Mömin Məyus Olmaz və Öyünməz


Müsəlmanların Allaha və Onun dininə olan bağlılıqları heç bir şərtə söykənmədən tam bir səmimiyyətə bağlıdır. Bu səbəbdən də müsəlmanın din əxlaqına uyğun yaşamaqdakı şövqü, əhval-ruhiyyəsi, gücü, qətiyyəti şəraitin dəyişməsindən asılı deyildir. Bu, çox mühüm Quran əxlaqıdır. Bu mövzunu izah edərkən Quranda müsəlmanın iki əsas xüsusiyyətinə diqqət yetirilməlidir. Birincisi, müsəlman üzləşdiyi istənilən çətin şəraitdə sarsılmamalı və problemlərə görə əhval-ruhiyyəsini pozmamalıdır. İkincisi isə müsəlmanın sahib olduğu imkanlara görə lovğalığa və təkəbbürə qapılmaması ilə bağlıdır. Allah müsəlmanların bu xüsusiyyətini bir ayədə belə bildirir:
«Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!» («Hədid» surəsi, 23).
İnsan öz həyatında nələrlə qarşılaşacağını əsla bilməz. İnsan bəzən ən gənc yaşında heç gözləmədiyi xəstəliyə tutula bilər və ya bir qəza nəticəsində ömrünü yataq xəstəsi kimi başa vura bilər. Bütün mülkünü itirə və ya qarşılaşdığı hadisələr heç ehtimal etmədiyi şəkildə baş verə bilər. Belə bir vəziyyətdə Allaha imanı zəif olan insanlar ümidsizliyə qapılır və düşdükləri bu vəziyyətlərə görə üsyan edirlər. Allahın onlara verdiyi bütün nemətləri bir anda unudur və Allaha olan sevgi və etibarlarını bir anda itirə bilirlər.Əsl müsəlmanların fərqi məhz bu yerdə ortaya çıxır. Çünki müsəlmanlar Allaha qeyd-şərtsiz iman gətirirlər. Onların Allaha olan sevgi və etibarları başlarına gələn hadisələrə görə dəyişmir. Allahın hər şeydə bir gözəllik və xeyir yaratdığını bilir və başlarına gələn, gözlənilməz hadisələr qarşısında yalnız səbir edərək təvəkkül edirlər. Onların Allahın ağlına, mərhəmətinə, ədalətinə etibarları tam və qətidir. Bu səbəbdən də nəyi itirmələrindən asılı olmayaraq, bunu bir itki saymaz və buna görə məyus olmazlar.

Bundan əlavə, Quranda həqiqi müsəlmanların olduqca dinamik və bəzən də çətinliklərlə dolu olan həyat keçirdikləri bildirilir. Haqqı təbliğ və müdafiə edən hər bir müsəlman, təbii ki, haqqın ortaya çıxmasından narahat olan insanların əngəl və təzyiqləri ilə qarşılaşacaq. Müsəlmanların insanları dəvət etdiyi gözəl əxlaqı öz mənfəətlərinə uyğun görməyən və din əxlaqının yaşanmasını istəməyən insanlar, əlbəttə ki, olacaqdır. Məhz bu insanlar bəzən sözlə, bəzən də əməli şəkildə müsəlmanların dini əxlaqa əməl etmələrinə və insanları Quran əxlaqına dəvət etmələrinə mane olacaqlar. Bu maneələr əsnasında müsəlmanlar bəzən maddi itkiyə uğraya bilər, bəzən həyatları təhlükə ilə üzləşə bilər və ya yaşadıqları yerləri tərk etmək məcburiyyətində qala bilərlər. Lakin itki kimi görünən bütün bu hadisələr müsəlmanlara axirətdə böyük mülk, gözəllik, əzəmət və təmtəraq kimi geri qayıdacaq. Buna görə də müsəlmanlar başlarına gələn hər bir hadisəni sevinc və şövqlə qarşılayırlar.

İnsanların həyatında gözlənilməz itkilər ola biləcəyi kimi, gözlənilməz böyük qazanclar da ola bilər. Allah dilədiyi insana Öz mülkünün qapılarını tam şəkildə aça bilər, ona uğur, hakimiyyət, vəzifə, qabiliyyət verə bilər. Belə bir vəziyyətdə Allah müsəlmanların sevinərək lovğalıq etməmələrinin vacibliyini bildirmişdir. Çünki insan mal-mülkdə, vəzifədə və ya hər hansı bir qazancda yalnız əmanət sahibidir. Belə ki, insana verilən hər şeyin əsas və yeganə sahibi Allahdır. Buna görə də insan özünə aid olan hər hansı bir xüsusiyyətə görə deyil, Allahın lütfünə və diləməsinə görə rahatlıq və qazanca malikdir. Belə ki, bunu bilən müsəlmanlar çox böyük nemətlərə və var-dövlətə malik olmalarına baxmayaraq, aciz olduqlarını əsla unutmaz, təkəbbürlük göstərməz və böyüklük iddiasında olmazlar. Sadəcə Allaha şükür edər və onlara verilən nemətlərin haqqını verməyə çalışarlar.


Facebook'da Paylaşın

Mömin Məyus Olmaz və Öyünməz” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma