Münafiqlər


İn­san di­nə ya­xın­la­şar­kən «Bu işin için­də ne­cə bir mən­fə­ət əl­də edə bi­lə­rəm?» ki­mi az­dı­rı­cı mən­tiq­lə de­yil, «Al­la­ha ne­cə iba­dət edə bi­lə­rəm, Ona necə ita­ət edib razılığını qa­za­na bi­lə­rəm?» mən­ti­qi­ni dü­şün­mə­li­dir. Buna zidd olan dav­ra­nış isə sə­mi­miy­yət­siz­lik olar. Qu­ran  bu cür dav­ra­nış­la­rı mə­nim­sə­yən­lə­ri «mü­na­fiq» ola­raq ta­nıt­mış­dır. Bun­lar bir sıra mən­fə­ət­lə­ri naminə din­dar görü­nən, qeyri-sə­mi­mi, iki­üz­lü in­san­lar­dır və Al­la­hın qə­zə­bi­nə ən çox uğ­ra­yan, cə­hən­nə­min ən alt tə­bə­qə­si­nə atı­la­caq olan­lar da on­lar­dır. Qu­ran­da bu in­san­la­rın və­ziy­yə­ti be­lə bil­di­ri­lir:

«On­lar: «Al­la­ha, Pey­ğəm­bə­rə iman gə­tir­dik, ita­ət et­dik!» – de­yər, bun­dan son­ra isə on­lar­dan bir dəs­tə üz çe­vi­rər. Be­lə­lə­ri mö­min de­yil­lər. Ara­la­rın­da hökm et­mək üçün Al­la­hın və Pey­ğəm­bə­rin ya­nı­na ça­ğı­rıl­dıq­da on­lar­dan bir dəs­tə dər­hal üz çe­vi­rər. Əgər haqq on­la­rın tə­rə­fin­də ol­sa, ita­ət edib onun ya­nı­na gə­lər­lər» («Ni­sa» su­rə­si, 47-49).

Gö­rün­dü­yü ki­mi, mü­na­fiq təbiət­li in­san­lar di­nin an­caq öz ma­raq­la­rı­na uy­ğun hökm­lə­ri­ni qə­bul et­mək­də, di­gərlərini  isə rədd et­mək­də­dir­lər. Bu in­san­lar bir müd­dət din­dar gör­sə­nir­lər, lakin hə­qi­qi və­ziy­yət­lə­ri Qu­ran­da­kı ifa­də ilə «uçu­ru­mun kə­na­rın­da bi­na qu­ran» in­san­lar ki­mi­dir:

«Elə isə bi­na­sı­nı Al­lah qor­xu­su və ri­za­sı üzə­rin­də qu­ran kəs da­ha yax­şı­dır, yox­sa uçul­maq­da olan bir ye­rin kə­na­rın­da qu­rub onun­la bir­lik­də cə­hən­nəm odu­na yu­var­la­nan kəs?! Al­lah za­lım tay­fa­nı doğ­ru yo­la yö­nəlt­məz!» («Töv­bə» su­rə­si, 109).

Yal­nız Al­la­hın razılığını ax­tar­ma­nın önə­mi­ni vur­ğu­la­yan bə­zi ayə­lər be­lə­dir:

«Al­la­hın ra­zı­lı­ğı­nı qa­zan­maq ar­dın­ca ge­dən şəxs, Al­la­hın qə­zə­bi­nə dü­çar ol­muş şəxs ki­mi ola bi­lər­mi? Onun ye­ri cə­hən­nəm­dir. O yer ne­cə də pis­dir!» («Ali-İm­ran» su­rə­si, 162).

«Son­ra da Al­la­hın ne­mə­ti və lüt­fü sa­yə­sin­də öz­lə­ri­nə heç bir əziy­yət to­xun­ma­dan ge­ri dön­dü­lər və Al­la­hın ra­zı­lı­ğı­nı qa­zan­mış ol­du­lar. Hə­qi­qə­tən, Al­lah bö­yük mər­hə­mət sa­hi­bi­dir» («Ali-İm­ran» su­rə­si, 174).

«On­la­rın giz­li söh­bət­lə­ri­nin ço­xun­da xe­yir yox­dur. Xe­yir an­caq sə­də­qə ver­mə­yi, ya­xud yax­şı­lıq et­mə­yi və ya in­san­lar ara­sın­da sülh ya­rat­ma­ğı əmr edən kim­sə­nin söh­bə­tin­də­dir. Al­la­hın ra­zı­lı­ğı­nı qa­zan­maq üçün be­lə iş­lər gö­rən kim­sə­yə bö­yük mü­ka­fat ve­rə­cə­yik!» («Ni­sa» su­rə­si, 114).

«Al­lah Öz lüt­fü­nə sı­ğı­na­n­la­rı onun­la əmin-aman­lıq yol­la­rı­na yö­nəl­dər, on­la­rı Öz iz­ni­lə zül­mət­dən nu­ra çı­xa­rar və düz yo­la is­ti­qa­mət­lən­di­rər!» («Mai­də» su­rə­si, 16).

«Al­lah mö­min ki­şi­lə­rə və qa­dın­la­ra al­tın­dan çay­lar axan cən­nət­lər və Ədn cən­nət­lə­rin­də gö­zəl məs­kən­lər vəd bu­yur­muş­dur. On­lar ora­da əbə­di qa­la­caq­lar. Al­lah­dan olan bir ra­zı­lıq isə da­ha bö­yük­dür. Bu, bö­yük qur­tu­luş­dur!» («Töv­bə» su­rə­si, 72).

«Və o kəs­lər ki, Rəb­bi­nin ra­zı­lı­ğı­nı qa­zan­maq üçün səbir edir, na­maz qı­lır, on­la­ra ver­di­yi­miz ru­zi­dən giz­li və aş­kar xərc­lə­yir, pis­li­yin qar­şı­sı­nı yax­şı­lıq et­mək­lə alır­lar – on­la­rı axi­rət yur­du­nun gö­zəl aqi­bə­ti – göz­lə­yir» («Rəd» su­rə­si, 22).

Mö­mi­nin hə­də­fi Al­la­hın razılığı, rəh­mə­ti və cən­nə­ti­dir. Bu­nun xa­ri­cin­də ki­çik dün­yə­vi mən­fə­ət­lər ax­tar­maz. Bu məq­səd­lə Al­lah mö­min­lə­ri «Hə­qi­qə­tən biz on­la­rı qə­ti ola­raq (axi­rət­də­ki əsas) yur­du dü­şü­nüb – anan ix­las sa­hib­lə­ri san­dıq» şək­lin­də bil­di­rir («Sad» su­rə­si, 46). Hə­qi­qə­tən də ix­las (yə­ni xa­lis, sə­mi­mi şə­kil­də Al­lah ri­za­sı­nı is­tə­mək) mö­mi­ni mö­min edən ən önəm­li xü­su­siy­yət­lər­dən­dir.

Əsl ne­mət­lər axi­rət­də­­dir. Bu dün­ya fa­ni və ol­duq­ca qü­sur­ludur. Dün­ya­nın ne­mət­lə­ri isə axi­rət­də­ki­lə­rə nis­bə­tən çox məh­dud­dur. Dün­ya axi­rət­də­ki hə­qi­qi ne­mə­tin, yə­ni cən­nə­tin ol­duq­ca qü­sur­lu ör­nə­yi, nü­mu­nə­si ola­raq ya­ra­dıl­mış­dır. Qu­ran­da bu mə­sə­lə haq­qın­da be­lə bu­yu­ru­lur:

«Qa­dın­lar, uşaq­lar, qı­zıl-gü­müş yı­ğın­la­rı, yax­şı cins at­lar, mal-qa­ra və əkin yer­lə­ri ki­mi nəf­sin is­tə­di­yi və ar­zu­la­dı­ğı şey­lər in­san­la­ra gö­zəl gös­tə­ril­miş­dir. Bun­lar dün­ya hə­ya­tı­nın ke­çi­ci zöv­qü­dür, gö­zəl dö­nüş ye­ri isə Al­lah ya­nın­da­dır» («Ali-İm­ran» su­rə­si, 14).

«Bi­lin ki, dün­ya hə­ya­tı oyun-oyun­caq, bər-bə­zək, bir-bi­ri­ni­zin qar­şı­sın­da öyün­mək və mal-döv­lə­ti, oğul-uşa­ğı ço­xalt­maq­dan iba­rət­dir. Bu elə bir ya­ğı­şa bən­zə­yir ki, onun ye­tiş­dir­di­yi bit­ki əkin­çi­lə­rin xo­şu­na gə­lər. Son­ra o qu­ru­yar və sən onun sa­ra­lıb – sol­du­ğu­nu, da­ha son­ra çör-çö­pə dön­dü­yü­nü gö­rər­sən. Axi­rət­də şid­dət­li əzab, Al­lah­dan ba­ğış­lan­ma və ra­zı­lıq göz­lə­yir. Dün­ya hə­ya­tı al­da­nış­dan baş­qa bir şey de­yil­dir» («Hə­did» su­rə­si, 20).

Mö­min ha­lal şə­kil­də dün­ya ne­mət­lə­rin­dən is­ti­fa­də edər, am­ma bun­la­ra al­da­na­raq əs­la Al­la­hı, axi­rə­ti və əsl və­zi­fə­si­ni unut­maz. Buna zidd dav­ra­nı­şı nümayiş etdirməyin əvəzi isə bu şə­kil­də bil­di­ri­lir:

«De: «Əgər ata­la­rı­nız, oğul­la­rı­nız, qar­daş­la­rı­nız, öv­rət­lə­ri­niz, qə­bi­lə­niz (qo­hum­la­rı­nız), qa­zan­dı­ğı­nız mal­lar, ka­sad ol­ma­sın­dan qorx­du­ğu­nuz ti­ca­rət, xo­şu­nu­za gə­lən məs­kən­lər si­zə Al­lah­dan, Onun Pey­ğəm­bə­rin­dən və Al­lah yo­lun­da ci­had­dan da­ha əziz­dir­sə, Al­la­hın əm­ri gə­lin­cə­yə qə­dər göz­lə­yin. Al­lah fa­siq­lə­ri doğ­ru yo­la yö­nəlt­məz!» («Töv­bə» su­rə­si, 24).

Bu barədə edi­lən səhv hə­rə­kət isə «Cu­muə» su­rə­sin­də be­lə bil­di­ri­lir:

On­lar bir alış-ve­riş, ya­xud bir əy­lən­cə gör­dük­lə­ri za­man sə­ni ayaq üs­tə qo­yub ona tə­rəf cum­du­lar. De: «Al­lah dər­ga­hın­da olan sa­vab əy­lən­cə­dən də, ti­ca­rət­dən də xe­yir­li­dir. Al­lah ru­zi ve­rən­lə­rin ən yax­şı­sı­dır!»  («Cu­muə» su­rə­si, 11).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma