Nəfsinlə Dost Olma!


Səhv­siz ol­maq ila­hi bir xü­su­siy­yət­dir və yal­nız Al­la­ha məx­sus­dur. Quran­da hət­ta ən yük­sək ima­na və əx­la­qa sa­hib olan pey­ğəm­bər­lə­rin müx­tə­lif səhv­lə­rin­dən bəhs edi­lir. Mö­min­lə­rin də be­lə səhv­lər­dən və gü­nah­lar­dan çə­kin­mə­si məs­lə­hət gö­rü­lür. Quranın bir çox ye­rin­də pey­ğəm­bər­lə­rə və bü­tün mö­min­lə­rə Al­lah­dan ba­ğış­lan­ma di­lə­mə­lə­ri əmr edi­lir. Həm­çi­nin Quran­da iman gə­ti­rən­lə­rin bi­lə­rək­dən və ya bil­mə­dən gü­nah edə bi­lə­cək­lə­ri də bil­di­ri­lir. Be­lə bir hal hət­ta in­sa­nın Al­lah qar­şı­sın­da­kı aciz­li­yi­nin, hər bir möv­zu­da, o cüm­lə­dən gü­nah sa­hi­bi ol­ma­maq, Al­la­hın əmr və qa­da­ğa­la­rı­nı ye­ri­nə ye­ti­r­mək kimi möv­zu­lar­da da Al­la­ha möh­tac ol­du­ğu­nun bir gös­tə­ri­ci­si­dir.

Mö­mi­nin və­zi­fə­si isə hə­min səhv və gü­na­hı­nı mü­əy­yən et­di­yi za­man peş­man olub bun­dan çə­kin­mək, töv­bə və is­tiğ­far (Al­lah­dan ba­ğış­lan­ma) edə­rək, ey­ni gü­na­hı ye­ni­dən et­mə­mə­yə diq­qət ye­tir­mək­dir. Yox­sa özü­nü səhv­siz, gü­nah­sız gös­tər­mək, tə­mi­zə çı­xar­maq de­yil… Çün­ki be­lə bir dav­ra­nış Al­la­hın sev­mə­di­yi dav­ra­nış­dır:

«On­lar ki­çik gü­nah­lar is­tis­na ol­maq­la, bö­yük gü­nah­lar­dan və rə­zil iş­lər­dən çə­ki­nər­lər. Hə­qi­qə­tən, sə­nin Rəb­bin çox ba­ğış­la­yan­dır. Si­zi tor­paq­dan ya­ra­dan da, siz ana­la­rı­nı­zın bətn­lə­rin­də rü­şeym ha­lın­da olan­da da, si­zi ən gö­zəl ta­nı­yan Odur. Özü­nü­zü tə­mi­zə çı­xart­ma­yın. O, Al­lah­dan qor­xub pis əməl­lər­dən çə­ki­nə­nin kim ol­du­ğu­nu ən gö­zəl bi­lən­dir!» («Nəcm» su­rə­si, 32).

Özü­nü tə­mi­zə çı­xar­ma­ğa ça­lış­maq cəh­di­nin sə­bə­bi in­sa­nın baş­qa in­san­lar ara­sın­da özü­nü səhv­siz və qü­sur­suz gös­tə­rə­rək ucalt­maq is­tə­mə­si­dir. Hal­bu­ki bu­nu edən bir in­san nə­in­ki yük­sək yer əl­də edir, hət­ta tam ək­si­nə, Al­lahın dər­ga­hın­da və mö­min­lə­rin nə­zə­rin­də al­ça­lır, açıq-aş­kar­ ol­ma­sa da, mü­əy­yən bir mə­na­da tan­rı­lıq id­dia­sın­da ol­du­ğu üçün əsl mö­min­lə­rin qəl­bi­nə sı­xın­tı ve­rir və on­la­rı na­ra­hat edir. O, mö­min­lə­ri al­da­dıb on­la­rın gö­zün­də qiy­mət və üs­tün­lük qa­zan­dı­ğı­nı gü­man et­di­yi hal­da, aciz və ida­rəe­di­lən bir var­lıq ol­du­ğu­nu dərk edə bil­mir. Bir müd­dət son­ra özü də hə­qi­qə­tən qü­sur­suz ol­du­ğu­na ina­nır və gün­dən-gü­nə onu da­ha da al­çal­dan dav­ra­nış­la­ra təhrik edir.

Özü­nü tə­mi­zə çı­xa­ran in­san özü­nü gü­nah­sız gör­dü­yü üçün Al­lah­dan ba­ğış­lan­ma di­lə­mə­yə, Al­la­ha yal­va­rıb On­dan əfv di­lə­mə­yə lü­zum gör­mür. Öyü­nən, tə­kəb­bür­dən əziy­yət çə­kən bir in­san olur. Özü özü­nə qu­yu qa­zır.

Sə­mi­mi bir mö­min isə öz aciz­li­yi­ni, qü­su­ru­nu bil­di­yi üçün da­im Al­lah­dan ba­ğış­lan­ma di­lə­yir, Al­la­hın rəh­mə­ti­ni və ri­za­sı­nı qa­zan­ma­ğı umur. Bu hal­da Al­lah da onun qü­sur­la­rı­nı ör­tür, gü­nah­la­rı­nı ba­ğış­la­yır, onu hə­qi­qi mə­na­da tə­miz­lə­yir, üs­tün bir möv­qe­yə gə­ti­rir:

«Öz­lə­ri­ni tə­mi­zə çı­xa­ran­la­rı gör­mür­sən­mi? Xeyr. Al­lah is­tə­di­yi­ni tə­mi­zə çı­xar­dar və on­la­ra xur­ma çər­də­yin­də­ki na­zik tel qə­dər zülm olun­maz!» («Ni­sa» su­rə­si, 49).

Nəfsinlə Dost Olma!” üzərinə 2 şərh

  1. nəsihət üçün təşəkkür edirəm.
    dediyiniz kimi elə bir insan yoxdur ki, onun günahı olmasın. hətta peyğəmbərlərin belə deyilənə görə gündə ən azı 2 günahı olurmuş. görün indi bizlərin günahları nə qədərdir. bunun üçün hər bir insan həm namazdan sonra, həm də adi vaxtda dua edərkən ALLAHdan bağışlanmasını diləməlidir. ALLAH dualarınızı qəbul etsin!

Rauf üçün bir cavab yazın Cavabı ləğv et

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma