Din Elmə və Düşünməyə Təkan Verir


İslam dini ağıl və vicdan dinidir. İnsan ağlı ilə Allahın bildirdiyi həqiqətləri görür və vicdanından istifadə edərək gördüklərindən nəticə çıxarır. Məsələn, ağıl və vicdan sahibi olan bir insan heç bir məlumatı olmasa da, məhdud biliyə malik olmasına baxmayaraq, kainatdakı hər hansı bir varlığın xüsusiyyətlərini nəzərdən keçirərək onu üstün bir Ağıl, Elm və Güc sahibinin yaratdığını anlayar. Dünyada həyatın meydana gəlməsi üçün vacib olan minlərlə şərtdən bir neçəsini görməsi də Yer kürəsinin insanların yaşaya bilməsi üçün xüsusi yaradılmış planet olduğunu başa düşməsinə kifayət edər. Ağıl və vicdan sahibi olan bu insan dünyanın təsadüfən əmələ gəldiyi iddiasının məntiqsiz olduğunu asanlıqla anlayar. Qısaca desək, ağıl və vicdanından istifadə edərək düşünən hər insan Allahın varlığının dəlillərini aşkar şəkildə görə bilər. Allah bu insanlar haqqında bir ayədə belə xəbər verir:

«O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər: “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” («Ali-Imran» surəsi, 191).

Bu səbəbdən Allah Quranda insanları onları əhatə edən yaradılış dəlilləri üzərində düşünməyə və tədqiq etməyə çağırır. Bütün kainatda mövcud olan sistemləri, canlı və cansız varlıqları nəzərdən keçirən, gördükləri üzərində düşünən və araşdıran hər insan Allahın üstün ağlını, elmini və sonsuz gücünü tanımağa başlayacaqdır. Allahın insanları üzərində düşünməyə çağırdığı mövzulardan bəziləri ayələrdə belə bildirilir:

«Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! Bütün bunları Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla həm bağlar və biçilən taxıl dənələri, həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları yetişdirdik» («Qaf» surəsi, 6-10).

«Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?!» («Mülk» surəsi, 3)

«Elə isə insan nədən yaradıldığına bir baxsın!» («Tariq» surəsi, 5).

«Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə baxmırlar ki, necə ucaldılmışdır? Dağlara baxmırlar ki, necə dikəldilmişdir?» («Ğaşiyə» surəsi, 17-20).

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Allah insanları göy üzü, yağış, bitkilər, heyvanlar, doğuluş, coğrafi xüsusiyyətlər kimi mövzularda araşdırma aparmağa və tədqiq etməyə çağırır. Bütün bu varlıqları tədqiq etməyin və araşdırmağın yollarından biri isə elmdir. Elmi araşdırmalar nəticəsində əldə edilən məlumatlar insanlara yaradılışın sirlərini, Allahın sonsuz elmini, ağlını və gücünü tanıdırlar. Tarix boyu bəşəriyyətə böyük xidmətlər göstərən elm adamlarının əksəriyyətinin Allaha inanan dindar insanlar olmasının səbəbi də budur. Elm Allahın qüdrətini təqdir etməyin vasitələrindən biridir…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma