Fitnə


Ərəb­ dilində bə­zi kəl­mə­lər hər dil­də ol­du­ğu ki­mi bir çox mə­na­lar­da iş­lən­miş­dir. Azər­bay­can di­lin­də bə­zi kəl­mə­lə­rin fərq­li mə­na­la­rı ol­du­ğu ki­mi, ərəb di­lin­də­ki «fit­nə» kəl­mə­si­nin də fərq­li mə­na­la­rı var­dır.

Fit­nə əs­lin­də «qı­zı­lın di­gər yad me­tal­lar­dan ay­rıl­ma­sı məq­sə­di ilə qay­na­dıl­ma­sı üsu­lu» üçün is­ti­fa­də olu­nan bir kəl­mə­dir. Qu­ra­nın bir çox ayə­sin­də fit­nə sö­zün kö­kü­nə bağ­lı ola­raq mö­min­lər­lə in­kar­çı­la­rın və ya münafiqlərin bir-bi­rin­dən ay­rıl­ma­sı üçün ya­ra­dı­lan im­ta­han­la­ra ve­ri­lən ad­dır. Bu im­ta­han­la­rın əsas xü­su­siy­yə­ti özün­də az­dı­rı­cı ün­sür­lə­ri də da­şı­ma­sı­dır. Yə­ni in­sa­nın doğ­ru yol­dan az­ma­sı və ya hi­da­yə­tə ta­be ol­ma­sı bu im­ta­han qar­şı­sın­da gös­tər­di­yi dav­ra­nı­şa bağ­lı­dır. Hz.Mu­sa­nın Qu­ran­da xə­bər ve­ri­lən dua­sı fit­nə­nin həm az­dı­rı­cı, həm də hi­da­yə­tə çatdıran xüsusiyyətlərinin ol­du­ğu­nu gös­tə­rir. Ayə­də be­lə bu­yu­ru­lur:

«Mu­sa Bi­zim tə­yin et­di­yi­miz vaxt üçün öz tay­fa­sın­dan yet­miş adam seç­miş­di. On­la­rı sar­sın­tı ya­xa­la­yan­da Mu­sa de­di: «Ey Rəb­bim! Əgər is­tə­səy­din, bun­dan qa­baq on­la­rı da, mə­ni də məhv edər­din. Ara­mız­da­kı sə­feh­lə­rin tö­rət­di­yi gü­nah­lar üzün­dən bi­zi məhv­mi edə­cək­sən? Bu Sə­nin sı­na­ğın­dan baş­qa bir şey de­yil­dir. Sən onun­la is­tə­di­yi­ni zə­la­lə­tə dü­çar edər, is­tə­di­yi­ni doğ­ru yo­la sa­lar­san. Sən bi­zim ha­mi­miz­sən. Bi­zi ba­ğış­la və rəhm et. Axı Sən ba­ğış­la­yan­la­rın ən yax­şı­sı­san!» («Əraf» su­rə­si, 155).

Dün­ya­nın bir im­ta­han ye­ri ol­du­ğu və in­san­la­rın iman­la­rı­nın müt­ləq qaydada sı­na­ğa çəkiləcəyi Qu­ra­nın bir çox ayə­lə­rin­də xa­tır­la­dı­lır:

«İn­san­lar yal­nız: «İman gə­tir­dik!» – de­mə­lə­ri­lə on­lar­dan əl çə­ki­lib im­ta­han olun­ma­ya­caq­la­rı­nı­mı sa­nır­lar? Biz on­lar­dan əv­vəl­ki­lə­ri də im­ta­ha­na çək­miş­dik. Şüb­hə­siz ki, Al­lah düz­da­nı­şan­la­rı da, ya­lan­çı­la­rı da çox gö­zəl ta­nı­yar!» («Ən­kə­but» su­rə­si, 2-3).

Baş­qa bir ayə­də isə fit­nə­nin iki növ­dən iba­rət ol­du­ğu bil­di­ril­miş­dir:

«Hər bir kəs ölü­mü da­da­caq­dır. Yox­la­maq məq­sə­di­lə Biz si­zi şər və xe­yir­lə im­ta­ha­na çə­kə­rik. Və siz an­caq Bi­zim hü­zu­ru­mu­za qay­ta­rı­la­caq­sı­nız!» («Ən­bi­ya» su­rə­si, 35).

İn­sa­nın çoxlu var-döv­lətə sa­hi­b ol­ma­sı və ona bir çox ne­mət­lərin verilməsi, Qu­ra­na gö­rə hə­rə­kət et­di­yi təq­dir­də onun Al­la­ha ya­xın­laş­ma­sı­na va­si­tə olur. Am­ma öyün­dü­yü və sa­hib ol­duq­la­rı­nı Al­la­hın ri­za­sı­na uy­ğun şə­kil­də sərf et­mə­di­yi təq­dir­də doğ­ru yol­dan az­mış olur. Be­lə bir in­san üçün «var-döv­lət fit­nə­si­nə al­dan­dı», «var-döv­lət fit­nə­si­nə düş­dü» ki­mi ifa­də­lər iş­lə­di­lir. Bu in­san im­ta­ha­ndan layiqincə keç­mə­yə­rək axi­rət­də «zi­ya­na uğ­ra­yan­lar­dan» ol­muşdur.

İnsanın üzləşdiyi sı­xın­tı, xəs­tə­lik, habelə onun evi­ni, ai­lə­si­ni iti­rmə­si ki­mi hal­lar da fit­nə­yə nü­mu­nə ola bi­lər. An­caq in­san bu­ra­da üs­yan et­di­yi, ümid­siz­li­yə və kədərə qa­pıl­dı­ğı za­man fit­nə onun ima­nı­nın zə­if ol­du­ğu­nu or­ta­ya çı­xar­mış olur.

Mö­min isə hər cür ha­di­sə­nin Al­lah­dan gəl­di­yi­ni bi­lir və bu cür ha­di­sə­lər qar­şı­sın­da Al­lah­dan ra­zı olur, ən bö­yük sı­xın­tı­nı be­lə tə­vək­kül­lə qar­şı­la­yır. Dün­ya­ya aid heç bir də­yər onun qəl­bin­də yer tut­ma­dı­ğın­dan bun­la­rın iti­ril­mə­sin­dən və ya əl­dən çıx­ma­sın­a görə kədərlənmir. Bu ov­qa­tın Al­la­hın ri­za­sı­nı qa­za­na bil­mək üçün ən uy­ğun ol­du­ğu­nu bi­lir.

Fitnə” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma