Namaz və Huşu


Hər gün mü­əy­yən vaxt­la­rda ni­zam­lı şə­kil­də ye­ri­nə ye­ti­ril­mə­si fərz sa­yı­lan iba­dət­lər var. La­kin hə­min iba­dət­lə­rin da­im ye­ri­nə ye­tirilməsini­ mö­min­lər­ yal­nız vər­diş halını alan iba­dət­lə­r qismində nəzərdən keçirməməlidirlər. Tam ək­si­nə, Al­lah üçün ye­ri­nə ye­tir­di­yi­ bu ibadət mö­mi­nə hər də­fə ye­ni hə­yə­can və şövq ver­mə­li­dir. Na­maz da bu şə­kil­də da­im ye­ri­nə ye­ti­ri­lən iba­dət­lər­dən­dir. Quran­da mö­min­lə­rin na­maz­la­rı­nı hu­şu ilə qıl­dıq­la­rı bil­di­ri­lir:

«Hə­qi­qə­tən, mö­min­lər ni­cat tap­mış­lar! On­lar na­maz­la­rın­da mü­ti olub Ona bo­yun əyər­lər!» («Mu­mi­nun» su­rə­si, 1-2).

Hu­şuda olmaq hər şe­yi unu­da­raq ru­hən və cis­mən yal­nız Al­la­ha ita­ət et­mək mə­na­sı­na gə­lir. Bir in­sa­nın na­maz­da ya­şa­ya­ca­ğı ruh ha­lı da elə bu­dur.

Şü­ur­suz, dü­şü­nül­mə­dən, qeyri sə­mi­mi ola­raq Al­la­ha yö­nə­lə­rək ye­ri­nə ye­ti­ril­ən iba­dət­lər, ola bi­lsin ki, Al­lah dər­ga­hın­da heç bir qiy­mə­ti ol­ma­sın. İn­sa­nın ye­ri­nə ye­tir­di­yi iba­dət onun Al­la­ha olan ya­xın­lı­ğı­nı, təq­va­sı­nı (Al­lah qor­xu­su­nu) ar­tı­rır, tə­fək­kür və mə­nə­viy­ya­tı­nı in­ki­şaf et­di­rir, əx­la­qı­nı gö­zəl­ləş­di­rir və hə­min in­sa­nı mən­fi əməl­lər­dən çə­kin­di­rir­sə, o za­man Al­la­hın bu iba­dət­dən ra­zı qala­ca­ğı­na ümid et­mək olar.

Yal­nız axi­rətini dü­şü­nən, dün­ya­nın əsl ma­hiy­yə­ti­ni dərk et­miş ağıl­lı mö­min son­suz əzab­dan xi­las ol­maq və cən­nət­də da­ha yük­sək də­rə­cə­lər əl­də edə bil­mək üçün et­di­yi hər bir işi son­suz hə­ya­tı­na tə­sir edə­cək sə­bəb ki­mi gö­rür. O, əli­nə ke­çən, qar­şı­sı­na çı­xan əcr für­sət­lə­ri­ni bu­rax­mır. Hə­min für­sət­lə­ri şü­ur­lu şə­kil­də qiy­mət­lən­di­rir. Bu­nun nə­ti­cə­sin­də də o, ayə­də bil­di­ril­di­yi ki­mi, səa­də­tə qo­vu­şar.

Namaz və Huşu” üzərinə 2 şərh

Bir şərh yazın