Etməyəcəyi şeyləri demək Quran əxlaqına uyğun yaşamayan, Quran əxlaqından xəbərsiz olan insanlara xas xüsusiyyətlərdəndir.
Belə insanlar özlərini olduqlarından üstün və vacib insan kimi göstərmək, lovğalanmaq məqsədilə edə bilməyəcəklərini deyir, öhdəsindən gələ bilməyəcəkləri işlərdən bəhs edirlər. Müvəqqəti xeyir və mənfəətlər əldə etmək üçün əslində etməyə niyyətləri olmadığı şeyləri vəd edirlər. Bu qeyri-səmimi hərəkətlər cəmiyyətdə vərdiş edilmiş bir davranışdır. Halbuki insanların edə bilməyəcəklərini demələri Allah dərgahında sevilməyən və günah kimi xarakterizə edilən bir davranışdır:
«Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar» («Səff» surəsi, 2-3).
Ayələrdə pislənən bir çox mənfi xüsusiyyətlər – yalançılıq, ikiüzlülük və qeyri-səmimilik kimi cəhətlər də bu davranışa daxildir. Quranda göstərilən gözəl əxlaqa ən uyğun şəkildə yaşamağı qarşılarına məqsəd qoymuş möminlər Allah dərgahında pislənən bu davranışdan uzaq olmağa çalışırlar.