İnsanların yaşamaq üçün möhtac olduğu əsas ehtiyaclardan başqa onlara sırf asanlıq və rahatlıq üçün verilən bir çox nemətlər də var. İnsanların ayaqla gedə bilməsi mümkün olmayan yerlərə getməsini təmin edən minik vasitələri də bu nemətlərdəndir. Həmin minik vasitələri Allahın insanlara olan mərhəmət və ehsanının bir nümunəsi və dəlilidir. Bu səbəbdən də Allah minik heyvanlarından istifadə edildiyi zaman Onun insanlara olan bu mərhəmət və lütfünü xatırlayıb zikr etmələrini əmr edir:
«Ona görə ki, onları minəsiniz, sonra minib oturduğunuz zaman Rəbbinizin nemətini yada salaraq deyəsiniz: «Bunları bizə ram edən Allah pak və müqəddəsdir! Bizim onlara gücümüz çatmazdı. Həqiqətən, biz Rəbbimizin hüzuruna qayıdacağıq!»« («Zuxruf» surəsi, 13-14).
Müsəlmanlar Allahın qullarına qarşı mərhəmət sahibi olduğunu bildiklərinə görə, onların xidmətinə verilən avtomobil, təyyarə, qatar, lift kimi minik vasitələrindən istifadə etdikləri zaman həmin ayələri təkrarlayarlar. Allahın şənini ucaldar, Allahın diləmədiyi və bunların elmini insanlara öyrətmədiyi təqdirdə, əsla belə bir rahatlığa sahib ola bilməyəcəklərini bir daha xatırlayarlar.