Yarpaqlardakı Qüsursuz Forma: Dəliklər


Kənardan baxdıqda bəzən sadəcə yaşıl bir cisim kimi görünən yarpaqlar üçün son dərəcə əhəmiyyətli formalardan biri olan dəliklər də bu nizamın mühüm hissələrindəndir. Yarpaqların üzərindəki bu mikroskopik dəliklər temperatur və su ötürülməsini təmin etmək və fotosintez üçün lazım olan karbondioksidi atmosferdən almaq vəzifəsini yerinə yetirir. Dəliklər həmçinin lazım gəldikdə açılıb-qapanan quruluşa malikdirlər.

Dəliklərin maraqlı cəhətlərindən biri isə əsasən yarpaqların alt hissəsində yerləşmələridir. Bu sayədə günəş işığının yarpağa mənfi təsirinin azaldılması təmin edilir. Bitkidəki suyu bayıra atan dəliklər əgər yarpaqların üst hissələrində daha çox olsaydılar, çox uzun müddət günəş işığına məruz qalardılar. Bu halda bitkinin istidən ölməməsi üçün dəliklər daxildəki suyu davamlı olaraq kənar edəcək, belə olduqda da bitki həddindən artıq su itkisindən quruyaraq öləcəkdi. Hər şeyi qüsursuz və əksiksiz yaradan Allah bitkilərdə də xüsusi quruluşa malik dəliklər var etmiş, su itkisindən zərər çəkmələrinin bu şəkildə qarşısını almışdır.

Yarpaqların üst dəri toxuması üzərində cüt-cüt yerləşmiş dəliklərin forması lobyaya bənzəyir. İkitərəfli çökək formalar yarpaqla atmosfer arasındakı qaz mübadiləsini təmin edən dəliklərin açıqlığını nizamlayır. Dəlik ağzı deyilən bu hissə xarici mühitin şərtlərinə (işıq, nəm, isti, karbondioksid nisbəti) və bitkinin xüsusilə su ilə bağlı daxili vəziyyətilə əlaqədar dəyişir. Dəlik ağızlarının açılması və ya kiçilməsi ilə bitkinin su və qaz mübadiləsi nizama salınır.

Xarici mühitin bütün təsirləri nəzərə alınaraq nizama salınmış dəliklərin quruluşunda çox incə detallar var. Məlumdur ki, xarici mühit şərtləri daima dəyişir. Nəm və qaz nisbəti, temperatur, havadakı çirk… Yarpaqlardakı dəliklər bütün bu dəyişkən şərtlərə uyğunlaşan formadadır.

Biktilərdəki bu sistem də digərləri kimi ancaq bütün hissələri əksiksiz olduqda funksiyalarını yerinə yetirə bilirlər. Ona görə də bitkilərdəki dəliklərin də təsadüflər nəticəsində təkamül keçirərək ortaya çıxması heç cür mümkün deyil. Son dərəcə xüsusi quruluşu olan dəliklər də vəzifələrini ən həssas şəkildə yerinə yetirəcək şəkildə xüsusi olaraq Allah tərəfindən yaradılmışlar.

Məgər O, yaratdığını bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır! Yeri sizə ram edən Odur. Onun qoynunda gəzin, (Allahın) ruzisindən yeyin. Axır dönüş də Onadır! (Mülk surəsi, 14-15)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma