Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər


Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün 1,5 əsrdən çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillər canlıların təkamülünün əsla baş vermədiyini, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığını, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamül nəzəriyyəsini sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparır, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazır, institutlar qurub konfranslar keçirir, televiziya proqramları hazırlayırlar. Gerçək olmayan bir iddia üçün minlərlə alimin, külli miqdarda pul və vəsaitin hədər edilməsi insanlıq üçün çox böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi.

Bəzi elm adamları və mütəfəkkirlər təkamülün nə qədər böyük bir xəta olduğunu görürlər. Amerikalı filosof Malkolm Maqeric bu barədə belə deyir:

«Mən özüm təkamül nəzəriyyəsinin gələcəyin tarix kitablarındakı ən böyük rişxənd mövzularından biri olacağına inanmışam. Gələcək nəsillər bu qədər əsassız və qeyri-müəyyən bir fərziyyənin inanılmaz sadəlövhlüklə qəbul edilməsini heyrətlə qarşılayacaqlar». (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, s. 59)

Skandinaviyalı alim Sören Lövtrup isə «Darwinism: The Refutation of a Myth» (Darvinizm: Bir Əfsanənin Təkzibi) adlı kitabında belə deyir:

«Düşünürəm ki, hər kəs elmin bütün sahələrinin yanlış bir nəzəriyyədən asılı hala gəlməsini çox böyük bir uğursuzluq  kimi qəbul edəcəkdir. Biologiyada baş verənlər də elə budur. Uzun müddətdir ki, insanlar təkamül mövzusunu darvinist anlayışlarla müzakirə edir; “uyğunlaşma”, “seçmə təzyiqi” və ya “təbii seçmə” kimi anlayışlarla. Sonra da bu müzakirələrlə təbiət hadisələrinin açıqlanmasında töhfələrini vermiş hesab edirlər. Ancaq əslində heç bir töhfə verə bilmirlər… İnanıram ki, Darvinizm əfsanəsi bir gün elm tarixində ən böyük aldanma kimi tanınacaqdır». (Soren Lovtrup , Darwinism: The Refutation of A Myth, New York: Croom Helm, 1987, s.422)

Bəzi təkamülçü elm adamları belə müdafiə etdikləri nəzəriyyənin həqiqətlərə uyğun gəlmədiyini hiss edir və bu vəziyyətə görə narahat olurlar. Təkamülçü alim Pol R. Örliç “Science” (“Elm”) jurnalındakı müsahibəsində “dövrümüzdə təkamül nəzəriyyəsini bir ehkam olaraq əbədiləşdirmək, müşahidə obyekti olan dünya haqqında daha qaneedici açıqlamalar verilməsinə əngəl olacaqdır,” -deyərək təkamül nəzəriyyəsinə olan kor-koranə inamın elmə verdiyi zərəri, dolayı yolla olsa da, qəbul edir. (Paul R. Ehrlich və Richard W. Holm, Patterns and Populations, Science, cild. 137 (31 Avqust 1962), s. 656-7)

Təkamül Nəzəriyyəsinin Elmə Verdiyi Zərərlər” üzərinə 15 şərh

  1. Təkamülü dəstəkləyənlərə belə bir sualım var. Mikrotəkamüldə qeyd olunan bir çox məqamlarla mən də razılaşıram. Bunlar elmi araşdırmalarla təsdiqlənib və dinlər də (və ya ən azından İslam dini) mikrotəkamülü inkar etmir. Ona görə də sualım makrotəkamüllə bağlı olacaq. Makrotəkamülə əsasən deyilir ki, bütün orqanizmlər bir əvvəlki və nisbətən daha primitiv olan əcdadlarından törəyib (uzun zaman ərzində olan keçid prosesiylə). Bu gün dünyada milyonlarla müxtəlif orqanizmlər yaşayır. Əgər bu milyonlarla orqanizmlər təkamül prosesi ilə bir öncəki əcdadlarından törəyiblərsə və təkamül prosesi hələ də davam edirsə onda deməli bu gün dünyada milyonlarla və ya yüz minlərlə “keçid” mərhələsində olan orqanizmlər olmalıdır.
    Mənə hal-hazırda keçid mərhələsində olan orqanizmlərdən misal gətirin zəhmət olmasa. O orqanizmlər ki, tam formalaşmamış olsun və “keçid” mərhələsində olsun (yəni nə it olsun, nə pişik olsun, nə qaranquş olsun – hansılar ki, tam formalaşıblar).

    Bu problemi tekamulculer ozleri de etiraf edirler:

    “Organik dizaynin esas kecidleri arasindaki fossil delillerinin yoxlugu ve bizim bu kecidler arasinda funksional kecidler qura bilmemeyimiz tekamul nezeriyyesinin davamli problemlerinden birisidir. “
    Stephen Jay Gould (Professor of Geology and Palaeontology, Harvard University, ‘Is a new and general theory of evolution emerging?’ Paleobiology, vol.6(1), January 1980, p.127.
    “Telebe olarken Trueman-in Ostrea/Gryphaea-indan tutmus Carruthers-in Zaphrentis delanouei-sine qeder tekamul nezeriyyesi haqqinda butun oyrendiklerim indi “curudulub”. Elece de, ozumun bu sahedeki 20 illik tecrubem bu nezeriyye haqqindaki oyrendiklerimi basa dusmeyi daha da cetinleshdirib.”
    Dr. Derek V. Ager (Department of Geology and Oceanography, University College, Swansea, UK), ‘The Nature of the Fossil Record’. Proceedings of the Geologists Association, vol 87(2),1976,p 132.

    • salam sizin sualiniza cavab verirem…evvel onu qeyd edim ki men ateist deyilem…Darvin ozude Allahi inkar etmir.BUTUN canlilar hal hazirda tekamul kecirirler biz ozumuzde.. meselen bizim sonuncu buzdum sumuyumuz 12 ci qabirgamiz getdikce yox olur.bunnan basqa bizim tekamul neticesinde yaranmamizin basqa subutlarida var meselen gozumuzde evveller 3 goz qapagi olub ve indi o bizde rudument kimi qalib(gozumuzun burun terefe “baxan” hissesinde kicik ag cisim:)….) ele 12 ci qabirgamiz ve buzdum sumuyumuzun yox olmasi artig onlarin bize lazim olmamasi ile elaqedardir bu sumukler bize surunenlerden “yadigar”qalib hetda buzdum sumuyu ovaxlar cox uzun olub yeni bizim evveller quyrugumuz olub…ancag bize quyrug lazim olmadigina gore o artig yox olub ve OLUR.o ki qaldi senin diger sualina : butun canlilar hal hazirda tekamul kecirir ve biz gorduyumuz butun canlilara ad qoymusug yeni onlar tekamul kecirir ama biz bunun ferqine varmiriq.mesele pisik 100 iller sonra seni arxayin ediremki indiki formasinda olmayacaq.belkede indi bizim ad verdiyimiz canli hele tam formalasmayib amama biz onu artiq formalasmis heyvan sayirig.meselen sen ne bilirsenki it hal hazirda tam formalasmis halindadi.birdeki insanlarin tekamulunu tesdiqleyen basqa seylerde var..meselen yeqinki bir cox tarixi muzeylerde olmusuz orda olan geyimlerin bukluyune nezer salin seki xan sarayindaki pillekenlerin hundurluyune baxin.demek evvelki insanlar bizden qat qat hundur olub.ancag indi shehere cixirsan gorursenki hami balaca boy tek tuk uzun adamlar var.ve TEKAMUL DEMIRKI “CANLILARI ALLAH YARADMIR” DEMIR!!!birde yadima dusmusgen:D meymunnan yaranmagimizin basqa subutlarida var mesele bir insanin neslinde 1 goygoz adam var qalan haaaminin gozu qaradi iller sonra nesilde 1 dene goygoz usag dogulur bunun sebebi diger goygoz adamin geninin illller sonra basqasina kecmesidir..indi bezi adamlarda gorursuzki usag coox tuklu doguldu bunun sebebi bizim ecdadimizdir yeni neandertal insanlar.basqa bir subutda shempanzenin qanini insan qanindan secmek cox cetindir…….bunuda deyimki mende evveller tekamulu INKAR edirdim:D…..umud varamki yazdiglarimin kimese faydasi oldu;)

  2. Yazdığın məlumatın ilinə bax da. 1980-ci ildən yazırsan)))) ördəkburun adlı canlını tanıyırsan?? get onunla maraqlan. Və ya mənim blogumda bir akula haqqında video var. ona da bax.))

  3. Bir dənə yeni məlumat yoxdu yazınızda. hamısı 1980ci illərdir. Xəbərin olsun ki, 2009cu ili Darwin ili elan olunmuşdur. Bir dənə təkamülü inkar edən sitat gətirirsən, sənə 100000 dənə təsdiqləyən link verərəm baxarsan.

    • 100000 link yox 1 dene fosil getir. 80-ci il olmasinin ferqi yoxdu. Tekamul nezeriyyesi ortaya atilanda hansi problemleri vardisa indi de eyni problemleri var. Fosil, tebii secme ve sonraki mutasiya problemi. Tekamul nezeriyyesi 1,5 esrdir ki bu problemlerini hell ede bilmedi. 2009-cu ilden etibaren ise son olum anlarini yasayir.

      • fosil də yüz minlərlədi. )))))))) bir dəfə ingilis dilində araşdırma apar, şəkillərinə qədər, onlar haqqında izahlarına qədər görəcəksən

      • fosilin yuzminlerle oldugunu men de bilirem. Amma ara kecid fosili yoxdu. Ara kecid halqasi kimi tanidilan butun fosil numuneleri ise ya nesli tukenmis canlilardi, ya da ki mozaik canlilar. Yari balig-yari surenen canlilar ise yoxdu.

    • Butun CANLILAR, o cümlədən insan TAM SIMMETRIK BƏDƏNƏ MALİK OLUB, MƏSƏLƏN ÖRDƏKBURUN – IKI ƏLI, IKI AYAĞI, IKI YARIMKÜRƏDƏN IBARƏT BEYNI OLAN, OV EDƏN. QAÇAN, AĞACA ÇIXAN CANLILARDI, BU NECƏ ARALIQ KEÇID FORAMASI OLA BILƏR AXI? İndiyəcən tapımış qalıqlar CANLILARIN SIMMETRIK BƏDƏN QURULUŞU OLMASI DARVINISTLƏRIN BAŞ AĞRISI OLMUŞDUR.
      Təkamülçülər deyir ki, ən qədim “insanabənzər” 500 min il qabaq yaşayib, ancaq insana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

      Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurmuşdu. Ona görə indi üzə çıxarmırlar. Aparılan araşdırmalar bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi.

      İzləri tədqiq edən Rassel Tatl (Russell Tuttle) bunları qeyd edir:
      “Bunlar çılpaq ayaqlı Homo Sapiens (insan) tərəfindən qoyulan izlərdir. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir.” (I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.). Bu da sizə mənbə…..

      • Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edilmişdi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyəti daşıyan insanın 20 ədəd və daha kiçik bir insanın isə 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likeyin tapdığı izləri tədqiq edən Don Cohanson və Tim Uayt (Don Johanson, Tim White) kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəlmişdilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:

        “Şübhələnməyə dəyməz… Bunlar müasir insanın ayaq izlərindən heç fərqlənmir. Əgər bu izlər bu gün Kaliforniya çimərliyində olsaydı və bir uşaqdan bunların nə olduğunu soruşsaydılar, heç tərəddüd etmədən burada bir insan gəzdiyini söyləyərdi. Bunları qumsaldakı digər yüzlərlə insanın ayaq izindən ayırd edə bilməzdi. Elə siz də ayırd edə bilməzsiniz.” (D. Johanson & M. A. Edey, Lucy: The Beginnings of Humankind, New York: Simon & Schuster, 1981, s. 250)

        Sözügedən ayaq izləri təkamülçü elm adamları arasında əsaslı mübahisəyə səbəb olmuşdu. Çünki bu izlərin bir insana aid olduğunu qəbul etdikləri halda meymundan insana doğru qurduqları xəyali sıralama da artıq əsassız olacaqdı.

      • sen hanisi simmetriyadan danisirsan?!onda insanin butun feqereleri eyni boyda olardi!el daragarxasi sumukleri elde ve ayaqda eyni sayda eyni qrulusda olardi.dediyin yexidna ise seni emin ediremki 100 iller sonra indiki formasinda olmayacag.birdeki yexidnanin eli olmur;)ona on ayaqlar deyilir….birdeki yexidnanin hal hazirda kecid dovrunde olmasini subut eden 1 sey var…onda yeqinki bilirsen yexidna(ordekburun) memelidi ancag o YUMURTA qoyur.yeni yexidna surunenler ve memeliler arasinda kecid dovrundedir!!!ozde hec olmasa boyuk herflernen yazma.ordekburunun beyni 2 yarimkureden ibaret deyil!onda ve basqa suda quruda yasayanlarda yarimkureler cox kicikdir yeqinki beyinin yarimkurelerinin tekamul neticesinde yaarandigini ve beynimizin en yeni yaranmis nahiyesi oldugunu bilirsen…!!

  4. Əslində mənzərə belədir=> Makro təkamül (təkamülçülərə görə) sürünənlərin quşlara, meymunların insanlara “dönməsi” üçün lazım olan sərhədsiz variyasiya prosesidir. Ancaq kimsə bunu müşahidə etməməişdir. Mikro təkamül isə (təkamülçülərə görə) müşahidə edə biləcəyimiz, yeni növ əmələ gətirən hər hansı bir növün məhdud variasiya prosesidir.

    Mikro təkamül guya uzun zaman kəsiyində makro təkamülə, yəni yeni növlərin meydana gəlməsinə gətirib çıxarır. Halbuki əslində, ortada təkamüllə bağlı heç bir hadisə yoxdur. Baxaq, növün öz daxilində növlərə ayırılması, o növün fərdlərinin çarpaz cütləşmələri nəticəsində növün gen hovuzunda olan sabit miqdardakı genin fərqli kombinasiyalarda bir-birləriylə uzlaşıb ortaya yeni və fərqli fiziki xüsusiyyətlərə sahib fərdlərin ortaya çıxması ilə olur. Ancaq burada növün gen hovuzuna heç zaman yeni bir gen əlavə olunmaz ! Sadəcə mövcud genlər müxtəlif kombinasiyalarla yeni fərdlərdə özlərini göstərirlər. Növün gen hovuzundakı genlərin sayı və növ sabit olduğu üçün, bunların meydana gətirəcəyi kombinasiyaların da müəyyən bir sərhədi vardır. Bundan əlavə bir kombinasiya meydana gəlməz.

    Həmçinin növdaxili növlərə ayırılma yeni bir növ ortaya çıxarmaz, həmişə eyni növ sabit qalır. Məsələn, müxtəlif cinsdən olan itlər bir-birləriylə nə qədər müxtəlif kombinasiyalarda cütləşirlər cütləşsinlər, heç zaman məsələn, bir at və ya inək yaranmaz. Bu vəziyyət adi bioloji qanunlarla sabitdir, təcrübə və müşahidələrlə də isbat edilmişdir.

    Mİkro təkamül həqiqət deyil ki, İslam və elm onu qəbul etsin.

    • tekamul prosesi bu gun de davam edir…yeni novlerin yaranmasi prosesi minlerle il erzinde baw veren bir hadisedir…bu gun nov saydigimiz her hansi bir canli gelecek zamanin hansisa bir canlisinin “kecid merhelesi ” rolundadir

  5. insanlar meymundan emele gele bilmez meymunda 48 xromosomdu insanda 46 biz torpaqdan yaramisiq. insan meymundan yaranibsa indide yaransinda. eger bele olsaydi yer uzunde meymun qalmazdi onnardan adam emele gelerdi. ALLAHIN buyurduqlarina inanaq

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma