Səbr Etmək


Hə­ya­tı­nı İs­la­ma uy­ğun şə­kil­də qur­maq və bu hə­yat tərzi ilə üst-üstə düşməyən dav­ra­nış­lar­dan özü­nü uzaq tut­maq mö­mi­nin ger­çək­ləş­di­rə bi­lə­cə­yi iba­dət­dir. Bu barədə qə­tiyyətli ol­maq, gü­zəş­tə get­mə­mək və za­ma­nın yo­ru­cu tə­si­rin­dən qo­run­maq üçün səbr etmək lazımdır.

Bu sə­bəb­dən səbir və dö­züm anlayışları fərqlidir. Dö­züm, müəyyən sı­xın­tı və kə­dərə tab gətirməkdir. Hal­bu­ki mö­mi­nin ma­lik ol­du­ğu səbir anlayışı fərq­li­dir; səbir edən mö­min ba­şı­na gə­lən sı­xın­tı­la­ra gö­rə qəm çək­məz, ək­si­nə, Al­la­ha olan ya­xın­lı­ğı da­ha da ar­tar və do­la­yı­sı i­lə se­vin­ci, hə­yə­ca­nı və şöv­qü da­ha da yük­sək olar. Qu­ra­nın bir çox ayə­sin­də səbr etmək əmr edil­miş­dir:

«Sən səbr et. Şüb­hə­siz ki, Al­la­hın və­di haq­dır. Qoy qə­ti inan­ma­yan­lar sə­ni səni etinasızlığa sövq etməsinlər.!» («Rum» su­rə­si, 60).

« Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-İm­ran» su­rə­si, 200).

«Səbir et. Sə­nin səbir et­mə­yin yal­nız Al­la­hın kö­mə­yi­lə­dir. On­lar­dan öt­rü kə­dər­lən­mə və qur­duq­la­rı hiy­lə­lə­rə gö­rə də ürə­yi­ni qıs­ma!» («Nəhl» su­rə­si, 127).

Al­lah mö­min­lə­rin səbir yo­lu ilə sı­na­na­caq­la­rı­nı be­lə bil­dir­miş­dir:

«And ol­sun ki, Biz içə­ri­niz­də­ki mü­ca­hid­lə­ri və səbir edən­lə­ri ayırd edə bil­mək üçün si­zi im­ta­ha­na çə­kə­cək və si­zə da­ir xə­bər­lə­ri də yox­la­ya­ca­ğıq» («Mu­həm­məd» su­rə­si, 31).

«Əl­bət­tə, siz ma­lı­nız və ca­nı­nız­la im­ta­han edi­lə­cək­si­niz. Siz­dən əv­vəl ki­tab ve­ril­miş kim­sə­lər­dən və şə­rik qo­şan­lar­dan bir çox əziy­yət­li söz­lər eşi­də­cək­si­niz. Əgər səbir edib Al­lah­dan qorx­sa­nız, əl­bət­tə, bu, məq­sə­də mü­va­fiq iş­lər­dən­dir» («Ali-İm­ran» su­rə­si, 186).

Səbir in­kar­çı­la­ra qar­şı qa­za­nı­la­caq uğu­run da aça­rı­dır. Səbir et­dik­lə­ri­nə gö­rə Al­lah mö­min­lə­rin gü­cü­nü ar­tı­rır:

«…Ara­nız­da yüz səbir­li ki­şi ol­sa, iki yüz nə­fə­rə, min ki­şi ol­sa, iki min nə­fə­rə Al­la­hın iz­ni­lə qə­lə­bə ça­lar. Al­lah səbir edən­lər­lə­dir!» («Ən­fal» su­rə­si, 66).

«Al­la­ha və Onun Pey­ğəm­bə­ri­nə ita­ət edin. Bir-bi­ri­niz­lə çə­kiş­mə­yin, yox­sa qor­xub zə­if­lə­yər və güc­dən dü­şər­si­niz. Səbir edin, çün­ki Al­lah səbir edən­lər­lə­dir!» («Ən­fal» su­rə­si, 46).

Səbir Al­la­hın ri­za­sı­nı və cən­nə­ti­ni qa­za­na bil­mək üçün gös­tə­ri­lə­cək ən önəm­li xü­su­siy­yət­lər­dən bi­ri­dir. Qu­ran­da mö­min­lə­rin tə­ri­fi ve­ri­lər­kən «On­lar səbir edən­lər və Rəbb­lə­ri­nə tə­vək­kül edən­lər­dir» de­yil­miş­dir («Nəhl» su­rə­si, 42). Möv­zu­nun önə­mi baş­qa ayə­lər­də be­lə vur­ğu­la­nır:

«… Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.!» («Nəhl» su­rə­si, 96).

«Məhz be­lə­lə­ri səbir et­dik­lə­ri­nə gö­rə cən­nət gu­şə­si ilə mü­ka­fat­lan­dı­rı­la­caq, ora­da eh­ti­ram­la, sa­lam­la qar­şı­la­na­caq­lar» («Fur­qan» su­rə­si, 75).

«Son­ra da iman gə­ti­rən və bir-bi­ri­nə səbir töv­si­yyə edən, mər­hə­mət töv­si­yyə edən kim­sə­lər­dən ol­maq­dır!» («Bə­ləd» su­rə­si, 17).

Mö­min­lər dua­la­rın­da da Al­lah­dan səbir di­lə­yir­lər:

«Ey Rəb­bi­miz, bi­zə bol­lu səbir və di­zi­mi­zə qüv­vət ver! Bi­zə ka­fir qövm üzə­rin­də qə­lə­bə qa­zan­dır!» («Bə­qə­rə» su­rə­si, 250).

Səbr Etmək” üzərinə 3 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma