İnkarçıların Həyat Tərzinə Rəğbət Bəsləməyək!


«Ka­fir­lə­rin bə­zi züm­rə­lə­ri­nə ver­di­yi­mi­zə fa­ni dün­ya ma­lı­na rəğ­bət gö­zü ilə bax­ma…» («Hicr» su­rə­si, 88).

Al­lah var-döv­lə­ti həm mü­səl­man­la­ra, həm də ka­fir­lə­rə ve­rə bi­lər. Quran da bu­nu açıq şə­kil­də bil­di­rir. La­kin ayə­lə­rə ba­xan­da mə­lum olur ki, zən­gin­li­yin hər iki tə­rə­fə ve­ril­mə­sin­in məq­səd­ləri fərq­li­dir.

Mü­səl­man­la­ra ve­ri­lən zən­gin­li­yin sə­bə­bi gö­zəl əx­laq­la­rı­nın əvə­zi ola­raq Al­la­hın on­la­ra gö­zəl hə­yat tər­zi vəd et­mə­si­dir. Al­lah mü­səl­man­la­rı yer üzü­nün mülk­lə­ri­nə va­ris edə­cə­yi­ni bil­dir­miş­dir. Be­lə ki, pey­ğəm­bər­lə­rin hə­ya­tı­na ba­xan­da on­la­rın hə­ya­tın­da or­taq dəyişikliyin ol­du­ğu­nu gö­rü­rük. Bu dəyişiklik pey­ğəm­bər­lə­rin hə­yat­la­rı­nın baş­lan­ğı­cın­da mad­di çə­tin­lik için­də ya­şa­ma­la­rı­na bax­ma­ya­raq, on­la­rın bir müd­dət son­ra bö­yük zən­gin­lik­lə­rə qo­vuş­ma­sı­dır.

Bu­nun­la ya­na­şı, Al­la­ha və di­nə düş­mən ol­duq­la­rı hal­da, bö­yük zən­gin­lik­lər için­də ya­şa­yan in­san­lar vardır. Al­lah bu in­san­la­ra da var-döv­lət ver­miş­dir. La­kin Al­la­hın be­lə in­san­la­ra mal-döv­lət ver­mə­si­nin məq­sə­di mü­səl­man­lar­da ol­du­ğun­dan çox fərq­li­dir. Hə­min məq­səd Quran­da be­lə izah edi­lir:

«On­la­rın nə mal-döv­lə­ti, nə də oğul-uşa­ğı sə­ni hey­rə­tə sal­ma­sın. Al­lah bu­nun­la on­la­ra an­caq dün­ya­da əzab ver­mək və ka­fir ol­duq­la­rı hal­da, can­la­rı­nın çıx­ma­sı­nı is­tər» («Töv­bə» su­rə­si, 85)

Alla­hı in­kar edən və inkarında inad gös­tə­rən in­san­lara  ve­ri­lən zən­gin­lik, gö­zəl­lik, gö­zəl ev­lər, ge­yim­lər və ya im­kan­lar bir im­ta­han va­si­tə­si­dir. Burada əsas məqsəd in­kar­çı­la­ra bu qə­dər ne­mə­tin ba­ğış­lan­ma­sı­na bax­ma­ya­raq,  on­la­rın ye­nə də  nan­korluq etdiklərini, hər cür im­kan­la­rı­na bax­ma­ya­raq Al­la­ha qar­şı sa­diq ol­ma­dıq­la­rı­nı insanlara göstərməkdir.

Al­lah son­suz ağıl sa­hi­bi­dir. Bu­na gö­rə də O, in­san­la­rı müx­tə­lif for­ma­lar­da cə­za­lan­dı­rır. Al­lah in­kar­çı­la­ra in­sa­nın heç dü­şün­mə­yə­cə­yi və əs­la dərk edə bil­mə­yə­cə­yi bir çox üsul­lar­la cə­za ve­rə bi­lər. Hə­min əvəz gözlə görünən tə­bii fə­la­kət, da­ğın­tı da ola bi­lər, in­sa­nı da­xil­dən sar­sı­dan sı­xın­tı da ola bi­lər. Əza­bın baş­qa bir nö­vü isə in­sa­nın özü üçün xe­yir­li he­sab et­di­yi bir və­ziy­yət­in onun axi­rət­də­ki mə­su­liy­yə­ti­nin art­ma­sına səbəb ola bi­lər.

Elə bu sə­bəb­dən  də mü­səl­ma­nın ka­fir in­san­lar­da olan im­kan­la­ra rəğ­bət­lə bax­ma­sı Quran əx­la­qı­na uy­ğun ol­maz. Əsl rəğ­bət edi­lə­cək  mü­səl­man­la­rın əx­la­qı və təq­va­sı­dır. Bu­na gö­rə də Al­lah in­sa­nın da­xi­lin­də di­ni əx­la­qın qay­da­la­rı­na əməl et­mə­yən in­san­la­rın zən­gin­li­yi­nə, ya­şa­dıq­la­rı hə­ya­ta, im­kan­la­rı­na və ya hər han­sı bir xü­su­siy­yət­lə­ri­nə qar­şı bir hey­ran­lıq his­si duymamalarını əmr et­miş­dir.


Facebook'da Paylaşın

İnkarçıların Həyat Tərzinə Rəğbət Bəsləməyək!” üzərinə 4 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma