Kainata Xaos Hakimdir, Yoxsa Nizam?


Materialistlər kainatın sonsuz əvvəldən bəri mövcud olduğunu iddia etməklə yanaşı, kainatda müəyyən məqsəd və nizam olmadığını da iddia edirlər. Kainatdakı bütün nizam, ahəng və uyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğunu irəli sürürlər. Bu fikirlər XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi araşdırmaları istiqamətləndirmişdir.

Məsələn, kainatda müəyyən nizam olmadığını göstərmək məqsədilə “xaos nəzəriyyəsi” adlı bir fərziyyə ortaya atılmışdır. Bu nəzəriyyə vasitəsilə xaosun (qarışıqlığın) içindən öz-özünə nizam əmələ gələcəyi iddia edilmiş və bu iddianı dəstəkləmək üçün saysız-hesabsız elmi çalışmalar edilmişdir. Riyazi hesablamalar, nəzəri fizika çalışmaları, fiziki təcrübələr və kimyəvi araşdırmalar daim “kainatın müəyyən xaosun nəticəsi olduğu necə göstərilə bilər” sualına cavab almaq üçün davam etdirilmişdir.

Əslində isə aparılan hər yeni araşdırma, xaos və təsadüf fərziyyələrini daha da mənasızlaşdırmış və həqiqətdə kainatda çox böyük bir nizam olduğunu göstərmişdir. Xüsusilə 1960-cı illərdən etibarən aparılan araşdırmalar kainatdakı bütün fiziki qanunauyğunluqların insan həyatı üçün çox həssas bir şəkildə nizamlandığını ortaya qoyur. Araşdırmalar davam etdirildikcə, kainatdakı fizika, kimya və biologiya qanunlarının, cazibə qüvvəsi, elektromaqnitizm kimi əsas qüvvələrin, atomların və elementlərin quruluşlarının insan həyatı üçün labüd miqdarda nizamlandığını göstərmişdir.

Qərb alimləri bu gün bu fövqəladə nizamı “İnsani prinsip” (Anthropic Principle) adlandırırlar. Bu prinsip kainatdakı hər incəliyin, hər təfərrüatın insan həyatını nəzərə alan məqsəd naminə nizamlandığını ifadə edir.

Bu nəticə, materialist fəlsəfənin elm dünyasına qəbul etdirdiyi “kainat heç bir məqsədi və mənası olmayan maddələr yığınıdır, təsadüflər nəticəsində fəaliyyət göstərir” şəklində təlqinin həqiqətdə elmə zidd bir nağıl olduğu ortaya çıxarır. Məşhur molekulyar bioloq Maykl Denton «Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe» (Təbiətin Taleyi: Biologiya qanunları Kainatdakı Məqsədi Necə Açıqlayır) adlı kitabında bu barədə belə şərh verir:

«XX əsr astronomiyasında ortaya çıxan yeni mənzərə son dörd əsr ərzində elmi dairələrdə geniş şəkildə qəbul edilən bir fərziyyəyə qarşı ciddi təzyiq göstərir. Bu fərziyyəyə görə həyat kainatda ortaya çıxmış təsadüfi və əhəmiyyətsiz bir məfhumdur… Müasir kosmologiya və fizika tərəfindən ortaya qoyulan dəlillər isə əslində XVII əsrdəki təbii teologiya müdafiəçilərinin axtardıqları, ancaq o dövrdəki elmin səviyyəsinə görə tapa bilmədikləri dəlillərdir». (Michael Denton, Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press, 1998, s. 14-15)

Bu şərhdə bəhs edilən “təbii teologiya müdafiəçiləri”, XVII və XVIII əsrlərdə yaşayan və elmi dəlillərə əsaslanaraq ateizmi məğlub etməyi və Allahın varlığını sübut etməyi hədəfinə çevirmiş dindar elm adamlarıdır. Ancaq yenə yuxarıdakı şərhdə bildirildiyi kimi, o dövrdə elmin səviyyəsinin zəif olması bu elm adamlarının açıqladıqları həqiqətlərə kifayət qədər dəlil gətirilməməsinə səbəb olmuş və bunun nəticəsində materializm ideologiyası XIX əsrdə elm dünyasında hakim olmuşdur. Əslində isə XX əsr elmi bu prosesi tərsinə çevirmiş və kainatı Allahın yaratdığını sübut edən açıq dəlilləri ortaya çıxarmışdır.

Burada diqqət edilməsi vacib olan cəhət isə “kainatda müəyyən məqsəd və nizam yoxdur” şəklindəki materialist xurafatın elm dünyasına verdiyi vaxt itkisidir. Bu xurafatı dəstəkləmək üçün ortaya atılmış bütün nəzəriyyələr, formullar, nəzəri fiziki çalışmalar, rizayi düsturlar və s. hər biri boş yerə sərf edilmiş səylərdir. Eynilə irqçi ideologiya II Dünya Müharibəsini qızışdıraraq insanlığı fəlakətə sürüklədiyi kimi, materialist ideologiya da heç nə uğrunda elm dünyasını qaranlığa sürükləmişdir.

Əslində isə əgər elm dünyası materializm yalanı əvəzinə, kainatı Allahın yaratdığı həqiqətini təməl olaraq götürsəydi, elmi araşdırmalar da bu həqiqətə görə aparılmış olacaqdı.



Kainata Xaos Hakimdir, Yoxsa Nizam?” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma