Möminlər boş və mənasız danışıqlara məhəl qoymadıqları kimi, axirətləri üçün heç bir faydası olmayan, hətta onlara zərər verəcək boş işlərə də vaxtlarını sərf etməzlər. Möminlərin bu xüsusiyyəti ayədə belə bildirilir:
«O kəslər ki, lüzumsuz seylərdən üz döndərərlər» («Muminun» surəsi, 3).
Allahın razılığını nəzərə alınmadığı hər bir iş Quranda bildirilən həmin lüzumsuz işlərə aiddir. İnsan hətta Quranda əmr edilən ən mühüm ibadəti də Allahın razılığından kənar, vərdiş olduğu və həmin anda ona asan gəldiyi üçün, əsas, lakin ona çətin olan bir işdən yaxa qurtarmaq üçün və ya hamının etdiyi bir iş kimi edərsə, bu, lüzumsuz ola bilər.
Möminlərin Quranda müəyyən edilmiş və gündəlik həyatlarında yerinə yetirəcəkləri müxtəlif fərz ibadətləri var. Bunların xaricində qalan vaxtını mömin İslam üçün ən faydalı, Allahın ən çox razı qalacağı işlərlə məşğul olmağa, özünü həmin işlərdən maksimum faydalanacaq şəkildə inkişaf etdirməyə sərf etməlidir.
Əhəmiyyəti baxımından yerinə yetirilən işlərin ardıcıllığına fikir verilməlidir. Çünki həmin işlər ola bisin ki, o anda ən zəruri və əsas olan işlərdir. Bütün bu səbəblərdən mömin cahillərin bütün həyatları boyunca vaxt sərf etdikləri boş işlərlə maraqlanmamağı kifayət hesab etməməli, yerinə yetirdiyi saleh əməllərə nəfsinin qarışmamasına, hər zaman Allahın razılığının daha çox qazanmasına səbəb olan işləri üstün tutmağa diqqət yetirməlidir
tamamilə razıyam. həyatını belə quran mömin İnşallah qurtuluşa nail olanlardan olar!
bizi ehate eden cox sey deyerli olan zamani semereezis kecirmeyimize sebeb olur.en boyuk zereri ise tv verir…((