Quran Elmə Yol Göstərir


Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, hey­van­la­rın, gecə ilə gündüzün əmələ gəlməsi, öz doğuluşu, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görərək, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıma imkanı əldə edir.

Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından biri isə elmdir. Dolayısı ilə elmi Allahın yaratma sənətindəki incəliklərinə çatmaqda bir metod kimi qəbul edən din elmlə məşğul olmağa insanları həvəsləndirir.Din elmi araşdırmalara təşviq etməklə yanaşı Islam dinindəki həqiqətlərə əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli və dəqiq nəticələr verir. Çünki din kainatın və canlı həyatın necə əmələ gəlməsi ilə bağlı suala ən doğru və ən dəqiq cavabı verir. Dolayısı ilə, doğru nöqtədən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların əmələ gəlməsinə aid sirləri ən qısa zamanda ən az əmək və enerji sərf edərək aşkara çıxaracaqdır.

XX əsrin ən böyük alimlərindən biri qəbul edilən Albert Eynşteynin də dediyi kimi “dinsiz elm şikəstdir”, yəni dinin yol göstərmədiyi elm irəliləyə bilməz, dəqiq nəticələr əldə edilməsi çox vaxt aparar və hətta çox vaxt nəticə əldə etmək mümkün olmaz.

Bu həqiqəti görə bilməyən materialist ideologiyaya sahib elm adamları tərəfindən istiqamətləndirilən elmi çalışmalar isə xüsusilə son iki əsr ərzində insanlığın vaxtını boş yerə israf etməsinə səbəb olmuş, bu yolda aparılan çalışmaların böyük hissəsi hədər getmiş və sərf edilən trilyonlarla vəsait havaya sovrulmuşdur. Bütün bunlar göz qabağındadır.

Elə buna görə də, insanların qəti şəkildə bilmələri vacib olan bir həqiqət vardır. Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırmaq məqsədini güdür və bu məqsəd üçün çalışarsa, doğru nəticələr əldə edə bilər. Yolu düzgün müəyyən edilsə, yəni doğru istiqamətləndirilsə, elmin əsl məqsədinə ən qısa müddətdə çatması təmin edilə bilər.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma