Həsəd Etməyin!


İman gə­tir­miş in­san di­gər in­san­lar­dan üs­tün dav­ra­nı­şa ma­lik olur. La­kin bu onun im­ta­ha­nı­nın so­na çat­ma­sı de­mək de­yil. Mö­mi­nin də bü­tün in­san­lar ki­mi nəf­si var.

Al­lah im­ta­ha­nın bir zə­ru­rə­ti ki­mi ona gü­nah­lar­dan və pis əməl­lər­dən çə­kin­mə­si­ni il­ham et­di­yi­ni Quran­da bil­dir­miş­dir («Şəms» su­rə­si, 8). Pa­xıl­lıq, hə­səd ki­mi mən­fi əx­laq xü­su­siy­yət­lə­ri də gü­nah­la­ra da­xil­dir və bu, bü­tün in­san­la­rın nəfs­lə­rin­də var:

«…An­caq nəfs­lər­də xə­sis­lik hə­mi­şə möv­cud­dur. Əgər siz yax­şı do­la­nıb (da­va-da­laş­dan, ko­bud rəf­tar­dan) çə­kin­sə­niz bu si­zin üçün da­ha yax­şı olar. Şüb­hə­siz ki, Al­lah et­di­yi­niz hər bir iş­dən xə­bər­dar­dır!» («Ni­sa» su­rə­si, 128).

Qıs­qanc­lıq baş­qa­sın­da olan bir şe­yin on­da ol­ma­ma­sın­dan, baş­qa­sı­nın ba­car­dı­ğı bir işi özü­nün ba­car­ma­ma­sın­dan, baş­qa­sı­nın al­dı­ğı qiy­mət və tə­ri­fi özü­nün al­ma­ma­sın­dan və bu­na bən­zər hal­lar­dan irə­li gə­lən mən­fi bir hiss­dir. Mal-mülk, gö­zəl­lik, zən­gin­lik, dün­ya və ya axi­rət­lə əla­qə­dar olan dərəcələr və Al­la­hın öz qul­la­rı ara­sın­da pay­la­dı­ğı bu­na bən­zər hər bir mad­di və mə­nə­vi ne­mətlər  qıs­qanc­lı­ğa sə­bəb ola bi­lərlər:

«Yox­sa on­lar Al­la­hın Öz ne­mə­tin­dən bəxş et­di­yi şe­yə gö­rə in­san­la­ra hə­səd apa­rır­lar? Hal­bu­ki Biz İb­ra­him öv­la­dı­na da ki­tab və hik­mət ver­miş­dik və on­la­ra bö­yük mülk bəxş et­miş­dik» («Ni­sa» su­rə­si, 54).

Mö­min­lər im­ta­han məq­sə­di­lə il­ham olu­nan be­lə mən­fi xü­su­siy­yət­lər­dən xi­las ol­maq üçün öz nəfs­lə­ri ilə da­im mü­ba­ri­zə apa­rır, nəfs­lə­ri­ni tə­miz­lə­yir­lər. Mö­min qıs­qanc­lıq his­si­nə sə­bəb ola­caq hər bir ha­di­sə­də Qurana uy­ğun şə­kil­də dav­ra­nır. Yə­ni hər şe­yin Al­la­ha aid olu­ğu­nu, hər şe­yin Al­la­hın di­lə­mə­si ilə baş ver­di­yi­ni, Al­la­hın di­lə­di­yi­ni seç­di­yi­ni, di­lə­di­yi­nə is­tə­di­yi ne­mə­ti ver­di­yi­ni, se­çi­min və qə­ra­rın yal­nız Ona aid ol­du­ğu­nu bi­lir. Rəb­bi­mi­zin hər şe­yi ən gö­zəl və xe­yir­li şə­kil­də ya­rat­dı­ğı­nı, dün­ya­da ve­ri­lən hər bir ne­mə­tin in­san­lar üçün bir sı­naq va­si­tə­si ol­du­ğu­nu, ge­di­lə­cək əsl ye­rin axi­rət ol­du­ğu­nu, Al­lah dər­ga­hın­da­kı qiy­mə­tin təq­va­dan ası­lı ol­du­ğu­nu dərk edə­rək ya­şa­yır.

Qıs­qanc­lıq tə­kəb­bür və xud­bin­li­yin, nəf­si tan­rı he­sab et­mə­yin tə­bii nə­ti­cə­si­dir. Bu­na gö­rə də qıs­qanc­lıq şey­ta­nın ən xa­rak­te­rik xü­su­siy­yə­ti­dir. İb­li­sin Al­la­ha üs­yan edib in­kar­çı­lar­dan ol­ma­sı­nın sə­bə­bi də xud­bin­li­yi­nə gö­rə Hz.Adə­min üs­tün­lü­yü­nü qıs­qan­ma­sı ol­muş­dur.

Şey­ta­nın bu xü­su­siy­yə­ti onun ar­dın­ca ge­dən müş­rik­lə­rin və mü­na­fiq­lə­rin si­ma­sın­da ge­niş şə­kil­də əks olu­nur. Qıs­qanc­lıq müş­rik­lər ara­sın­da gün­dən-gü­nə ar­ta­raq bun­un da­ha sonrakı mərhələsi olan hə­səd his­si­nə çev­ri­lir, bununla da onların bü­tün hə­rə­kət və dav­ra­nış­la­rı­na təsir edir və nəticədə, onlar şey­ta­nın in­san­lar ara­sın­da­kı təm­sil­çi­ləri­nə çev­ri­lirlər. Bu­na gö­rə də Al­lah hə­səd apa­ran­la­rın mən­fi əməl­lə­rin­dən qo­run­ma­la­rı üçün mö­min­lə­rin Ona sı­ğın­ma­la­rı­nı əmr edir:

«De: «Pə­nah apa­rı­ram süb­hün Rəb­bi­nə… pa­xıl­lı­ğı tu­tan­da pa­xı­lın şə­rin­dən!»«(«Fə­ləq» su­rə­si, 1-5).

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma