“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn
Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.
Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.
Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi tarazlıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.
Bunların nəticəsində iman sahibi bir insan elmi araşdırmalar aparmaq və kainatın sirlərini öyrənmək üçün son dərəcə istəkli və qətiyyətli olur. Dövrümüzün ən böyük dühası kimi qəbul edilən Albert Eynşteyn bir yazısında iman edən elm adamlarının dindən aldıqları bu həvəsləndirici gücü belə bildirmişdir:
“Kainatla bağlı dini hissin elmi araşdırmaların ən güclü və ən köklü səbəbi olduğu qənaətindəyəm. Şübhəsiz ki, bu hissi elmi təfəkkür ilə ilk olaraq birləşdirənlər ən qüvvətli şəkildə duyublar. Kainatın quruluşunu elmi və ağıllı şəkildə anlamaq insana ən dərin iman duyğusu verir. İllərlə fasilədən sonra qavradıqları kainat anlayışı Kepler və Nyutona bu cür dərin duyğular vermişdir.
Elmi araşdırmaların yalnız praktiki sahəsi ilə kifayətlənənlər bu mövzuda hər zaman hər yerdə yanlış açıqlamalar vermişlər. Lakin bu duyğu və ilham həyatlarını tamamilə elmi araşdırmalara həsr etmiş insanların qəlblərinə dolar və məhz bu cür insanlar min bir çətinliyə baxmayaraq araşdırmalarına davam edərlər. Onlar bu qüvvəti din duyğusundan alırlar. Bir müasirimiz çox doğru olaraq belə demişdir: Bizim materialist dövrümüzdə ən dərin din hissini pozitiv elm yolunu ilk araşdıranlar duyublar.” (Albert Einstein, Ideas and Opinions, Crown Publishers, New York, 1954)
Iohan Kepler Yaradıcının əsərlərindəki ləzzəti almaq üçün elmlə maraqlandığını, tarixin ən böyük elm adamlarından biri sayılan Isaak Nyuton isə elmi araşdırmalar aparmasının səbəbinin Allahı tapıb tanımaq istəyi olduğunu söyləmişdir.
Bu sözlər dünya tarixinin ən tanınmış alimlərindən cəmi bir neçəsinə aiddir. Bu alimlər və onlar kimi daha yüzlərlə elm adamı kainatı tədqiq edərək, Allahın varlığına iman edən, Allahın ehtişamla yaratdığı qanunlardan və hadisələrdən təsirlənərək daha çox şey kəşf etmək istəyən şəxslərdir.
Göründüyü kimi, Allahın kainatı necə yaratdığını görmək istəyi tarixdə bir çox alimin ən böyük motivasiya mənbəyi olmuşdur. Çünki kainatın və canlıların yaradıldıqlarını qavrayan bir insan eyni zamanda bu yaradılışda bir məqsəd olduğunu da anlayır. Məqsəd isə təbii ki, məna əmələ gətirir. Bu mənanı qavraya bilmək, dəlillərini tapmaq, incəliklərini tədqiq etmək istəyi elmi çalışmalara böyük bir güc qazandırır. Eyni zamanda əgər kainatın və canlıların yaradıldığı həqiqəti inkar edilsə, bu məna da ortadan qalxar. Məsələn, materialist fəlsəfəyə və darvinizmə inanan bir elm adamı kainatda heç bir məqsəd olmadığını, hər şeyin boş təsadüflərin məhsulu olduğunu zənn edəcəkdir. Bu halda kainatı və canlıları araşdırmağın da həqiqi mənası qalmaz. Eynşteyn bu həqiqəti “din duyğusu itərsə, elm ilhamı olmayan bir təcrübəyə dönər”– kimi ifadə etmişdir. (Letter to Maurice Solovine, 1 yanvar 1951; Einstein Archive 21-174, 80-871, Letters to Solovine’də dərc olunub, s. 119)
Bu halda bir elm adamının hədəfə alacağı yeganə məqsəd etdiyi bir kəşflə məşhurlaşmaq, tarixə düşmək və ya çox pul qazanmaqdır. Bu hədəflər isə onu səmimiyyətdən və elmi dürüstlükdən ayıra bilər. Məsələn, elmi kəşflərə əsaslanaraq gəldiyi bir nəticənin elm dünyasında hakim olan görüşə zidd olduğuna görə ad-sanını itirmək, qınanmaq, alçaldılmaq kimi təşvişlərə düşərək, onu gizlətmək məcburiyyətində qalar.
Təkamül nəzəriyyəsinin uzun müddət elm dünyasında qəbul edilməsi bu səmimiyyətsizliyin bir nümunəsidir. Əslində elmi faktlarla qarşılaşan bir çox alim təkamül nəzəriyyəsinin həyatın mənbəyini açıqlamaqda aciz olduğunu görür, anlayır lakin sırf təzyiqlərə məruz qalmamaq səbəbindən bunu dilə gətirmirlər. Ingilis fiziki H. S. Lipson bu barədə belə deyir:
«Canlılar haqqında Darvinin bildiyindən çox artığını bilirik. Məsələn, sinirlərin necə fəaliyyət göstərdiyini bilirik və məncə, hər sinir elektrik mühəndisliyi baxımından bir şah əsərdir. Bizim orqanizmimizdə bunlar milyardlarladır… Bu halda mənim ağlıma gələn kəlmə “dizayn”dır. Amma bioloq məsləkdaşlarımın bu kəlmədən heç xoşu gəlmir.» (H. S. Lipson, A Physicist’s View of Darwin’s Theory, Evolutionary Trends in Plants,cild 2, № 1, 1988, s. 6)
Yaradılışı ifadə edən “dizayn” kəlməsinin sırf bu kəlməni xoşlamadıqları üçün elmi ədəbiyyatdan çıxarılmasını istəyirlər, çoxlu sayda elm adamları da bu ehkamçı dünyagörüşünə boyun əyirlər. Lipson bu həqiqəti belə açıqlayır:
«Əslində təkamül bir növ “elmi din” halına çevrilmişdir; demək olar ki, bütün alimlər bunu qəbul etmiş və bir çoxu onunla uyğun gəlməsi üçün müşahidələrini təhrif etməyə belə hazırdırlar». (H. S. Lipson, A Physicist Looks at Evolution. Physics Bulletin, cild 31 (1980) s. 138)
Bu ziddiyyətli vəziyyət XIX əsrin ortalarından etibarən elm dünyasına hakim olmağa başlayan “dinsiz elm” aldanışının bir nəticəsidir. Eynşteynin bildirdiyi kimi, “dinsiz elm şikəstdir”. (Albert Einstein, Science, Philosophy, And Religion: A Symposium,- 1941, fəsil 3) Buna görə də bu yanılma həm elm dünyasını yanlış hədəflərə yönəltmiş, həm də bu hədəflərin yanlışlığını görmələrinə baxmayaraq, laqeyd alimləri ortaya çıxarmışdır.
Enşteyn agnostic olub. Onun haqqında ən savadsız insan belə bunu bilir. Onun dediyi cümlənin mənasını bilmirsiniz. Bax Enşteyn daha nə deyib.
“Beni dini bağlılıklarım konusunda okuduklarınız, sistematik olarak tekrar edilen yalanlardan başka bir şey değil. Kişisel bir tanrıya inanmadığım gibi, bunu saklamayı bırakın, açık ve net bir şekilde ifade ettim. Eger “dini” olarak tanımlanabilecek bir şeyler varsa o da bilimin aydınlatabildiği kadarıyla Dünya’nın yapısına olan sonsuz hayranlığımdır.”
Albert Einstein
Bir insanın ahlaki davranışları anlayışa, eğitime ve sosyal bağlara dayanmalıdır; hiçbir dini temel gerekmez. İnsan, eger ölümden sonra ceza korkusuyla ve ödül umuduyla kontrol altına alınmak zorundaysa, şübhesiz kötü bir yoldadır.
Albert Einstein
Burda Eynsteynin din haqqinda dediyi semimi sozleri yazilib. Demek olar ki butun dinsizlerin, ateistlerin, aqnostiklerin ve s kainatdaki qusuzsuzluq, canlilardaki kompleks sistemler ve bu sistemlerin tesadufen meydana gele bilmeyeceyi, bütün bunlara şüurlu müdaxilenin olduğu barede dediyi semimi sözleri var. Eynsteyn de daxil olmaqla. Amma daha sonra bir sira faktorlar mes. movcud paradiqmanin tesiri ile muxtelif fikirler soyleye bilerler. Amma coxdan semimi qenaet getiribler.
Senin yazdiqlarina geldikde ise 1-ci sitatda xristianligin tenqidi var. Tebii ki Einstein kisisel bir tanriya inanmirdi. Kainatdaki qusursuz sistemleri inceledikde bunlarin tesadufen yaranmadigini, ustun bir Agil, Guc sahibinin bunlari yaratdigini gorurdu. 2-ci sitata geldikde ise Eynsteynin bu fikrinin yanlis oldugu XX esrde praktiki olaraq subut edildi. Yani insanin yaxsi tehsilinin olmasi, dunya gorusunun genis olmasi ve s. hec de onu exlaqli etmir. Cox yaxsi tehsil almis, medeni bilgisi olan cinayetkarlar, fahiseler, rusvetxor alimler, siyasetciler, iqtisadcilar ve s XX esrde dunyani xaosa apardilar. Insan Allahin gosterdiyi sekilde yasadigi teqdirde exlaqli olur. Bu artiq sosial heqiqetdir. Dinde de en onemli faktor semimiyyetdir.
Kenan Hesenov sen bunun subut olduguna inanirsan?Yeni inanirsan ki heqiqeten Enwteyn bele bir soz deyib?Dostum bu deqiqe Ateistler her yola el atirlar ve her weyi deyiwmeye qadir bir sapiqliqdadilar.Ne melumdurki Enwteynin fikirlerini deyiwik bir nece cumleynen ort-bas etmek istemirler?Ele hami elinde bir nece cumleni bayraq tutub gezir biler-bilmez.
Bir aqnostikin “şübhəsiz” sözünü işlətməyi mənə qəribə gəldi…
eynsteyn ikili sexsiyyete malik olub,ona gore onu basa dusmek cetindir
Elme bagli olan insanlarin 70% – i Dini inkar edir..baxmayaraq onlar aqnostik , ateist ve ya panteistdirler…
Bu statistikani hardan goturmusnuz? Eksine elmle mesgul olanlarin boyuk ekseriyyeti kainatin, yer kuresinin ve canlilarin tesadufen meydana gele bilmeyeceyini semimi sekilde qebul edib Allaha iman getiribler.
Meselen, Nyuton “Principia Mathematica” adlı əsərində bele deyir: “Allah sonsuz və mütləqdir, gücü sərhədsizdir və hər şeydən xəbərdar olandır, varlığı sonsuzluğa söykənir, hər şeyi idarə edir, edilən və ediləcək olan hər şeyi bilir. O sonsuz və sərhədsizdir … ”
Eynşteyn: “Elmlə ciddi şəkildə məşğul olan hər kəs təbiət qanunlarında insanlardan daha üstün bir ruhun olduğuna qənaət gətirər.Buna görə elmlə məşğul olmaq, insanı dinə aparar.”
Lui Pater: “Təbiəti nə qədər çox araşdırsam Yaradanın əsərləri qarşısında inancım bir o qədər çox artır. Elm insanı Allaha aparar.Bir mikrobun varlığı belə iman etmək üçün kifayətdir.”
O 70% elme bagli olanlarda wuphesiz diger 30%-in cox kolgesinde qalanlardir.
Я верю в Бога как личность и по совести сказать ни минуты в жизни не был атеистом -сказал однажды создатель теории относительности.
Альберт Эйнштейн