Möminin ən mühüm xüsusiyyətlərindən biri də son dərəcə qətiyyətli olmasıdır. O, heç zaman şövq və həyəcanını itirməz. Onun məqsədi yalnız Allahın razılığını qazanmaqdır. Buna görə heç bir çətinlik onu yolundan döndərə bilməz. İnsanların onlar haqqında nə düşündükləri də önəmli deyildir. Yeganə istəyi Allahın razılığıdır; bütün həyatını bu hədəfə görə plandaşdırır.
Allah möminlərin qətiyyətli olmalarını müxtəlif formalardan sınaqdan keçirir. Məsələn, Allah möminlərə bir müddət sıxıntı verə bilər; onları tərbiyə etmək üçün çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanır:
«Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!» («Bəqərə» surəsi, 155).
Qəti düşüncəyə sahib olan mömin, ayədə bildirildiyi kimi, bütün çətinliklərə səbr edər. Quranda möminlərin bu davranışı belə bildirilmişdir:
«Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə birlikdə vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər! Onların: «Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et!» – deməkdən başqa sözləri olmamışdır» («Ali-İmran» surəsi, 146-147).
Bunun əksinə, qətiyyət göstərməmək qəlbi iman baxımından xəstə olanlara yaraşan davranışdır. Bir ayədə belə buyurulur:
«Səndən izn istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar» («Tövbə» surəsi, 45).
Çətinliklərlə yanaşı, yaxşı imkanların da insan üzərində zəiflədici təsiri vardır. Rahatlıq bir çox insanın həyəcanını və şövqünü söndürür. İnsana Allahdan nemət gələndə ərköyünlük edərək Allahdan üz döndərməsi ayələrdə inkarçı xüsusiyyət kimi bildirilir. Quranda bu vəziyyət belə bildirilmişdir:
«İnsana bir sıxıntı üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş çıxıb gedər. Həddi aşanlara əməllər beləcə yaxşı göstərildi» («Yunus» surəsi, 12).
Bu isə möminlərə aid olan xüsusiyyət deyil. Əllərinə nə qədər yaxşı imkanlar keçirsə-keçsin (firavanlıq, dəbdəbə, pul, iqtidar kimi), bu, onların düşüncələrini pozub iradəsiz davranmalarına səbəb olmaz. Çünki mömin bütün bunların Allahdan gələn nemət olduğunu və Allahın istədiyi an bunları geri ala biləcəyini düşünər. Bu səbəbdən ərköyünlüyə aludə olmaz.
Ciddi səy göstərmək, ifratdan qaçaraq ruhdan düşməmək möminlərin səbrli və əzmkar olduqlarını göstərən xüsusiyyətlərdir. Ayədə «axirət üçün ciddi səy göstərənlər»dən belə bəhs edilir:
«Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar» («İsra» surəsi, 19).
Allah bir ayədə «Yoxsa onlar düzgun iş görmüşdülər?! Elə isə Biz də düzgün iş görürük!» («Zuxruf» surəsi, 79) demişdir. Şübhəsiz, bu xüsusiyyət Allahın yer üzərindəki xəlifələri olan möminlərə də xasdır.
Ruhdan düşməmək, həmişə şövqlü və həyəcanlı olmaq Allahın əmridir. Allah bir ayədə belə buyurur: «Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!» («Ali-İmran» surəsi, 139).