Dua


Bir in­sa­nın Al­la­ha iman gə­tir­di­yi­ni gös­tə­rən önəm­li əla­mət­lər­dən bi­ri də dua­dır. Dua edən in­san özü­nün aciz və zə­if qul ol­du­ğu­nu, is­tə­dik­lə­ri­ni özü tək ye­ri­nə ye­ti­rə bil­mə­yə­cə­yi­ni və bun­la­rı ona an­caq Al­la­hın ve­rə bi­lə­cə­yi­ni qə­bul et­miş olur. Dua Al­la­ha qul ol­ma­ğın ən saf, ən tə­miz, ən sə­mi­mi ifa­də­lə­rin­dən­dir. Qu­ran­da da mö­min­lə­rin əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri­nin «ge­cə-gün­düz səbir edə­rək Al­la­ha dua et­mək» ol­du­ğu be­lə xə­bər ve­ri­lir:

«Sə­hər-ax­şam Rəb­bi­nin ri­za­sı­nı di­lə­yə­rək Ona iba­dət edən­lər­lə bir­lik­də özü­nü səbir­li apar. Fa­ni dün­ya­nın bər-bə­zə­yi­ni ar­zu edib nə­zər­lə­ri­ni on­lar­dan çe­vir­mə. Qəl­bi­ni Bi­zi xa­tır­la­maq­dan qa­fil et­di­yi­miz, nəf­si­nin is­tək­lə­ri­nə uyan və işin­də if­ra­ta va­ran bir kim­sə­yə ita­ət et­mə!» («Kəhf» su­rə­si, 28).

An­caq dua­nın nə de­mək ol­du­ğu­nu və ne­cə edil­di­yi­ni yax­şı bil­mək la­zım­dır. Çün­ki Qu­ran­dan kə­nar qay­naq­lar­dan (mə­sə­lən, ata-ana­dan, ət­raf­dan, ənə­nə­lər­dən) öy­rə­ni­lən dua an­la­yı­şı adətən Qu­ran­da bil­di­ri­lən hə­qi­qi dua an­la­yı­şı­na uy­ğun gəl­mir. Bu­na gö­rə də Qu­ran­da bu möv­zu­da ve­ri­lən nöq­te­yi-nə­zə­ri və ruhi halı yax­şı dərk et­mək la­zım­dır.

Qu­ran­da dua­nın an­caq tək­ba­şı­na və «için-için» edil­mə­sinin va­cib­li­yi bil­di­ri­lir. Dua­nın hə­qi­qə­tən is­tə­ni­lə­rək, Al­la­h qar­şısında in­sa­nın aciz­li­yi­nin və fə­qir­li­yi­nin qavranılaraq edil­mə­si va­cib­dir. Bu və­ziy­yət­də edi­lə­cək dua Qu­ran­da bil­di­ri­lən «için-için və yal­va­ra-yal­va­ra» ifa­də­si ilə uy­ğun ola­caq­dır:

«Rəb­bi­ni­zə yal­va­ra-yal­va­ra, həm də giz­li­cə dua edin. Şüb­hə­siz ki, O, həd­di aşan­la­rı sev­məz!» («Əraf» su­rə­si, 55).

Qu­ran­da da mö­min­lə­rin giz­li şə­kil­də və son də­rə­cə sə­mi­mi dua et­dik­lə­ri xə­bər ve­ri­lir. Hz. Zə­kə­riy­yə bu mə­sə­lə­də nü­mu­nə gös­tə­ri­lən pey­ğəm­bər­lər­dən bi­ri­dir:

«Bu sə­nin Rəb­bi­nin öz qu­lu Zə­kə­riy­ya­ya olan mər­hə­mə­ti­nin xa­tır­lan­ma­sı­dır! Zə­kə­riy­ya Rəb­bi­nə giz­li­cə dua edib yal­var­dı­ğı za­man be­lə de­miş­di: «Ey Rəb­bim! Ar­tıq sü­mü­yüm sus­tal­mış, ba­şım ağap­paq ağar­mış­dır. Ey Rəb­bim! Sə­nə dua et­mək­lə heç vaxt naü­mid ol­ma­mı­şam. Mən özüm­dən son­ra gə­lən qo­hum-əq­rə­bam­dan qor­xu­ram. Zöv­cəm də ki, qı­sır­dır. Bu­na gö­rə də mə­nə Öz dər­ga­hın­dan bir oğul bəxş et» («Mər­yəm» su­rə­si, 2-5).

Baş­qa bir ayə­də isə dua­nın «ümid və qor­xu» için­də edil­mə­si­nin va­cib­li­yi xə­bər ve­ri­lir: «On­lar iba­dət üçün ya­taq­la­rın­dan qal­xar, qor­xu və ümid için­də Rəb­bi­nə dua edər­lər» («Səc­də» su­rə­si, 16). Mö­min da­xi­lində həm Al­la­ha qar­şı eh­ti­ram do­lu bir qor­xu du­ya­caq, həm də onun rəh­mə­ti­nə və ne­mə­ti­nə ümid bəs­lə­yə­cək­dir.

Al­lah sə­mi­mi şə­kil­də öz ri­za­sı üçün edi­lən dua­nı qə­bul edə­cək­dir. Qu­ran­da bu möv­zu ilə bağ­lı ve­ri­lən ayə­lər be­lə­dir:

«Bən­də­lə­rim Mə­ni sən­dən so­ruş­duq­da söy­lə ki, Mən ya­xı­nam. Dua edib Mə­ni ça­ğı­ra­nın dua­sı­nı qə­bul edə­rəm. Gə­rək on­lar da Mə­nim ça­ğı­rı­şı­mı qə­bul edib Mə­nə iman gə­tir­sin­lər. Bu­nun­la da, ola bil­sin ki, doğ­ru yo­la ye­tiş­sin­lər» («Bə­qə­rə» su­rə­si, 186).

«Rəb­bi­niz bu­yur­du: «Mə­nə dua edin, Mən də si­zin dua­la­rı­nı­zı qə­bul edim! Mə­nə iba­də  et­mə­yi tə­kəb­bür­lə­ri­nə sı­ğış­dır­ma­yan­lar cə­hən­nə­mə zə­lil ola­raq gi­rə­cək­lər!» («Mu­min» su­rə­si, 60).

İn­san dua edər­kən Al­la­hın onu qə­bul edə­cə­yi­nə əmin ol­ma­lı­dır. Al­la­hın hər ye­ri ehtiva etdiyinin fər­qin­də olub bu­na da­xi­lən iman gə­ti­rən bir mö­min Al­la­hın onu hər za­man hər yer­də gö­rüb eşit­di­yi şüu­ru ilə dua edər. Coş­ğu­lu ümid­lə, bir an be­lə ümid­siz­li­yə düş­mə­dən dua­sı­nın qə­bul edil­mə­si­ni göz­lə­yər.

Al­la­hın kö­mə­yin­dən qə­tiy­yən şüb­hə­lən­mə­yə­rək, qə­bul ola­ca­ğı­na qə­tiyyətlə iman gə­ti­rə­rək dua­nı di­lə gə­tir­mək la­zım­dır. Əks bir dav­ra­nış nümayiş etdirən, yə­ni Al­la­hın ica­bə­ti­nə qar­şı şüb­hə ilə ya­na­şan in­sanın etdiyi dua isə Qu­ran mən­ti­qi ilə düz gəlmir. Çün­ki dua­nın özün­də Al­la­ha tam inam var­dır. Hz.Sa­le­hin «Şüb­hə­siz, mə­nim Rəb­bim ya­xın və (dua­nı) qə­bul edən­dir» («Hud» su­rə­si, 61) ifadəsi ilə bil­di­ril­di­yi ki­mi, mö­min Al­la­ha qar­şı tam bir inam için­də ol­ma­lı­dır.

An­caq bu ica­bət in­sa­nın is­tə­di­yi hər bir şe­yin müt­ləq hə­ya­ta keç­mə­si an­la­mı­na gəl­məz. Çün­ki bə­zən in­san, hə­qi­qət­də, özü üçün zə­rər­li olan bir şe­yi də Al­lah­dan istəyə bi­lər. Bu və­ziy­yət­də Al­lah ona is­tə­di­yi­ni ver­mək əvə­zi­nə da­ha xe­yir­li və gö­zəl olan bir baş­qa şe­yi ve­rər.

Al­lah hər za­man sə­mi­mi bir dua­nı qə­bul edər. An­caq bu ica­bət hər za­man in­sa­nın tə­lə­bi­nin ey­ni­lə ye­ri­nə ye­ti­ril­mə­si de­mək de­yil­dir (Həm­çi­nin «ica­bət», «ca­vab ver­mək» mə­na­sı­nı da­şı­yır).

Çün­ki in­san «…Olur ki, xo­şu­nu­za gəl­mə­yən bir şey si­zin üçün xe­yir­li­dir və olur ki, sev­di­yi­niz şey də si­zin üçün bir zə­rər­dir. Al­lah bi­lər, am­ma siz bil­məz­si­niz» («Bə­qə­rə» su­rə­si, 216) hök­mü­nə gö­rə nə­yin yax­şı, nə­yin pis ol­du­ğu­nu hər za­man ayırd edə bil­mir. Bu sə­bəb­dən fər­qi­nə var­ma­dan «İn­san xey­rə dua et­di­yi ki­mi, zə­rə­rə də dua edər. İn­san çox tə­lə­sən­dir» («İs­ra» su­rə­si, 11) ayə­si­nə gö­rə bəl­kə hə­qi­qə­tən zə­rər­li olan bir şe­yi is­tə­yər.

Bu sə­bəb­dən in­san Al­lah­dan əv­vəl­cə Onun razılığını, Onun rəh­mə­ti­ni istə­mə­li­dir. Al­lah­dan özü­nün tər­bi­yə­lənməsi­ni və ka­mil­ləş­mə­si­ni di­lə­mə­li­dir. Bu­nun ne­cə ola­ca­ğı­nı Al­lah da­ha yax­şı bi­lir. Həm­çi­nin pey­ğəm­bər­lə­rin dua­la­rı da bu şə­kil­də­dir. Hz.Sü­ley­ma­nın «Sə­nin ra­zı qa­la­ca­ğı­n yax­şı iş gör­mək üçün il­ham ver» («Nəml» su­rə­si, 19) şək­lin­də­ki dua­sı bir nü­mu­nə­dir.

Bu­nun­la ya­na­şı, mö­min Al­la­hın Qu­ran­da tə­rif­lə­di­yi və nü­mu­nə ola­raq gös­tər­di­yi hər cür ne­mə­ti Al­lah­dan is­tə­yə bi­lər. Bu barədə et­di­yi dua­sın­da isə son də­rə­cə sə­mi­mi və ürək­dən dav­ran­ma­lı, is­tə­di­yi hər şey üçün Al­la­ha dua et­mək­dən çə­kin­mə­mə­li­dir. Çün­ki in­sa­nın nə is­tə­di­yi­ni bi­lən, ona is­tə­di­yi­ni ve­rən yal­nız Al­lah­dır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma