İnsanlar yüzillərdir ki, «kainat necə yaranıb?» sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model ortaya atılıb. Lakin biraz araşdıranda bəlli olur ki, bu nəzəriyyələrin hamısı təməldə iki modeldən birinin üzərində qurulmuşdur. Bunlardan biri artıq heç bir elmi dayağı və əsası qalmayan «sonsuz kainat», ikincisi isə hazırda bütün elmi çevrələrdə qəbul olunan «böyük partlayış» modelidir. Birinci model kainatın başlanğıcı və sonunun olmadığını, ikincisi isə əksinə kainatın böyük bir partlama nəticəsində yarandığını və fasiləsiz olaraq genişləndiyini nəzərdə tutur. Artıq etibarlılığını itirimiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, həmişə də bu vəziyyətdə qalacağını nəzərdə tutur. Bu nəzəriyyə Qədim Yunanıstanda yaranmış, daha sonra Avropa İntibahı dövründə yenidən gündəmə gəlmiş materialist fəlsəfənin əsasında qurulmuşdu. Əslində İntibah elə qədim yunan filosoflarını araşdırmaq məqsədi güdürdü. Beləcə, materialist fəlsəfə və onun dəstəklədiyi sonsuz kainat anlayışı fəlsəfə və ideologiyanın tozlu rəflərindən çıxarılaraq, elmi gerçək kimi insanlara təqdim olundu.
Karl Marks, Fridrix Engels kimi materialist filosoflar öz fikirlərini məhz bu zəmində formalaşdırmışdılar və bu səbəbdən də «sonsuz kainat» ideyası XX əsrə gəlib çıxmışdı. Ötən əsrin ilk yarısına qədər gündəmdə olan bu modelə görə kainat yoxdan var edilməyib və heç vaxt da yox olmayacaq. Guya kainatın sabit (statik) quruluşu var. Halbuki, elmin inkişafı nəticəsində əldə edilən nailiyyətlər bu nəzəriyyənin tamamilə susdurdu. Bəlli oldu ki, kainat sonsuz deyil – kainatın başlanğıcı və sonu vardı.
Kainatın sonsuzluğu fikri həmişə dinsizliyin və Allahı inkar edən ideologiyaların dayaq nöqtəsi olmuşdur. Çünki kainatın başlanğıcı və sonunun olmaması haqqındakı müddəalar eyni zamanda, onu yaradanın da olmaması fikrinə gətirib çıxarırdı. Amma elmin inkişafı materialistlərin bu iddialarının əsassızlığını sübut edərək, kainatın «Böyük partlayış» adlandırılan proses nəticəsində yoxdan var edildiyini tutarlı arqumentlərlə sübut etdi. Yoxdan var edilmənin isə bir nəticəsi var: Yaradılış! Yəni bütün kainat sonsuz qüdrət sahibi olan Allah tərəfindən yaradılmışdır.
Məşhur ingilis astronomu Fred Hoyl (Sir Fred Hoyle) da bu nəzəriyyədən narahat olanların biriydi. Hoyl «steady-state» (sabit vəziyyət) adlı nəzəriyyəylə kainatın genişləndiyini qəbul etməklə yanaşı, onun məkan və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Bu modelə görə, kainat genişləndikcə lazımi miqdarda maddə birdən-birə, özü-özünə var olmağa başlayır. «Sonsuz kainat» fikrini dəstəkləmək üçün son dərəcə qəliz və ağlasığmaz açıqlamalarla ortaya atılan bu nəzəriyyə elmi olaraq sübuta yetirilən «Big Bang» (Böyük partlayış) modeliylə ziddiyyət təşkil edir. Onlar bu gerçəyə qarşı dirənməyə davam edir, amma elmi kəşflər getdikcə gec-tez hamıya qalib gəlirdi.
Kainatın Genişlənməsi və Big Bang Həqiqəti
Big Bang-in kəşfinə gedən yolda ilk olaraq 1922-ci ildə rus fiziki Aleksandr Fridman kainatın sabit (statik) quruluşa sahib olmadığını iddia etdi. Eynşteynin nəzəriyyələrinə əsaslanan Fridman ən kiçik təsirlərin belə kainatın genişlənməsi və ya büzülməsinə səbəb ola biləcəyini hesablamışdı. Fridmanın hesablamalarının önəmini dərk edən ilk adam isə Belçikanın ən məşhur kosmoloqu Corc Lematr (Georges Lemaitre) oldu. Lematr bu hesablamalardan kainatın başlanğıcı olduğu və başlanğıcdan etibarən daim genişləndiyi nəticəsinə gəldi. Belçikalı alimin fikirlərində daha bir önəmli məqam var idi. Həmin başlanğıc anındakı partlayışdan qalan radiasiya olmalıydı və bu radiasiyanı müşahidə etmək olardı. Lematr elmi dairələrdə ciddi qarşılanmayan və dəstək almayan bu fikirlərinin doğruluğuna əmin idi. Çünki kainatın genişlənməsi ilə bağlı başqa arqumentlər də bir-bir ortaya çıxırdı.
Elə bu dövrdə Edvin Habbl (Edwin Hubble) adlı bir amerikalı astronom istifadə etdiyi nəhəng teleskopla kosmosu araşdırarkən ulduzların uzaqlıqlarından asılı olaraq qırmızımtıl işıq yaydıqlarını üzə çıxardı. Habbl Kaliforniyadakı Maunt Vilson (Mount Wilson) rəsədxanasındakı bu kəşfilə sabit kainat nəzəriyyəsini ortaya atan və illərcə dəstəkləyən bütün elm adamlarına meydan oxuyaraq, həmin təsəvvürləri kökündən sarsıtdı. Habblın kəşfi göstərirdi ki, müşəhidənin aparıldığı nöqtəyə yaxınlaşan ulduzun işığı spektrı bənövşəyi, uzaqlaşan ulduzun spektrı isə qırmızı rəngə doğru dəyişirdi. Yəni Kaliforniyadakı Mount Wilson rəsədxanasından müşahidə edilən ulduzlar dünyamızdan uzaqlaşırdılar. Məntiqi olaraq başa düşmək çətin deyil ki, ulduzlar təkcə bizdən yox, həm də bir-birlərindən uzaqlaşırdılar. Bu isə elə… kainatın genişlənməsi demək idi!
Devid Filkinin (David Filkin) «Sterhen Hawking’s Universe» adlı kitabında həmin məsələ belə şərh edilmişdir:
“Heç iki il keçmədən Lematr gözləmədiyi bir xəbər aldı. Habbl qalaktikalardan gələn işığın spektrinin qırmızıya doğru dəyişdiyini aşkarlamışdı, bu isə Doppler effektinə görə, elə kainatın genişlənməsi deməkdir. Artıq hər şey sadəcə zamana bağlıydı. Eynşteyn Habblın çalışmalarıyla maraqlanırdı və Maunt Vilson rəsədxanasında onunla görüşmək fikrinə düşmüşdü. Eyni vaxtda Lematr da Kaliforniya Texnoloji İnstitutunda konfrans keçirmək qərarına gəldi və Eynşteynlə Habblı görüşdürməyə nail oldu. Özünün «ilk atom» ideyasını anladaraq, kainatın «dünəni olmayan bir gündə» yaradıldığını söylədi. Bütün lazımlı riyazi hesablamaları artıq aparmışdı. Lematr sözünü bitirəndə qulaqlarına inana bilmədi. Çünki Eynşteyn ayağa qalxıb bu fikirlərin indiyə qədər eşitdiyi «ən gözəl və qaneedici şərh» olduğunu etiraf edərək, kainatı sabit və dayanıqlı təsəvvür etməyin bəşəriyyətin ən böyük xətası olduğunu bildirdi.” (Stephen Hawking’in Evreni, David Filkin, BBC Books, Aksoy Yayıncılık, Aralık1998, s. 90)
Bəli, dünyanın ən dahi alimlərindən olan Eynşteyni ayağa qaldıran gerçək kainatın bir başlanğıcı olması fikriydi…
Kainatın genişlənməsilə bağlı faktlar artdıqca, yeni iddiaların da ardı-arası kəsilmirdi. Bu gerçəyi əsas tutaraq yola çıxan elm adamları, Lematrın dediyi kimi, «zamanı geriyə çevirəndə» getdikcə kiçilən, sonunda nöqtə boyda qalan kainat modeliylə qarşılaşırdılar. Riyazi hesablamalar bütün kainatdakı maddənin qaynağı olan
bu nöqtənin dəhşətli cazibə qüvvəsi səbəbindən «sıfır həcmə» sahib olacağını göstərirdi. Demək, kainat sıfır həcmə malik bir nöqtənin partlamasıyla ortaya çıxmışdı. Bu partlayışa «Big Bang» (Böyük partlayış) adı verildi və bu nəzəriyyə də bu adla tanındı.
Big Bang-in göstərdiyi önəmli bir gerçək vardı: «sıfır həcm» elə yoxluq demək olduğuna görə, kainat yoxdan var edilmişdi. Bu isə, kainatın bir başlanğıcı olduğu deməkdir! Beləliklə, materializmin «kainat əzəli və əbədidir» iddiası darmadağın edilirdi.
Böyük Partlayışın Dəlilləri
Kainatın böyük bir partlama nəticəsində yaranmağa başlaması gerçəyi təsdiqini tapandan sonra astrofiziklər bu istiqamətdə araşdırmalarını sürətləndirdilər. Corc Qamova (George Gamov) görə əgər kainat bir partlayışdan sonra yaranmışdısa, deməli həmin partlayışdan sonra radiasiya qalmalı və bu radiasiya bütün kosmosa bərabər şəkildə paylanmalı idi. Bu versiyanın ortaya atılmasından sonra bütün elmi nailiyyətlər Big Bang-i təsdiqləyəcək şəkildə ard-arda sıralanırdı.
1965-ci ildə Arno Penzias (Arno Penzias) və Robert Uilson (Robert Wilson) adlı iki tədqiqatçı həmin radiasiya dalğalarını kəşf etdilər. «Kosmik fon radiasiyası» adlandırılan bu radiasiya fəzada müəyyən bir mənbədən
yayılan hər hansı radiasiyadan fərqlənirdi. Başqa sözlə desək, konkret mənbəyi yox idi, bütün kainata yayılmışdı. Beləcə, kainatın hər yerində bərabər miqdarda istilik dalğaları şəklində təsbit olunan bu radiasiyanın Big Bang-in ilk dövrlərindən qaldığı ortaya çıxdı. Üstəlik, bu rəqəm elm adamlarının öncədən proqnozlaşdırdıqları rəqəmə çox yaxın idi. Penzias və Uilson Big Bang-ı təcrübə yoluyla sübuta yetirən ilk alimlər olduqları üçün Nobel mükafatına layiq görüldülər.
Bir müddət sonra isə Corc Smut (George Smoot) və birlikdə çalışdığı NASA qrupu kosmosa göndərilən COBE süni peyki vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində Penziasla Uilsonun hesablamalarının doğru olduğunu təsdiqlədilər. Peykdəki həssas cihazların göstəriciləri Big Bang-ın həqiqət olduğunu bir daha qəti şəkildə təsdiqlədi. Həmin cihazlar Big Bang-ın ilk anlarındakı hərarət və sıxlığın qalıqlarını qeydə ala bilmişdilər. Beləcə, COBE Big Bang-ın həqiqət olduğunu aşkar dəlillərlə ortaya qoymuşdu və elmi çevrələr bu gerçəyi açıq şəkildə etiraf etmək məcburiyyətində idi.
Bir başqa dəlil isə fəzadakı hidrogen və helium qazlarının miqdarının hesablanması zamanı ortaya çıxdı. Belə ki, kainatdakı hidrogen və helium qazlarının nisbəti Big Bang-dan sonrakı hidrogen-helium nisbətinin nəzəri göstəricilərinə çox yaxın idi. Bu dəlillərin ortaya çıxması Big Bang-ın elm aləmində qəti şəkildə qəbul olunmasıyla nəticələndi. Məşhur elmi jurnal olan «Scientific American» 1994-cü ilin oktyabrında Big Bang modelinin «əsrimizin qəbul olunmuş yeganə modeli» olduğunu yazmışdı.
Uzun illər ərzində «sonsuz kainat» modelini dəstəkləmiş alimlər də bir-birinin ardınca etiraflar edirdilər. Fred Hoyl ilə birlikdə uzun müddət sabit kainat nəzəriyyəsini müdafiə edən Dennis Şiama (Dennis Sciama) Big Bang gerçəyi qarşısında düşdüyü aciz vəziyyəti belə ifadə edirdi:
“Bir vaxtlar «sabit kainat» nəzəriyyəsini müdafiə edənlərlə ona qarşı çıxanlar arasında çox sərt mübahisə vardı. Bir çoxları kimi mən də inandığım üçün deyil, həqiqət olmasını istədiyim üçün bu nəzəriyyəni dəstəkləyirdim. Modelin yanlışlığını göstərən dəlillər ortaya çıxdıqca həm mən, həm də Fred Hoyl onlara necə cavab verəcəyimizi bilmirdik. Amma dəlillər çoxalınca artıq oyun bitdi və «sabit vəziyyət» nəzəriyyəsini bir tərəfə atdıq.” (Stephen Hawking, Kainatı Qucaqlayan Qarışqa, 1993, s. 62-63)
Allah Kainatı Yoxdan Var Etmişdir
Beləliklə, elm inkişaf etdikcə ortaya qoyulan faktlar «sabit kainat» nəzəriyyəsini tarixin arxivinə göndərdi. Bundan sonra isə daha vacib suallar meydana çıxmağa başladı ki, onların da ən önəmlisi Böyük Partlayışdan əvvəl nəyin olması ilə bağlı idi. Yəni “Bütün kainat Big Bang-dən sonra yaranmışdısa, bəs onda Big Bang-dən əvvəl nə var idi?”
«Böyük Partlayışdan əvvəl nə var idi» sualının bircə cavabı mövcuddur: yerləri və göyləri böyük bir nizam içində yaradan üstün güc və qüdrət sahibi olan Allah. İnanıb-inanmamasından asılı olmayaraq, əksər elm adamları bunu qəbul etmək məcburiyyətindədirlər. Hətta elmi platformada bunu qəbul etməyi özlərinə sığışdırmasalar belə, bəzi fikir və ifadələri onları ələ verir. Məsələn, məşhur ateist filosof Entoni Flu (Anthony Flew) etirafın insanın ruhuna xeyirli olduğunu deyərək, bunları bildirir:
“Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini deyirlər. Mən də bir etiraf edəcəyəm – ateizm baxımından Big Bang modeli olduqca xoşagəlməzdir. Çünki elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı sübut etmişdir: kainatın bir başlanğıcı olduğu iddiasını.” (Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salla IL: OpeN Court Publishing, 1992, s. 241)
Qeyd: Entoni Flu 2004-cü ildə 88 yaşında ateizmi tərk etdiyini açıqlamışdır. “Ateizmi könüllü şəkildə tərk edirəm… Kainatın bir Ağıl tərəfindən yaradılması labüddür. Bir super Ağılı qəbul etmək, həyatın başlanğıcının və təbiətin kompleksliyinin ən doğru açıqlaması olduğunu düşünürəm.”
(http://www.biola.edu/anthonyflew/flew-interview.pdf)
İngilis materialist fiziki H.P.Lipson kimi bəzi elm adamları isə Big Bang nəzəriyyəsini istər-istəməz qəbul etmək məcburiyyətində olduqlarını etiraf edirlər:
“Məncə, bu nöqtədən daha da irəliyə getmək və yeganə izahın yaradılış olmasıyla razılaşmaq məcburiyyətindəyik. Bunun özüm də daxil olmaqla, əksər fiziklər üçün son dərəcə xoşagəlməz və hətta ağır olduğunu bilirəm, amma əgər təcrübəylə əldə olunmuş faktlar bir nəzəriyyəni doğrulayırsa, sırf xoşumuza gəlmədiyi üçün onu rədd etməməliyik.” (H. P. Lipson, “A Physicist Looks at Evolution”, Physics Bulletin, vol. 138, 1980, s. 138)
Nəticədə istəsələr də, istəməsələr də elm materialist alimlərin qarşısına yalnız bir həqiqəti qoyur: maddə və zaman sonsuz güc sahibi, göyləri, yeri və ikisinin arasında olanları qüsursuz şəkildə yaradan bir Yaradıcı, hər şeyə qadir olan Allah tərəfindən yaradılmışdır.
«Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, hər şeyi öz elmilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında nazil olar» («Talaq» surəsi, 12).
Quranın İşarələri
Big Bang modeli vasitəsilə bəşəriyyət kainatı daha yaxından tanıma imkanı əldə etdi və bu model daha bir funksiyanı da həyata keçirdi. Ateist filosof Entoni Flunun dediyi kimi, Bing Bangla birlikdə «elm dinin iddiasını sübuta yetirdi». Dini qaynaqların irəli sürdüyü bu gerçək kainatın yoxdan yaradılmasıdır. Bu, elmin kəşfindən minlərcə il əvvəl Allahın insanlara yol göstərmək üçün göndərdiyi müqəddəs kitablarda yazılmışdır. Tövrat, İncil və Quran kimi ilahi kitabların hər birində kainatın və ümumiyyətlə, bütünlükdə maddənin Allah tərəfindən yaradıldığı xəbər verilir.
Bu ilahi qaynaqlar arasında təhrif edilməmiş yeganə kitab olan Quranda isə həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın forması ilə bağlı bilgilər var. 14 əsr öncə vəhy edilən bu bilgilər XX əsrin elmi məlumatlarıyla tamamilə üst-üstə düşür.
Hər şeydən əvvəl, kainatın yox ikən var edilməsi Quranda belə xəbər verilir:
« O, göyləri və yeri (yoxdan) var edəndir…» («Ənam» surəsi, 101).
Yaşadığımız dövrdən 14 əsr əvvəl, insanların kainatla bağlı bilgiləri son dərəcə məhdud olan dövrdə Quranda bildirilən bir başqa gerçək isə (eynilə Big Bang nəzəriyyəsinin iddia etdiyi kimi) bütün kainatın çox kiçik həcmdə bir yerdən ayrılıb genişlənməklə ortaya çıxmasıdır:
«Məgər kafir olanlar göylə yer bir-birinə bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?» («Ənbiya» surəsi, 30).
Bu ayənin ərəbcə orijinalında çox önəmli bir kəlmə seçimi var. Ayənin «bir-birinə bitişik ikən» şəklində tərcümə edilən «ratk» kəlməsi ərəbcə lüğətlərdə «bir-biriylə iç-içə, ayrılmaz halda, qaynayıb-qarışmış» mənalarını verir. Yəni tam bir bütün halında olan iki maddəni anlatmaq üçün işlədilir. Ayədəki «ayırdıq» ifadəsi isə ərəbcə «fatk» felidir ki, bu da «ratk» halındakı bir obyekti yarıb, parçalayıb, bayıra çıxarmaq mənasını verir. Məsələn, toxumun cücərərək, torpağı yarıb çıxması bu fellə ifadə edilir.
Bütün bu bilgilərlə yenidən ayəyə baxaq. Orada göylə yerin «ratk» vəziyyətində olduğundan bəhs edilir. Daha sonra isə bildirilir ki, onlar «fatk» felilə ayrılıblar. Yəni biri digərini yararaq, bayıra çıxmışdır. Həqiqətən də, Big Bang-ın ilk anında «kosmik yumurta» deyilən nöqtə kainatın bütün maddəsini özündə ehtiva etmişdir. Yəni hər şey, başqa sözlə, «göylər və yer» bu nöqtənin içində «ratk» halında olmuş, daha sonra həmin «kosmik yumurta» şiddətlə partlamış və maddələr «fatk» olaraq, yəni yumurtanı yarıb bayıra çıxaraq bütün kainatı əmələ gətirmişdir.
Quranda bildirilən bir başqa gerçək isə elmə ancaq 1920-ci illərin sonlarında aydın olan kainatın genişlənməsi faktıdır. Bir qədər əvvəl bəhs etdiyimiz kimi, ilk dəfə Edvin Habblın ulduzların işıq spektrının qırmızıya doğru sürüşməsinə əsaslanaraq kəşf etdiyi bu gerçək Quranda belə bildirilir:
«Biz göyü qüdrətimizlə yaratdıq və şübhəsiz, Biz onu genişləndirməkdəyik» («Zariyat» surəsi, 47).
Qısası, müasir elmin kəşfləri bir tərəfdən materializmin ehkamlarını darmadağın edir, digər tərəfdən isə Quran ayələrində xəbər verilən həqiqətləri bir daha təsdiqləyir. Çünki kainat materialistlərin zənn etdiyi kimi, maddi dünyadakı təsadüflərlə deyil, Allahın qüdrətilə yaradılmışdır. Allahdan gələn bilgi isə şübhəsiz ki, kainatın yaradılışı haqqında ən dolğun məlumatdır.
Cox maraqlıdı. ancaq oxudugum bir kitabda qeyd edilirki, eslində bu həqiqəti 20 ci əsrin ən böyük elm adamlarından sayilan Albert Eynsteyn terefinden nezeri olaraq keşf edilmişdi. Lakin Eynsteyn hemin dövrdə olan “statik kainat modelinə” zidd cixmamaq ucun bu kəşfini bir kənara qoymuşdur. sonralar Big Bang anlayişinin qəbul edildiyi vaxt bu səhfini hətta ” kariyerasinin ən böyük səhf adlandirmişdi.
[…] Mənbə: dusunek.net […]
ALLAH yanimizdadir
1100-cu illerde yasayan bezi muselman alimler zamanin nisbi oldugunu Qurana baxaraq hem de elmi mushahideler apararaq bilirdiler. Atomun daxilinde cox guclu enerji oldugunu da bilirdiler. Ama bu melumatlar 20ci esrde tesdiqini tapmisdilar. Yani muselman alimler bir nece esri qabaqlamisdilar.
Men Allah qarsisinda boyun eyirem. Bu alimlere halaldi…..
Sizlerede twkr. Allah razi olsun…
böyük partlayış nəzəriyyəsini dinlə eyniləşdirmək olmaz, çünki bu nəzəriyyə elmə əsaslanır və nəzəriyyəheç də dindən qaynaqlanmır.
bu materiyallari hardan elde etmisiniz?? ellerinize saglig.ALLAHU EKBER !!!