Kininiz Sizi Ədalətsizliyə Sövq Etməsin


Əda­lət, in­san­lar ara­sın­da­kı an­la­şıl­maz­lıq­la­rı həll edər­kən haqq sa­hi­bi­nə heç bir tə­rə­f tut­ma­dan haq­qı­nı ver­mək mə­na­sı­nı verir. Amma Quran əx­la­qı­na əməl et­mə­yən in­san­lar əsa­sən tam və qə­ti əda­lət an­la­yı­şı ilə hə­rə­kət et­məz­lər. Bir çox xa­ri­ci amil­lər on­la­rın ədalətli qə­rar qə­bul etmələrinə tə­sir gös­tə­rə bi­lər. Mə­sə­lən, be­lə bir adam özü­nə da­ha ya­xın he­sab et­di­yi in­sa­nın le­hi­nə qə­rar qə­bul edə bi­lər. Həm­çi­nin mən­fəə­ti­nə uy­ğun gör­dü­yü, özü­nə fay­da­lı olan şə­kil­də hökm ve­rə bi­lər. Yə­ni hər növ şəx­si mən­fə­ət na­mi­nə ve­ri­lən qə­rar əda­lət­li ol­ma­ya bi­lər.

La­kin in­san­la­rın əda­lət­siz­lik­lə­ri da­ha çox kin bəs­lə­dik­lə­ri in­san­la­ra qar­şı olan dav­ra­nış­la­rın­da or­ta­ya çı­xır. Nəf­sinin diqtə etdiyi kin his­si­nə qa­pıl­an in­san qar­şı­sın­da­kı şəxslə bağlı ədalətli qə­rar qə­bul et­mək­də çə­tin­lik çə­kə bi­lər. Kin bəslədiyi şəxsin haqlı olmasına baxmayaraq, onunla bağlı ədalətli qərar qəbul etməyə bilər. Elə­cə də kin bəs­lə­di­yi in­sa­nın və ya top­lu­lu­ğun haq­qı­na tə­ca­vüz edə bi­lər.

Bu sə­bəb­dən də Al­lah kin his­si­nin əda­lə­tə ma­ne ol­ma­sı­na xü­su­si­lə diq­qət ye­tir­miş və mü­səl­man­la­rı bu­nun­la bağ­lı xə­bər­dar et­miş­dir:

«Ey iman gə­ti­rən­lər! Al­lah qar­şı­sın­da sa­bit-qə­dəm və əda­lət­li şa­hid­lər olun. Hər han­sı bir ca­maa­ta qar­şı olan ki­ni­niz si­zi əda­lət­siz­li­yə sövq et­mə­sin. Əda­lət­li olun. Bu, təq­va­ya da­ha ya­xın­dır. Al­lah­dan qor­xun. Al­lah et­dik­lə­ri­niz­dən xə­bər­dar­dır!» («Mai­də» su­rə­si, 8).

Ayə­nin əm­ri­nə əsa­sən mü­səl­man­lar ya­xın­lıq, mən­fə­ət, qo­hum­luq əla­qə­si və ya kin ki­mi sə­bəb­lər­ə görə, qar­şı­la­rın­da­kı in­sa­n və ya top­lu­luqla olan münasibətdə heç vaxt əda­lət­siz­lik et­məz­lər. Qar­şı­la­rın­da­kı in­sa­nların  fərqli, hətta müsəlmanların inancına zidd inanca, düşüncəyə və fəlsəfəyə malik olmaları on­la­rın hə­min top­lu­luq haq­qın­da doğ­ru qə­rar qə­bul et­mə­lə­ri­nə mane ola bilməz. On­lar heç vaxt hiss­lə­ri­nə qa­pı­la­raq hə­rə­kət et­məz və ağıl­lı möv­qe­dən uzaq­laş­maz­lar. Ve­rə­cək­lə­ri hökm əleyh­lə­ri­nə də ol­sa, haq­qı giz­lə­məz və doğ­ru­dan kə­na­ra çıx­maz­lar.


Facebook'da Paylaşın

Kininiz Sizi Ədalətsizliyə Sövq Etməsin” üzərinə 14 şərh

  1. özün də əməl elə də. camaatı deyib özün nifaq salırsan. irad bildirəndə gah şikayət edirsən gah silisən. bubur səndə olan islam ?))) get özünü düzəl sonra sayt işlədərsən

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma