nümunə götürən bir sənətkarın varlığı ağlınıza gələr və onun sənətini bəyənib qiymətləndirərsiniz. Elə isə bu həqiqəti də təqdir etməlisiniz: heyran olduğunuz bu sənət kəpənəklərdən nümunə götürərək parçanın naxışını çəkənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri nümunəsiz yaratmış Allaha aiddir.

Kəpənəklərin rəngli və müxtəlif naxışlara malik qanadları Allahın rəng sənətinin ehtişamlı təzahürüdür. Necə ki, bir parça naxışı öz-özünə, təsadüfən ortaya çıxa bilməz, qanadlardakı rəng və naxış simmetriyası da qətiyyən təsadüflər nəticəsində əmələ gəlməyəcək qədər mükəmməldir.

Bundan başqa, şəkillərini gördüyünüz kəpənəklərin heyranedici xüsusiyyətləri təkcə möhtəşəm qanadlarından ibarət deyil. Kəpənəklərin bədən quruluşu da hər cəhətdən qüsursuzdur. Kəpənəklər çiçəklərdəki nektarı soraraq qidalanırlar. Bəzən dərinliklərdə olan nektarı sormaq üçün kəpənəklərin bir çoxunda probosis (Proboscis) adlandırılan uzun orqan var. Proboscis çiçəklərdəki nektar kimi maye qidaları sormaq və ya su içmək üçün istifadə edilən uzun dildir. Kəpənəklər bu uzun dillərindən istifadə etmədikdə içəri doğru sarıyırlar (qatlayırlar). Bu dil uzanmış halda kəpənəyin boyundan 3 dəfə uzun olur.

Digər həşəratlarda olduğu kimi kəpənəklərin də bədənlərinin ətrafını əhatə edən skeletləri var. Bu xarici skelet yumşaq toxuma ilə bağlı olan bərk təbəqələrdən ibarətdir və zirehli paltara bənzəyir. Bu bərk təbəqə “kitin” maddəsindən ibarətdir. Bu təbəqənin əmələ gəlməsi son dərəcə maraqlı proses nəticəsində baş verir. Məlumdur ki, kəpənək tırtılları hərtərəfli metamorfoz prosesi keçirir. Tırtıl əvvəlcə pup olur, daha sonra kəpənəyə çevrilir. Bu dəyişmə prosesi ərzində qanadlarda, bığcıqlarda, ayaqlarda və digər orqanlarda kiçik dəyişikliklər meydana gəlir. Uçuş əzələləri, qanadlar kimi fərqli mərkəzlərdəki hüceyrələr dəyişikliyin hər mərhələsində özlərini bir daha nizama salırlar. Bundan başqa bu dəyişikliklərlə birlikdə bədəndəki hər sistem də- həzm sistemi, ifrazat sistemi və tənəffüs sistemi- dəyişiklik keçirir. (Tho­mas C. Em­mel, Flo­ri­da’s Fa­bu­lo­us But­terf­li­es, s.4)

Kəpənəklərin eynilə qanadlarında olduğunu kimi malik olduqları bu rəng və naxış müxtəlifliyi üstün güc sahibi Allaha aiddir. Allah hər canlıya ehtiyacı olan xüsusiyyətləri verəndir.

Kəpənəklərin Heyranedici Xüsusiyyətləri” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma